Icma.az
close
up
RU
Zenit liderliyi Krasnodar dan ala bilmədi

Zenit liderliyi Krasnodar dan ala bilmədi

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Premyer-liqada tur heç-heçələrin çoxluğu ilə diqqəti çəkdi. İlk iki oyun günündə keçirilən 7 qarşılaşmadan 6-da bərabərlik qeydə alındı!

Maraqlıdı ki, bu 14 komandadan yeganə qalib gələn tərəf sonuncu pillədəki ''Soçi'' oldu. Özü də elitada qalmaq şansı möcüzəyə bərabər olan autsayder elə-belə rəqibi yox, səfərdə ÇSKA-nı minimal hesabla üstələdi. ''Hərbçilər'' qış fasiləsindən sonra keçirdiyi 6 çempionat oyununda 4-cü məğlubiyyətlə üzləşdilər. Bu, 2001-ci ildən bəri klubun ən pis göstəricisidi. Demək olar, bütün mövsüm beton müdafiəsi ilə ön planda olan ''Baltika''ya, deyəsən, göz dəydi. Ardıcıl 2-ci turda kalininqradlıların oyununda 2:2-lik bərabərlik qeydə alındı. Son 2 turda 4 qol buraxan debütant eyni sayda qolu əvvəlki 17 turda buraxmışdı!
''Lokomotiv'' qış fasiləsindən bəri artıq 3-cü qolunu vuran mərkəz müdafiəçisi Montesin sayəsində evdə Mahaçqala ''Dinamo''sundan xal aldısa, ''Spartak'' sevimli səfərlərindən olan Rostovda bu dəfə yalnız 1 xalla kifayətləndi. Liderlərin Sankt-Peterburqdakı dueli o qədər də baxımlı alınmadı. ''Zenit'' mövsümdə ikinci qolunu vuran Vendelin sayəsində fasiləyə üstün yollansa da, ''Krasnodar'' 2-ci hissədə əsas hədəfinə çataraq məğlubiyyətdən qurtuldu. Hiss olunurdu ki, komanda meydana yalnız uduzmamaq və liderliyi əldən verməmək üçün çıxıb. Pedro Enrike meydana çıxandan 7 dəqiqə sonra birbaşa qırmızı vərəqə aldığından ''Zenit'' son anları azlıqda keçirməli oldu. Beləliklə, son çempion ''Krasnodar'' sona 6 tur qalmış liderliyini davam etdirdi.
24-cü tur
Zenit - Krasnodar 1:1

Vendel, 27 - Olasa, 69.
Zenit: Adamov, Drkuşiç, Diveyev, Nino, D.Santos (Alip, 90+2), Vendel, Barrios, Luis Enrike, Qluşenkov (Veqa, 82), Con (Pedro Enrike, 71), Sobolev.
Krasnodar: Aqkatsev, Qonsales (Paltsev, 88), Tormena, Kosta, Olasa, Auqusto, Lenini, Krivtsov (Kobnan, 89), Batçi (Boselli, 79), Spertsyan, Kordoba.
Lokomotiv - Dinamo Mh 1:1
Montes, 87 - Masturi, 63-p.
Lokomotiv: Mitryuşkin, Nenaxov (Sarveli, 56), Nyamsi (Vera, 80), Montes, Silyanov, Karpukas (Çevardin, 71), Prutsev, Bakayev (Saltıkov, 71), Batrakov, Rudenko (Fasson, 56), Komliçenko.
ÇSKA - Soçi 0:1
Kramariç, 11-p.
ÇSKA: Torop, Qayiç (Moyzes, 78), Viktor, Danilov, Kruqovoy, Kislyak, Barinov (Musayev, 68), Kozlov (Karmo, 46), Oblyakov, Qlebov (Voronov, 87), Qondu.
Rostov - Spartak 1:1
Mohebi, 42 - Zobnin, 8.
Spartak: Maksimenko, Fernandeş, Vu, Ciku, Dmitriyev (Solari, 46), Litvinov, Umyarov, Markinyos, Barko (Martins, 80), Zobnin (Denisov, 55), Uqalde (L.Qarsiya, 81).
Akron - Dinamo M 2:3
Lonçar, 42. Benşimol, 88-p. – Nqamale, 20-p. Qomes, 33. Tyukavin, 90+5.
Baltika - Nijni Novqorod 2:2
Çiviç, 48. Petrov, 85-p. - Sefas, 8. Kariç, 90+1.
Krılya Sovetov - Axmat 2:2
Rahmanoviç, 4. Çernov, 70 - Melkadze, 10. Kasintura, 40-p.
Rubin - Orenburq 0:0

1. Krasnodar 24 16 5 3 49-17 53
2. Zenit 24 15 7 2 44-17 52
3. Lokomotiv 24 12 9 3 50-33 45
4. Baltika 24 11 11 2 34-13 44
5. ÇSKA 24 13 3 8 36-26 42
6. Spartak 24 12 6 6 38-32 42
7. Dinamo M 24 9 7 8 43-35 34
8. Rubin 24 9 7 8 23-25 34
9. Axmat 24 8 7 9 29-31 31
10. Rostov 24 6 8 10 19-26 26
11. Dinamo Mh 24 5 8 11 15-30 23
12. Akron 24 5 7 12 30-43 22
13. Krılya Sovetov 24 5 7 12 25-44 22
14. Nijni Novqorod 24 6 3 15 20-39 21
15. Orenburq 24 4 8 12 24-36 20
16. Soçi 24 3 3 18 21-53 12
Bombardirlər: Kordoba (Krasnodar) - 14, Xil (Baltika) - 13, Batrakov (Lokomotiv) - 12.
Reaksiyalar
Sergey Semak, ''Zenit''in baş məşqçisi:

''Nəticə bizim üçün ürəkaçan deyil. İlk yarıda inamlı təsir bağışladıq. Ümumiyyətlə, qol buraxdığımız ana qədər yaxşı performans ortaya qoyduq. Qırmızı vərəqə həm oyunumuzu korladı, həm də oyunun axarına təsir etdi. Azlıqda artıq təzyiqimiz istənilən səviyyədə olmadı. Hərçənd azlıqda da pis oynadığımızı deməzdim. İkinci hissədə həm də nəticəni qorumaq istəyi ön plana çıxdığından üstünlüyü əldən verdik. Qol buraxdığımız epizodda düzgün oynamadıq. Qayıdan topu ələ keçirə bilmədik. Ancaq futbol səhvlər oyunudu. Qırmızı vərəqənin tam yanlış olduğunu düşünürəm. Pedro topa oynayırdı və toqquşmadan qaçmağa çalışırdı. Başa düşmürəm, belə epizodda qırmızı vərəqə hakimin hardan ağlına gəldi? Bənzər epizodlar ayrı-ayrı matçlarda ayrı cür dəyərləndirilir. Artıq buna alışmışıq. Majiçin (Hakimlər Komitəsinin sədri - red.) bu epizodlar haqda fikri çox maraqlıdı. Hakimdən bunu soruşanda ''mən Majiçin sözü ilə oturub-durmuram, nə görürəmsə, ona da qərar verirəm'' dedi. Hakimliyimizdə indi vəziyyət məhz belədi''.


Murad Musayev, ''Krasnodar''ın baş məşqçisi:

''Həm oyunun axarına, həm də yaradılan qol fürsətlərinə baxanda heç-heçənin ədalətli nəticə olduğunu deyə bilərəm. Oyunun sonlarına yaxın qalib gələ də bilərdik. İki gözəl fürsətimiz oldu. Əsas mübarizə hələ irəlidədi. Təbii ki, qələbə qazanmaq istəyirdik. Əvəzetmələr də məhz buna hesablanmışdı. ''Zenit''in öz meydanında ''1 nömrə'' ilə oynamağa çalışacağını, üzərimizdə təzyiq quracağını bilirdik. Hiss olunurdu ki, ilk yarıda çox güc sərf etdilər. Biz, sadəcə, səbrli olmalı, müdafiədə diqqətli oynamalı və öz şansımızı gözləməliydik. Fasilədə oyunçularıma məhz bunu dedim. Oyundan öncə mənə 1 xal təklif olunsaydı, razılaşardımmı? Bəli. Qırmızı vərəqə epizodunu görmədim. Hakim VAR-a baxmağa gedəndə təkrarını izlədim və Pedro Enrikenin açıq ayaqla oynadığını gördüm. Qəribədi ki, hakim bu epizodda heç qayda pozuntusu da təyin etməmişdi''.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Aprel 2026 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri