Zəngilanın Cahangirbəyli kəndində bu işlərə 18,7 milyon manat ayrıldı
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Zəngilan rayonunun Cahangirbəyli kəndində daxili kommunikasiya (yol, səki və yaşıllaşdırma) işlərinin həyata keçirilməsinə başlanılır.
Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıq işlərini yekunlaşdırıb.
Məlumata görə, kənddə daxili kommunikasiya işləri yaşayış məntəqəsinin yenidən qurulması layihəsi çərçivəsində icra olunacaq.
Qurum sözügedən işlərin icrasını "Protean Construction” Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və 18,7 milyon manat dəyərində müqavilə bağlayıb.
Qeyd edək ki, "Protean Construction” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 160 672 manat olan ASC-nin qanuni təmsilçisi Təhməzov Məhəmməd Ağca oğludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 08 Yanvar 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















