Icma.az
close
up
RU
“Zenit” büdrədi, “Krasnodar” fərqi bir qədər də artırdı

“Zenit” büdrədi, “Krasnodar” fərqi bir qədər də artırdı

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Tur “Orenburq”un səfərdə təxminən ilyarımlıq, daha dəqiq desək, 22 oyunluq qələbəsiz seriyaya son qoyması ilə start götürdü.

Qonaqların heyətində Əmircan Gürlük hər iki qolda yaxından iştirak etdi. Premyer-liqada sonuncu dəfə bir oyunda iki məhsuldar ötürmə verən türkiyəli futbolçu 2017-ci ildə “Rubin”in heyətində Gökdəniz Karadəniz olmuşdu.
“Rubin”lə oyunda komandasının yeganə qolunu vuran Sergeyev “Krılya Sovetov”da rəsmi matçlarda 57-ci dəfə fərqləndi. Bununla da o, klub tarixinin ən məhsuldar oyunçusu olan Sergey Kornilenkoya çatdı. Turun mərkəzi oyununda “Zenit” “Lokomotiv”in qonağı oldu. Əvvəlki illərdən fərqli bu mövsüm gücünü göstərməkdə və vacib oyunlarda qələbə qazanmaqda çətinlik çəkən Sankt-Peterburq nəhəngi yenə fanatlarını sevindirə bilmədi. Zirvədən daha da geri düşməmək üçün mütləq qələbəyə ehtiyac duyan Sergey Semakın komandası 2-ci hissənin ortalarında gözlənilmədən hesabda geri düşdü. “Spartak”dan “Zenit”ə qalmaqallı transferindən sonra qol vura bilmədiyi üçün uzun müddətdi məzə obyektinə çevrilən Sobolev, nəhayət, lənəti qırdı. Təcrübəli forvard meydana çıxandan 2 dəqiqə sonra fərqlənməklə premyer-liqada 24 (!) oyunluq qolsuz seriyaya son qoydu. O, çempionatda son qolunu bir il öncə - ötən il aprelin 7-də “Spartak”ın heyətində “Dinamo” ilə səfər oyununda vurmuşdu. “Zenit” premyer-liqada bu rəqibi ardıcıl 4-cü oyunda məğlub edə bilmədi. Ümumiyyətlə, “Loko” yavaş-yavaş Semakın ən uğursuz rəqibinə çevrilir. Semak məşqçi karyerasında bu komandaya qarşı 21 rəsmi oyunun yalnız 8-də qələbəyə sevinib!
Lider “Krasnodar” əsas rəqibinin xal itkisindən maksimum yararlandı. Murad Musayevin komandası tarixində cəmi 2-ci dəfə 4 oyunluq “quru” qələbə seriyası yaxaladı və xal fərqini 5-ə çatdırdı. Gələn turun “Zenit” – “Krasnodar” duelini indidən bütün Rusiya səbirsizliklə gözləyir. Mahaçqala “Dinamo”sunun ardıcıl 2-ci ev oyununda 4 qol vurması diqqəti çəkdi. Halbuki komanda ilk 10 ev oyununda ümumilikdə cəmi 8 top vurmuşdu! Yaxşı formada olan ÇSKA derbidə “Dinamo”nu üstələyərək 4-cü pilləyə yüksəldi. Turun daha bir maraqlı oyununda isə “Spartak” səfərdə “Rostov”u fasilədən sonra vurduğu qollarla darmadağın edərək 2-ci pilləyə yüksəldi. Meydan sahiblərinin bütün ikinci hissəni azlıqda keçirdiyini bildirək. Moskva nəhəngi bu mövsüm artıq 8-ci böyükhesablı qələbəsini qazandı. Bu, XXI əsrdə klubun ən yaxşı göstəricisidi.
23-ci tur
Lokomotiv – Zenit 1:1

Batrakov, 62 – Sobolev, 85.
Lokomotiv: Mitryuşkin, Nenaxov, Montes, Morozov (Fasson, 49), Silyanov, Barinov, Qodyaev, Samoşnikov, Pinyaev (Sarveli, 83), Batrakov, Vorobyov (Süleymanov, 83).
Zenit: Latışonok, Mimoviç (Alip, 46), Yerakoviç, Nino, Santos, Barrios (Sobolev, 85), Vendel, Luis Enrike, Kassyerra, Mostovoy (Pedro Enrike, 46), Qondu (Qluşenkov, 69).
Krasnodar – Akron 1:0
Kayo, 50.
Krasnodar: Aqkatsev, Qonsales (Petrov, 81), Kayo, Kosta, Olasa, Krivtsov, Çernikov, Batçi, Spertsyan (Kozlov, 75), Olusequn (Kobnan, 59), Kordoba.
Rostov – Spartak 0:3
Umyarov, 65. Martins, 68. Barko, 88.
Spartak: Maksimenko, Denisov, Litvinov, Abena, Ryabçuk, Umyarov, Barko (Zobnin, 90+2), Martins (İqnatov, 90+3), Bonqonda (Uqalde, 60), Markinyos (Solari, 46), Qarsiya (Prutsev, 76).
ÇSKA – Dinamo M 3:1
Skopintsev, 15-öz qapısına. Qurariapa, 77. Oblyakov, 90+5-p. – Karraskal, 24-p.
ÇSKA: Akinfeyev, Qayiç, Diveyev, Roşa, Moyzes, Pyaniç (Jemaletdinov, 75), Oblyakov, Kislyak, Fayzullayev (Bistroviç, 66), Koyta (Qlebov, 66), Musayev (Quarirapa, 46).
Krılya Sovetov – Rubin 1:1
Sergeyev, 16 – Vada, 88-p.
Dinamo Mh – Ximki 4:1
Kasintura, 26. Hosseynnecad, 30. Ağalarov, 45-p.; 77 – Zabolotnı, 57.
Nijni Novqorod – Orenburq 1:2
Vesino, 45+7-p. – Kasimov, 24. Mansilya, 45+1.
Fakel – Axmat 0:0

1. Krasnodar 23 15 7 1 45-13 52
2. Spartak 23 14 5 4 44-17 47
3. Zenit 23 14 5 4 45-15 47
4. ÇSKA 23 13 5 5 36-16 44
5. Dinamo M 23 12 6 5 49-27 42
6. Lokomotiv 23 12 5 6 39-35 41
7. Rostov 23 9 6 8 35-36 33
8. Rubin 23 9 6 8 30-34 33
9. Akron 23 7 4 12 28-42 25
10. Dinamo Mh 23 5 9 9 20-25 24
11. Krılya Sovetov 23 6 5 12 26-38 23
12. Ximki 23 5 8 10 27-41 23
13. Axmat 23 3 11 9 20-35 20
14. Nijni Novqorod 23 5 4 14 18-43 19
15. Fakel 23 2 9 12 11-34 15
16. Orenburq 23 3 5 15 21-43 14
Bombardirlər: Uqalde (Spartak) – 16, Batrakov (Lokomotiv) – 12, Daku (Rubin) – 11, Barko (Spartak) – 10.
Növbəti turun oyunları aprelin 11-13-ü aralığında keçiriləcək: Axmat – Rostov, Akron – Fakel, Ximki – Krılya Sovetov, Nijni Novqorod – Dinamo M, Orenburq – ÇSKA, Rubin – Lokomotiv, Spartak – Dinamo Mh, Zenit – Krasnodar.
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:

“Təəssüf ki, qarşıya qoyulan hədəfə çata bilmədik. Hücumun həlledici məqamlarında düzgün qərarlar qəbul etmirdik. Üstəlik qolu öz səhvimizdən buraxdıq. Bu qol həm oyunun axarına, həm də nəticəyə təsir göstərdi. Yeganə sevindirici məqam xarakter göstərərək sonda məğlubiyyətdən qurtulmağımız oldu. Amma bu, təbii ki, bizim gözlədiyimiz nəticə deyil. Qluşenkovun ehtiyatda qalması komandamızda rəqabətin güclü olması ilə bağlıdı. Kim ən yaxşı durumdadısa, o da oynayır. Təzyiq hiss edirikmi? Əlbəttə. Qarşısına ciddi hədəflər qoyan hər komandada təzyiq olur. Sadəcə, həvəsdən düşməməli və üzərimizdə işləməyə davam etməliyik”.


Deyan Stankoviç, “Spartak”ın baş məşqçisi:

“Komandam ilk dəqiqədən oyuna çox yaxşı kökləndiyini göstərdi. Əvvəldən sona qədər əla, hətta mükəmməl oynadıq. Bir an da konsentrasiyanı itirmədik. Rəqibin azlıqda qalması bizim problemimiz deyil. Biz meydanda öz işimizi görürük. Umyarov kimi futbolçuya sahib olmaq bizim üçün böyük üstünlükdü. Mən ona “kompüter” ləqəbini qoymuşam. Qol vurduğu epizodda hər şeyi kompüter dəqiqliyi ilə ölçüb-biçdi. Bilirəm ki, uduzsaydıq, hamı məndən Abenanın nə üçün start heyətində meydana çıxdığını soruşacaqdı. Onu çoxdan tanıyıram. Əla oynadı və ümidlərimi doğrultdu. Hətta deyərdim ki, oyunun ən yaxşılarından oldu”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Aprel 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri