Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Zərdüşt Əlizadə Fəzail Ağamalıya cavab verdi: AXC yə vəzifə eşqi ilə gəlmişdi!

Zərdüşt Əlizadə Fəzail Ağamalıya cavab verdi: AXC yə vəzifə eşqi ilə gəlmişdi!

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ana Vətən Partiyasının sədri, Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı tanınmış politoloq Zərdüşt Əlizadəni ittiham edib.
Fəzail Ağamalı Modern.az-a müsahibəsində bildirib ki, Zərdüşt Əlizadə ilə münasibətləri onlar hələ 90-cı illərin əvvəllərində Azərbaycan Xalq Cəbhəsinin üzvü olarkən pisləşib. O, Zərdüşt Əlizadənin mərhum eks-prezident Əbülfəz Elçibəyin (Əliyev) həbsi ilə bağlı ona böhtan atdığını vurğulayıb.

"Əbülfəz Elçibəy həbsdən çıxıb gələndən sonra mən onunla tez-tez görüşürdüm. Əlyazmalar İnistutunda işləyirdi. Münasibətimizdə bir gün belə fasilə yaşanmadı. 90-cı illərin əvvəllərində xalq hərəkatı başladı və mən o hərakatın içində Elçibəylə birlikdə idim. Mən Elçibəyin ünvanına, onun həbsinə imkan yaradan izahat versəydim, o, məni necə yanında saxlaya bilərdi?!

Mənə qarşı bu iftiranı yayan Zərdüşt Əlizadəydi. Bir dəfə müzakirə zamanı mən Zərdüşt Əlizadənin ünvanına sərt sözlər söylədim. Dedim ki, sizin atanız Əbülfəz Elçibəyin həbsində çox mühüm rol oynayıb. Onun bütün fəaliyyəti haqqında dosyeləri verənin biri də Şərqşünaslıq İnistutunun müəllimi kimi sizin atanız Mübariz Əlizadə olub. Eyni zamanda Tarix fakültəsinin müdiri kimi Məmməd Əfəndi və digərləri olub. Ondan sonra Zərdüşt yığıncaqların birində dedi ki, Fəzail Ağamalı mənim atam haqqında belə deyir, ancaq məndə olan məlumat görə, onun özü Elçibəyin həbsində vacib rol oynayıb.
Orada Elçibəy özü də çıxış edirdi və dedi ki, Zərdüştün söylədiyi kökündən yanlışdır, Fəzail Ağamalı proseslərdən alnıaçıq, üzüağ çıxdı. Həmin stenoqramı yazan Səfər Alışarlının çıxarmış olduğu kitabda Əbülfəz Elçibəyin bu sözləri yer alıb", - F.ağamalı deyib.
 

Modern.az-a açıqlamasında Zərdüşt Əlizadə Fəzail Ağamalının fikirlərinə reaksiya verib.
 

Zərdüşt Əlizadə söyləyib ki, onun əleyhinə AXC-nin ilk günlərində böhtan kampaniyası aparılıb:
 

“Əbülfəz Əliyevin Xalq Cəbhəsinin yaranmasında rolu sıfıra bərabərdir. Yəni Xalq Cəbhəsinin təşəkkülündə, proqram sənədlərinin yazılmasında onun zərrə qədər rolu yoxdur. O cümlədən onun ətrafının. Sadəcə, təsis konfransında DTK-nın tapşırığı ilə Xalq Cəbhəsinə soxulmuş bir dəstə adam - saxta mandatlı insanların çığır-bağırtısı ilə mənim qəti etirazlarıma baxmayaraq, Əlbüfəzi Xalq Cəbhəsinin sədri elan etdilər. Bu adam həbsaxanaya düşüb-çıxmış adamdır, Xalq Cəbhəsinin demokratik ideyaları ilə heç bir əlaqəsi yoxdur və qatı millətçidir. Xalq Cəbhəsi isə qatı millətçi yox, demokratik təşkilat idi. Əbülfəz Əliyev sədr vəzifəsinə yiyələndikdən sonra bütün işlərə müdaxilə etməyə başladı. Nizamnamədə nəzərdə tutulmadığı halda ətrafına çoxlu qaragüruhçu adam topladı. Yaradıcı təşkilatçıların işinə mane olmağa başladı.
Fəzail  Ağamalı Elçibəyin sağ əli, sağ gözüydü. Mənə qarşı çox güclü böhtan kampaniyası gedirdi. Kampaniyanı aparanlar mənim "KQB" agenti olduğumu və atamın 1974-cü ildə Elçibəyi tuturduğunu iddia edirdilər.
AXC Ali Məclisinin 1989-cu ildə keçirilən iclasında Əbülfəz Əliyevin 12 nəfər yerlisi məni ittiham etdilər ki, guya onu mənim atam tutdurub. Əbülfəzin məhkəməsi olanda mən xaricdə - Yəməndə işləyirdim. O məsələdən xəbərim yox idi. Amma mənim institut yoldaşım Yaşar Məsimov çox ləyaqətli, çox təmiz insandır, onu tapıb soruşdum ki, Əbülfəzin məhkəməsi nə olan işdir? Dedi ki, Əbülfəzin məhkəməsində ilk iclasdan sonuncu iclasa qədər iştirak edib. Ona qarşı 3 nəfərin ifadə verdiyini söylədi. Əlavə etdi ki, sənin atanın adı orada yoxdur. Mənim atam Əməkdar elm xadimi, kafedra müdiri, alim, şair idi, onun Əbülfəz kimilərilə nə işi ola bilərdi. Ola bilsin ki, hansısa təşkilatçıların ziyafətində hər ikisi də iştirak etsinlər. Amma onların heç bir dostluq münasibətləri yox idi. Yaşar Məsimov mənə dedi ki, Əbülfəzə qarşı üç adam - Aydın Hacıyev, Hafiz Misgər və Fəzail Ağamalı ittiham ifadəsi veriblər. Mən bunu ertəsi gün AXC Ali Məclisində deyəndə Əbülfəz Əliyev ayağa sıçradı və çığırdı ki, “Fəzail Ağamalı mənim tapşırığımla mənə qarşı ifadə verib ki, bizim təşkilatı xilas etsin”. Mən də dedim ki, yaxşı, sən təşkilatını xilas etdin, Fəzai Ağamalı ifadə verdi, səni tutdular, bəs mənim yaratdığım təşkilata niyə gəlmisən öz təşkilatında qalaydın da... Söz tapmadı deməyə”.
 

Z.Əlizadə vurğulayıb ki, Fəzail Ağamalı Xalq Cəbhəsinə vəzifə eşqi ilə gəlmişdi:
 

“Təbii ki, AXC fəallarının məntiqi, ardıcıl düşünmək, nəyisə yadda saxlamaq, dünyanı hansısa  məlumat əsasında qiymətləndirmək qabiliyyəti yox idi. Onların əksəriyyət savadsız adamlar idi.  Bəziləri hərəkata vətən eşqi ilə, çoxusu da vəzifə eşqilə gəlmişdilər. Fəzail Ağamalı da onlardan bir idi.  Onların hər ikisi Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün çalışırdı. Deyirdim ki, Əbülfəz Əliyev Heydər Əliyevin adamıdır. Mənə deyirdilər ki, sən peyğəmbər kimi təmiz adama böhtan atırsan. Doğrudan da sonradan mənim dediklərim təsdiqləndi, Əbülfəz Əliyev hakimiyyəti Heydər Əliyevə təhvil verdi, gedib oturdu Kələkidə. Fəzail Ağamalıya ənam olaraq deputat mandatı verildi. 20 il deputat oldu, sonra da mandatı ötürdü qızına vəssalam. Oğlu da bilmirəm, gömrükdə, yoxsa prokurorluqda işləyir. Hamısı yağlı yerlərdə çalışırlar. Əbülfəzin bütün yaxın adamları parlamentdə oturdular.
Amma Heydər Əliyevin hakimiyyətə qayıdışı həm də onun özünün siyasi bacarığı, savadı ilə bağlı idi. Onun qarşısında oynayanlar isə piyadalar, zəif, satqın adamlar idi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Fevral 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see377

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri