Icma.az
close
up
RU
Zəngli saatdan əvvəl oyanırsınızsa, bu, xəstəlik əlaməti ola bilər: Həkimdən XƏBƏRDARLIQ

Zəngli saatdan əvvəl oyanırsınızsa, bu, xəstəlik əlaməti ola bilər: Həkimdən XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Zəngdən əvvəl oyanmaq vərdişi zərərsiz görünə bilər, lakin bəzi hallarda bu, qalxanvari vəzin hormonlarının həddindən artıq istehsalına işarə edir.

Oxu.Az bildirir ki, bu barədə gazeta.ru-ya rusiyalı terapevt Ulyana Maxova danışıb.

Mütəxəssisin sözlərinə görə, əgər insan mütəmadi olaraq vaxtından xeyli əvvəl oyanır və yenidən yata bilmirsə, bu, hormonal pozğunluqlarla əlaqəli ola bilər.

"Xüsusilə, əgər bu vəziyyət qıcıqlanma, yorğunluq, ürək döyüntüsünün artması, narahatlıq, dəri quruluğu, dırnaq və saçların kövrəkliyi, həmçinin çəki itkisi və bədəndə titrəmə ilə müşayiət olunursa, diqqətli olmaq lazımdır. Bu simptomlar hipertiroidizmin - qalxanvari vəzin həddindən artıq hormon istehsal etdiyi vəziyyətin əlamətləri ola bilər", - deyə ekspert xəbərdarlıq edib.

Maxova orqanizmin təbii xüsusiyyətləri ilə patoloji dəyişikliklər arasında fərq qoymağın vacibliyini vurğulayır.

"İnsanların elə bir kateqoriyası var ki, onların orqanizmi normal qrafikdən daha erkən təbii oyanmağa köklənib. Onlara "torağaylar" deyirlər. Əgər erkən oyanmalar narahatlıqla müşayiət olunmursa, insan gün ərzində özünü gümrah hiss edirsə, səhər yeməyindən əvvəl yüngül aclıq varsa, enerji tez bərpa edilirsə və yeni gün rejiminə asanlıqla uyğunlaşırsa - rejim düzəlişinə ehtiyac yoxdur. Lakin yuxu fasiləli olur və gücü bərpa etmirsə, bu, sağlamlıq problemlərinə işarə edə bilər", - deyə ekspert bildirib.

Həkim qeyd edib ki, yuxu rejiminin pozulması həyat keyfiyyətinə ciddi təsir göstərə bilər - diqqəti və immuniteti zəiflədə, həmçinin stres səviyyəsini artıra bilər.

Qalxanvari vəzin işində pozğunluqdan şübhələndikdə ekspert endokrinoloqa müraciəti təxirə salmamağı məsləhət görür.

Erkən diaqnostika və düzgün müalicə hormonal balansı bərpa etməyə və tam dəyərli yuxunu qaytarmağa kömək edəcək", - deyə Maxova sözlərini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 İyun 2025 03:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri