“Zənginlik kraliçası” 11 il cəza aldı 10.2 milyardla həbs olunmuşdu
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Çində “Zənginlik kraliçası” kimi tanınan dələduz Jimin Tsyan Böyük Britaniyada çirkli pulların yuyulması ittihamı ilə 11 il 8 ay müddətinə həbs cəzasına məhkum edilib.
Bakupost.az İngiltərə mediasına istinadən xəbər verir ki, məhkəmədə hakim onun törətdiyi cinayəti son dərəcə mürəkkəb və diqqətlə planlaşdırılmış adlandırıb. Jimin Tsyan 2014–2017-ci illər arasında Çində 128 mindən çox şəxsi “Ponzi” sxemi ilə aldadıb.
Bu sxemdə yeni investorların vəsaiti əvvəlki iştirakçılara vəd edilən yüksək gəlirlərin ödənilməsinə yönəldilirdi. Tsyan zərərçəkənlərdən topladığı pullarla “Bitcoin” alıb. Çin polisi Tsyan haqqında araşdırma başlayanda dələduz saxta sənədlərlə Avropaya qaçıb. O, burada müəyyən müddət müxtəlif ölkələrdə gizlənərkən, əsasən lüks otellərdə qalıb.
Dələduz 2018-ci ildə Londonda 23 milyon funt-sterlinq (51,44 milyon manat) dəyərində ev almağa cəhd etdikdə diqqəti cəlb edib. 2024-cü ilin aprelində York şəhərində saxlanılan Tsyanın üzərindən milyonlarla avro dəyərində nağd pul, qızıl və kripto aktivlər aşkarlanıb. Dələduz barədə Çin rəsmilərindən məlumat alan Britaniya polisi 61 000 “Bitcoin”i müsadirə edib. Bu məbləğin hazırkı dəyəri təxminən 6 milyard dollar (10.2 milyard manat) hesablanır.
Londondakı “Southwark” Kral Məhkəməsində sentyabrın sonunda keçirilən prosesdə Tsyan cinayətini etiraf edib. Ona qarşı yalnız cinayət yolu ilə əldə edilmiş gəlirlərin saxlanılması və transferi ilə bağlı ittiham irəli sürülüb. Vəkilinin sözlərinə görə, Tsyan bütün zərərçəkənlərin itkilərini ödəyəcək, çünki 2018-ci ildə 3 600 dollar olan “Bitcoin”in dəyəri hazırda 100 000 dollardır.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Xalçalarda yaşayan mənəvi zənginlik
06 May 2025 12:51
Neft qaz yataqlarımız ölkəmizə zənginlik gətirir
16 Yanvar 2025 11:16
Həddindən artıq zənginlik sindromu: Norveçlilər sağlamlıqlarını itirirlər
31 İyul 2025 07:29
Pulu canından çox sevən bürclər Zənginlik alınlarına yazılıb!
22 May 2025 11:49
Baxış sayı:42
Bu xəbər 15 Noyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















