Zərdabda ötən ilin yekunları müzakirə olundu Fotolar
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Zərdab rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Azərbaycan Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri Məmmədiyə Məmmədov, Milli Məclisin deputatı Jalə Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının, yerli icra və bələdiyyə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Rayonun əsas sosial-iqtisadi göstəricilərinin əks olunduğu məlumat lövhələrinə baxış keçirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra ötən ilin yekunlarına dair hesabat yığıncağı öz işinə başlayıb.
Əvvəlcə 2025-ci ildə rayonda görülmüş işləri əks etdirən videoçarx nümayiş olunub. Yığıncaqda rayonda görülən işlər, habelə konkret vəzifələr geniş müzakirə edilib. Məsələ ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb. Vurğulanıb ki, hesabat dövründə rayon iqtisadiyyatının əsas sahələrində 174 803 400 manatlıq məhsul istehsal edilib.
Ümumi məhsul istehsalında kənd təsərrüfatının payı 64,6 faiz olub. Ötən il mühüm strateji məhsul olan taxılçılıqda uğurlu nəticələr qazanılıb. Belə ki, rayon ərazisində 10228 hektar buğda və 3845 hektar arpa olmaqla ümumilikdə 14073 ha sahədə taxıl əkini aparılıb, 14073 hektar taxıl sahələri biçilərək həmin sahələrdən 44 min 461,3 ton məhsul tədarük edilib. Hər hektardan məhsuldarlıq 31,6 sentner olub. 2025-ci ildə 32 ton 282 kq barama tədarük edilərək respublikada ən yüksək göstəriciyə nail olunub.
Çəltik, kartof, günəbaxan, bostan-tərəvəz məhsulları istehsalında və aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda da nəticələr uğurlu olub. Hesabat ilində rayonda tikinti-quraşdırma və abadlıq işləri, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin sosial müdafiəsi, yaşayış məntəqələrinin elektrik enerjisi, təbii qazla normal təminatı ilə əlaqədar xeyli işlər görülüb. Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə tədbirlər həyata keçirilib.
Daha sonra yığıncaqda Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nazim Hüseynov, fermer Əşrəf Mahmudov, Rayon İcra Hakimiyyəti Başçısının Hüseynxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zamil Əliyev çıxış ediblər. İstər hesabat məruzəsində, istərsə də çıxışlarda qarşıda mühüm vəzifələrin olduğu diqqətə çatdırılıb.
Deputat Jalə Əliyeva çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin daha da güclü, qüdrətli və beynəlxalq arenada söz sahibi olduğunu, onun xüsusi diqqət və qayğısı ilə Zərdab rayonunun da günü-gündən inkişaf etdiyini, sosial-iqtisadi layihələrin uğurla həyata keçirildiyini qeyd edib.
Məmmədiyə Məmmədov çıxış edərək Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri qeyd edib. Bildirilib ki, ölkə başçısının sərəncamı ilə Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan edilməsi müasir infrastrukturun yaradılması, müasir üslubda şəhərlərin salınması və yeni yaşayış mühitinin yaradılması üçün böyük strateji əhəmiyyət kəsb edir.
Daha sonra il ərzində rayonun ictimai və mədəni həyatında fəal iştirak edən bir neçə şəxs Fəxri Fərmanla təltif edilib, onlara hədiyyələr təqdim olunub.
Sonda yığıncağın qərar layihəsi oxunub və Azərbaycan Prezidenti İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olunub.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 27 Yanvar 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















