Icma.az
close
up
RU
Zəngin və orta sinif insanlar nə ilə fərqlənir? 10 əsas cəhət

Zəngin və orta sinif insanlar nə ilə fərqlənir? 10 əsas cəhət

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Dünyada sosial təbəqələr arasındakı sərhədlər getdikcə kəskinləşir. Özünüzü nə kasıb, nə də varlı hesab edirsinizsə, çox güman ki, siz də orta təbəqəyə aidsiniz. Amma diqqət edin, statistika göstərir ki, orta təbəqə getdikcə daralır. Bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə ya daha yüksək gəlirlə varlılar sırasına qoşulacaqsınız, ya da maddi çətinliklər içində kasıb təbəqəyə yuvarlanacaqsınız. Hansı tərəfdə olmaq istərdiniz?

Cavab sadə görünə bilər, amma doğru addımlar atılmadıqca bu seçim sizin əlinizdə olmayacaq. Bəs varlı olmaq üçün nə etməliyik? Əgər varlı olmaq istəyirsinizsə, varlılar kimi düşünməyə başlamalısınız. 

Orta təbəqə ilə varlılar arasında olan 10 əsas fərqi təqdim edirik:

Varlılar niyə daha varlı olur?

Orta təbəqə rahat yaşamağa üstünlük verir, varlılar isə yox

“Xəyallarımızı idarə edə bilmədiyimiz nöqtədə, rahatlıq bizi idarə edir”. - Peter McWilliams

“Sərmayə yatırarkən, rahat olanlar nadir hallarda qalib gəlir”. - Robert Arnott

Təhlükəsiz işdə işləmək rahatlıqdır. Başqasına işləmək rahatlıqdır. Orta təbəqə rahatlığın xoşbəxtlik olduğunu düşünür. Amma varlılar bilirlər ki, narahat vəziyyətlərə girəndə qeyri-adi nəticələr mümkündür. Öz biznesini qurmaq riskdir. Risk isə narahatlıqdır. Amma kiçik risklər sərvət yaradır və böyük nəticələr doğurur.
Komfort zonanızdan çıxın. Bütün seçimlərinizi nəzərdən keçirin. Varlı olmaq istəyirsinizsə, bir qədər narahat olmağa hazır olmalısınız. Uğursuzluq da olacaq və bu əslində gözəldir, çünki əgər heç vaxt uğursuzluq yaşamırsınızsa, demək, kifayət qədər böyük düşünmürsünüz.

Orta təbəqə qazandığından çox xərcləyir, varlılar isə qazandığından az

Tipik bir milyoneri 100.000 dollarlıq maşın və ya milyon dollarlıq evlə çox nadir hallarda görərsiniz. Varlı insanlar pullarını “status” üçün yox, gəlir gətirən aktivlərə yatırırlar və qazandıqlarından az xərcləyirlər.

Unutmayın, əgər ildə 1 milyon dollar qazanırsınızsa, amma elə o qədər də xərcləyirsinizsə, siz hələ də kasıbsınız.

Warren Buffett deyir: “Əgər ehtiyacınız olmayan şeyləri alsanız, bir gün ehtiyac duyduğunuz şeyləri satmalı olacaqsınız”.

Orta təbəqə karyera nərdivanına dırmaşır, varlıların isə öz nərdivanı var

“Dünyanın ən zəngin insanları şəbəkə qurmağa çalışır, digərləri isə iş axtarır”. - Robert Kiyosaki

Orta təbəqə başqaları üçün işləməyə meyllidir, onların işi və karyerası var. Varlı insanlar isə öz işlərinin sahibi olmaq istəyir. Onlar başqasının şirkətində yüksəlmək əvəzinə, öz şirkətlərini qururlar. Varlılar bilirlər ki, daha çox gəlir əldə etmək üçün, onlar üçün işləyəcək daha çox insana ehtiyac var. Onlar passiv gəlirin gücünü anlayırlar.

Orta təbəqə hər kəslə dost olur, varlılar dostlarını ağılla seçir

“Həmişə sizdən daha yaxşı olanlarla vaxt keçirin. Zamanla siz də onlara bənzəyəcəksiniz”. - Warren Buffett

Varlılar ətraflarında uğurlu insanlar olduqda, uğurun onları da izləyəcəyini bilirlər. Eyni zamanda, uğursuz insanların əhatəsində olmaq sizin də uğursuz olmağınıza səbəb ola bilər. Sizin gəliriniz adətən ən yaxın 3 dostunuzun gəlirinin ortalamasıdır. Əgər daha çox qazanmaq istəyirsinizsə, sizdən daha çox qazanan insanlarla vaxt keçirməlisiniz.

Orta təbəqə qazanmaq üçün işləyir, varlılar öyrənmək üçün

“Gənc yaşlarda qazanmaq üçün deyil, öyrənmək üçün çalış”. - Robert Kiyosaki

Orta təbəqə daha yüksək maaş təklif edən yerdə tez bir zamanda iş dəyişir. Amma varlılar bilirlər ki, çalışmaq əsasən pul üçün deyil, bacarıq və vərdişlər üçündür. Satış işində işləyirsinizsə, bu sahənin incəliklərini öyrənin. Bankda işləyirsinizsə, mühasibatı dərindən anlayın. Zəngin insanlar çox vaxt yüksək maaşla deyil, doğru bacarıqlarla varlanırlar.

Orta təbəqənin əşyaları, varlıların isə pulu var

“İnsanlar qazanmadıqları pulları, istəmədikləri şeyləri almağa, bəyənmədikləri insanları təsirləndirmək üçün xərcləyirlər”. - Will Rogers

Orta təbəqə daha çox dəbdəbəli maşınlara, bahalı evlərə pul xərcləyir. Halbuki varlılar bilirlər ki, əşyalar almaqla yox, sərvət toplamaqla varlı olmaq mümkündür. Çoxsaylı varlı insanlar on illərlə eyni evdə qalır, yeni evə ehtiyac duymurlar.
Əgər alış-veriş bağımlısısınızsa, bunu sərmayəyə çevirin. Ayaqqabı əvəzinə daşınmaz əmlak alın. Elektronika əvəzinə səhmlərə yatırım edin.

Orta təbəqə qənaətə fokuslanır, varlılar gəlirə

“Ən böyük sərvətiniz qazanmaq bacarığınızdır. Ən böyük resursunuz  zamanınızdır”. - Brian Tracy

Qənaət vacibdir. Sərmayə daha da vacibdir. Amma əsas odur ki, qazancınızı necə artırmağı bacarasınız. Yalnız qənaətlə deyil, gəlirlərinizi artırmaqla da məşğul olun. Əgər həqiqətən varlı olmaq istəyirsinizsə, diqqətinizi qənaət qabiliyyətinizə yox, gəlir yaratmaq gücünüzə yönəldin.

Orta təbəqə pulla bağlı emosional davranır, varlılar isə məntiqi

“Yalnız zəka və emosional intizam birləşəndə sağlam qərarlar verilir”. - Warren Buffett

Steve Siebold 30 il ərzində 1200-dən çox varlı insanla danışıb. Onun fikrincə, varlılar pulla bağlı qərar verərkən emosiyalarına yox, məntiqə əsaslanırlar. Emosional qərarlar maliyyə uğursuzluğuna səbəb olur. Warren Buffett də deyir: "sərmayə yatırmaq duyğularla yox, məntiqlə edilməlidir".

Orta təbəqə potensialını kiçildir, varlılar böyük hədəflər qoyur

“Hədəflərinizi yüksək qoyun və ora çatana qədər dayanmayın”. - Bo Jackson

Orta təbəqə real və çatmaq mümkün olan hədəflər seçir. Amma varlılar çox vaxt çətin, qeyri-mümkün görünən məqsədlər qoyurlar - çünki onların uğurlu olacağına inanırlar. Sual verin - “Daha böyük bir hədəf qoya bilərəmmi?” Cavab demək olar ki, həmişə “bəli”dir.

Orta təbəqə çox işləməyə inanır, varlılar isə “qaldıraç təsirinə”

“Mövcud resursları daha yaxşı istifadə etmək, yeni resurslar yaratmaqdan asandır”. - George Soros

Çox işləmək vacibdir. Amma yalnız öz gücünüzlə çalışaraq varlı olmaq mümkün deyil. Kaldıraç dedikdə, başqalarının əməyindən, texnologiyadan, investisiyalardan istifadə etmək nəzərdə tutulur. Bu, sərvətin artmasını sürətləndirir.

Nəticə olaraq qeyd edək ki, orta təbəqə ilə varlılar arasındakı fərqlər bəzən böyük, bəzən də sadədir. Amma əsas həqiqət budur: əgər varlı olmaq istəyirsinizsə, varlılar kimi düşünməli və onlar kimi davranmalısınız. \\Valyuta.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Avqust 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri