Icma.az
close
up
RU
Zəngilanın dirçəliş salnaməsi ŞƏRH

Zəngilanın dirçəliş salnaməsi ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın yaddaşında azadlıq, qayıdış və yenidən dirçəliş rəmzi kimi yaşayır. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin mühüm tarixi hadisələrindən biri oldu. Bu qələbə uzun illər doğma yurd həsrəti ilə yaşayan zəngilanlıların qəlbində qayıdış ümidini gerçəyə çevirdi, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ təşkil etdi.
1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zəngilan rayonu uzun illər ərzində ağır dağıntılara və böyük məhrumiyyətlərə məruz qaldı. Doğma ev-eşiyindən didərgin düşən sakinlər illərlə öz yurdlarına qayıdacaqları günü gözlədilər. 2020-ci ilin payızında Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı uğurlar bu arzunun gerçəkləşməsinə yol açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Zəngilan şəhərini azad etməsi milli qürurumuzun və dövlətimizin qüdrətinin təcəssümünə çevrildi.
Zəngilanın azad edildiyi gün Azərbaycan xalqının tarixi yaddaşında əbədi yaşayacaq. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi təsis edildi. Beləliklə, bu tarix təkcə şəhərin azad olunmasının ildönümü deyil, həm də zəngilanlıların doğma torpağa qayıdışının, milli birliyin və gələcəyə inamın rəmzinə çevrildi.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri dövlətimizin həmin torpaqlara qayıdış və bərpa siyasətinin mühüm tərkib hissəsidir. Bu səfərlər zamanı görülən işlərlə tanışlıq, yeni layihələrin təməlinin qoyulması, infrastruktur obyektlərinin açılışı və sakinlərlə görüşlər azad olunmuş ərazilərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir.
Dövlət başçısının Zəngilana ilk səfərləri şəhərin və rayonun həyatında yeni mərhələnin başlanğıcı oldu. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaltdı. Bu hadisə dövlət suverenliyinin və tarixi torpaqlarımıza qayıdışın rəmzi kimi böyük əhəmiyyət daşıyırdı. Uzun illər işğal altında qalmış torpaqlarda üçrəngli bayrağımızın dalğalanması xalqımızın qələbə əzmini və Vətənə bağlılığını nümayiş etdirirdi.
2021-ci il oktyabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfər etdilər. Səfər çərçivəsində Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi üzrə görülən işlərlə tanışlıq, Zəngilan Beynəlxalq Hava Limanının tikintisinə baxış, enerji infrastrukturu ilə bağlı tədbirlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi. Bu səfər Zəngilanın yalnız azad edilmiş ərazi deyil, həm də müasir yaşayış və iqtisadi inkişaf məkanına çevrilməsi istiqamətində atılan addımların əhəmiyyətini göstərdi.
Sakinlərlə görüş zamanı Prezident İlham Əliyev Zəngilanın Vətənə qayıtmasını xüsusi vurğuladı. Görüşdə illərlə doğma torpaqlarından ayrı düşmüş insanların hissləri, qayıdış arzuları və gələcəyə dair ümidləri ifadə olundu. Bu görüşlər bir daha göstərdi ki, azad edilmiş ərazilərin bərpasının əsas məqsədi dağıdılmış yaşayış məntəqələrini yenidən qurmaqla yanaşı, insanların öz doğma yurdlarında təhlükəsiz və layiqli həyat şəraitini təmin etməkdir.
Zəngilanın dirçəlişində Ağalı kəndinin xüsusi yeri var. “Ağıllı kənd” layihəsi çərçivəsində müasir yaşayış evləri, sosial obyektlər və zəruri infrastruktur yaradıldı. 2022-ci ilin iyulunda sakinlərin Ağalıya köçürülməsinə başlanılması Böyük Qayıdış prosesinin mühüm hadisəsi oldu. Bu addım keçmiş məcburi köçkünlərin doğma torpaqlarda məskunlaşması, kənd həyatının bərpası və regionun sosial-iqtisadi inkişafı baxımından əlamətdar mərhələ təşkil etdi.
Zəngilanın gələcək inkişafında mühüm əhəmiyyət daşıyan hadisələrdən biri də 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi oldu. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak etdilər. Beynəlxalq hava limanının fəaliyyətə başlaması regionun nəqliyyat imkanlarının genişləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və Zəngilanın strateji mövqeyinin möhkəmləndirilməsi baxımından əlamətdar hadisə idi.
2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan şəhərində ilk yaşayış binasının təməlini qoydular. Bu addım şəhərin yenidən qurulmasının başlanğıcını ifadə edirdi. Sonrakı illərdə şəhərdə yeni yaşayış komplekslərinin, sosial obyektlərin və mühəndis-kommunikasiya infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirildi.
2023-cü il sentyabrın 28-də dövlət başçısının Zəngilana növbəti səfəri zamanı şəhərdə ikinci, üçüncü və dördüncü yaşayış komplekslərinin təməlləri qoyuldu, Zəngilan Konqres Mərkəzi Kompleksi istifadəyə verildi. Bu tədbirlər şəhərin müasir memarlıq prinsipləri əsasında yenidən qurulmasına, əhalinin rahat yaşayışı üçün zəruri şəraitin yaradılmasına yönəlmiş genişmiqyaslı fəaliyyətin tərkib hissəsi idi.
2024-cü il oktyabrın 3-də Prezident İlham Əliyev Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimlərində iştirak etdi, 104 mənzilli yaşayış kompleksində aparılan işlərlə tanış oldu. Həmin səfər zamanı Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi də istifadəyə verildi. Bu layihələr şəhərin enerji təminatının, kommunal xidmətlərinin və yaşayış infrastrukturunun inkişafına xidmət edir.
2026-cı il mayın 10-da Prezident İlham Əliyevin Zəngilan şəhərinə səfəri çərçivəsində 104 mənzilli ilk yaşayış kompleksinin açılışı keçirildi. Kompleksdə sakinlərin rahatlığı üçün yaşayış evləri ilə yanaşı, uşaq və idman meydançaları, avtomobil dayanacaqları və digər zəruri şərait yaradılıb. Dövlət başçısının yeni mənzillərə köçən ailələrlə görüşü doğma yurda qayıdış prosesinin real nəticələrini nümayiş etdirən mühüm hadisə oldu.
Bu səfərlərin hər biri Zəngilanın bərpasında yeni mərhələnin başlanğıcı kimi yadda qalır. Burada məqsəd yalnız dağıdılmış binaları yenidən tikmək deyil, həm də şəhərin iqtisadi potensialını inkişaf etdirmək, təhsil, səhiyyə, nəqliyyat və digər sahələr üzrə müasir infrastruktur yaratmaqdır. Zəngilanın gələcəyi doğma yurda qayıdan insanların əməyi, təşəbbüskarlığı və dövlət tərəfindən həyata keçirilən quruculuq tədbirləri ilə formalaşır.
Bu gün Zəngilan şəhəri azadlıqdan quruculuğa, dağıntılardan dirçəlişə doğru gedən yolun mühüm nümunələrindən biridir. Prezident İlham Əliyevin şəhərə və rayonun yaşayış məntəqələrinə mütəmadi səfərləri bərpa işlərinin gedişini izləmək, yeni layihələri həyata keçirmək və sakinlərin doğma torpaqlarına qayıdışını sürətləndirmək baxımından əhəmiyyətlidir.
Zəngilanın dirçəlişi həm də milli yaddaşın qorunması deməkdir. Tarixi və dini abidələrin bərpası, təbii sərvətlərin qorunması, yolların və kommunal sistemlərin yenilənməsi, yeni yaşayış məhəllələrinin salınması şəhərin gələcək inkişafının əsas istiqamətlərini təşkil edir. Zəngilan Beynəlxalq Hava Limanı, “Ağıllı kənd” layihəsi, yeni yaşayış kompleksləri və enerji obyektləri bu inkişafın müxtəlif sahələrini əhatə edir.
20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımız üçün yalnız keçmiş qələbəni xatırlamaq tarixi deyil. Bu gün həm də gələcəyə baxış, quruculuq əzmi və doğma yurda bağlılıq günüdür. Zəngilanın azad olunması ilə başlayan yeni tarix bu gün bərpa olunan şəhər və kəndlərdə, qurulan evlərdə, açılan yollar və istifadəyə verilən obyektlərdə öz davamını tapır.
Zəngilanın hər bir küçəsi, hər bir yeni tikilisi və doğma torpağına qayıdan hər bir ailə Böyük Qayıdışın canlı təzahürüdür. Əminliklə demək olar ki, şəhərin qarşısında duran əsas vəzifə tarixi irsini qorumaqla yanaşı, müasir, rahat və dayanıqlı yaşayış məkanına çevrilməkdir.
20 Oktyabr – Zəngilan Şəhəri Günü mübarək! Bu əlamətdar tarix azadlığımızın, milli birliyimizin və doğma torpaqlarımızda qurulan yeni həyatın rəmzi olaraq xalqımızın yaddaşında daim yaşayacaq.

Ehtibar İsmayılov
YAP Ordubad rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Oktyabr 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri