Icma.az
close
up
RU
Azad Zəngilanın bərpası sürətlə gedir ŞƏRH EDİLDİ

Azad Zəngilanın bərpası sürətlə gedir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

“Zəngilan rayonunun işğaldan azad olunması Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki uğurlarından biri olub. Rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat hazırlığı və strateji üstünlüyünü nümayiş etdirdi. Bu qələbə həm də bölgədə sülhün və təhlükəsizliyin bərpasına əhəmiyyətli töhfə verdi. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciətində Zəngilan rayonunun işğaldan azad edildiyini elan etdi. Nəticədə Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi düşmən işğalından xilas olunaraq azad edildi və ərazilərə Azərbaycanın üçrəngli bayrağı ucaldıldı. Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biri kimi tarixə düşdü”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
K.Bayramov qeyd edib ki, Zəngilanın işğaldan azad olunması 132 kilometr Azərbaycan-İran sərhədinin tam bərpasını təmin edib və bir sıra hərbi-strateji üstünlüklər yaradıb: “İranla sərhəd nəzarətə götürülməklə düşmənin İrana çıxışı bağlanıb, Ermənistana hərbi və humanitar yüklərin çatdırılmasının qarşısı alınıb. Eyni zamanda, Qubadlı mühasirəyə alınıb qısa zamanda azad edilib, Zəngəzur bölgəsi tam nəzarətə götürülüb. Beləliklə, Azərbaycan Ordusu İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yoluna nəzarət etmək imkanına malik olub. Hərbi ekspertlər vurğulayırlar ki, Zəngilanın azad olunması Qarabağın taleyinin həllində həlledici rol oynayıb, çünki bu əməliyyatla həm Vardenis-Ağdərə, Stok-Kəlbəcər yolları, həm də İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolunun bir hissəsi Ermənistan tərəfindən gələn hərbi və qida yükünün qarşısını almağa imkan verib”.
Deputat bildirib ki, 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub.
K.Bayramov qeyd edib ki, Zəngilan rayonu bu gün yeni inkişaf dövrünü yaşayır və bərpa-quruculuq işləri sürətlə davam edir. İlk pilot layihə Ağalı kəndində icra olunub və əhalinin köçürülməsi Böyük Qayıdışın ilk mərhələsini təşkil edib. Ağalı ağıllı kəndi bu gün dünyanın ən müasir kəndlərindən biri sayılır, burada məşğulluq, məktəb, bağça, tibb məntəqəsi və bütün sosial xidmətlər - “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Zəngilanda həyata keçirilən önəmli layihələrdən biri də Heydər Əliyev Fondu tərəfindən icra olunub. Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olub. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər. Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli və üç nefli olaraq layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.

K.Bayramov əlavə edib ki, Zəngilanın azad olunmasından sonra həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf layihələri rayonun strateji, iqtisadi və sosial əhəmiyyətini artırır. Nəqliyyat və enerji infrastrukturunun yaradılması bölgənin dayanıqlı inkişafını təmin edir, beynəlxalq əlaqələr və ticarət üçün əlverişli şərait yaradır. Eyni zamanda, mədəni və dini irsin bərpası, pilot yaşayış və aqropark layihələrinin icrası yerli əhalinin həyat səviyyəsini yüksəldir və bölgənin gələcək nəsillər üçün firavan məkan olmasına zəmin hazırlayır. Zəngilan həm regionun təhlükəsizliyi, həm də iqtisadi və sosial inkişafı baxımından nümunəvi modelə çevrilmişdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri