Icma.az
close
up
RU
Biləsuvarda ötən ilin yekunları geniş müzakirə olundu Fotolar

Biləsuvarda ötən ilin yekunları geniş müzakirə olundu Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Biləsuvar rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Günay Ağamalı, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, şəhid valideynləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.

Faiq Qürbətov tədbirdə geniş məruzə ilə çıxış edərək, 2025-ci il üzrə görülmüş işlər, sosial-iqtisadi nəticələr və 2026-cı ildə qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

O qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilib, qarşıya qoyulmuş bütün vəzifələr uğurla icra edilib, siyasi, iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanılıb.

İcra başçısı bildirib ki, ümumi inkişaf proseslərinin tərkib hissəsi olaraq ölkəmizin tarixinə “Konstitusiya və Suverenlik İli” olan 2025-ci ildə Biləsuvar rayonunda da mühüm layihələr həyata keçirilib, rayonun iqtisadi potensialından səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafı, yeni iş yerlərinin yaradılması, təhsil, səhiyyə və mədəniyyət məsələləri diqqət mərkəzində saxlanılıb. Ayrı-ayrı sahələrdə quruculuq işləri davam etdirilib, sosial-mədəni obyektlər inşa edilib, yeni yaşıllıq zolaqları, parklar salınmış, ekoloji tarazlığın qorunması istiqamətində müvafiq addımlar atılıb. 

F.Qürbətov hesabat məruzəsində ötən il rayonda görülən tikinti, abadlıq işlərinə toxunaraq qeyd edib ki, Prezidentin xeyir-duası ilə inşaasına başlanılmış Biləsuvar Günəş Elektrik Stansiyasının tikintisi sürətlə davam etdirilir. Bundan əlavə rayonda 624 şagird yerlik müasir məktəb binası inşa olunub, 16 küçənin işıqlandırılması, 14 küçənin qum-çınqıl qarışığı ilə üzlənməsi işləri aparılıb, müxtəlif ölçülü 3735 ədəd elektrik xətləri üçün dayaq quraşdırılıb, 99,24 km məsafədə elektrik xətləri, 94,5 km SİP kabel xətti çəkilib, 61 ədəd transformator cari, 14 ədəd transformator əsaslı təmir olunub, 29 ədəd yeni transformator quraşdırılıb. 2025-ci il ərzində rayonun şəhər və kəndlərində müxtəlif diametrli 4527 metr uzunluğunda yeni qaz xətti çəkilib, 773 metr yeraltı qaz xətləri isə dəyişdirilərək yer üzərinə çıxarılıb.

İcra başçısı çıxışında rayonda kənd təsərrüfatının demək olar ki, bütün sahələrində irəliləyişin əldə olunduğunu qeyd edərək bildirib ki, 2025-ci ildə rayonda 8028,4 ha sahədə pambıq əkilib və sahələrdən 32517.2 ton xam pambıq tədarük edilərək məhsuldarlıq 40,5 sentnerə çatdırılıb. Bu göstərici ilə rayon respublika üzrə 2-ci olub. 2024-cü ildə də pambıq yığımı üzrə 35,9 sentner məhsuldarlıqla Biləsuvar respublikada 2-ci olmuşdu. Taxılçılıq üzrə də son beş ildə ən yüksək göstəriciyə nail olunaraq 2025-ci ildə 31677 hektar sahədən 96 min ton taxıl məhsulları əldə olunub. Məhsuldarlıq buğda üzrə 32,3, arpa üzrə 29,7 sentner təşkil edib. 

O həmçinin hesabat məruzəsində 2025-ci ildə digər sahələrdə də müsbət dinamikanın saxlanıldığını qeyd edərək həlli vacib olan mövcud problemləri və 2026-cı il üçün qarşıda duran vəzifələri iştirakçıların diqqətinə çatdırıb.

Hesabat iclasında Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Günay Ağamalı, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov, Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov və Vətən Müharibəsi şəhidi Nahid Teymurzadənin atası Üzeyir İbayev çıxış edərək ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın qlobal miqyasda söz sahibi olmasını xüsusi qeyd ediblər, Biləsuvar rayonunda görülmüş işləri yüksək qiymətləndirərək həlli vacib məsələləri nəzərə çatdırıblar.

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında Prezident İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatları və ölkənin qarşısında duran yeni hədəflər barədə geniş məlumat verib, rayonun gələcək işləri ilə bağlı prioritet istiqamətləri vurğulayıb.

İclasda 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. 

Hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri