Icma.az
close
up
RU
Fəzail Ağamalıya qarşı dələduzluq ittihamı ÖZÜ DANIŞDI

Fəzail Ağamalıya qarşı dələduzluq ittihamı ÖZÜ DANIŞDI

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

29 il (1995-2024) Milli Məclisin deputatı olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının adı dələduzluqla bağlı cinayət işində keçir.

Gununsesi.info xəbər verir ki, zərərçəkmişlərin Fəzail Ağamalı tərəfindən aldadıldığı, dələduzluq yolu ilə ələ keçirilən pulların ona çatdığı barədə ifadə verilib.

Həm Birinci Qarabağ müharibəsinin, həm də 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Məhərrəm İsmayılov bu cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (dələduzluq, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrilə ittiham irəli sürülüb. O, iki nəfəri onlara məxsus torpaq sahəsini təyinatını dəyişmək adı ilə aldadıb pul almaqda ittiham olunur.

İttihama əsasən, Quba rayonun Əski İqrik kəndində yerləşən torpaq sahəsi üçün 15 Masazır qəsəbəsində zərərçəkmişlərdən birindən 15 min, Lökbatan qəsəbəsində isə başqa zərərçəkəndən 10 min manat pul alıb.
Zərərçəkmişlərin Məhərrəm İsmayılovla birbaşa tanışlığı olmayıb. Onu tanıyan şahidlər isə bildiriblər ki, illər əvvəl “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” ictimai birliyini sədri kimi tanıyıblar. Onun müəyyən vəzifəli adamlarla münasibəti olduğunu eşidib, torpaq məsələsini də həll edə biləcəyini düşünüb ona pul veriblər.

1963-cü il təcəllüdlü Məhərrəm İsmayılov istintaqa ifadəsində bildirib ki, zərərçəkənlərə onun vasitəçiliyi ilə, amma Fəzail Ağamalı tərəfindən ziyan vurulub. Onun sözlərinə görə, həmin vaxt Fəzail Ağamalı hələ deputat idi: “Amma niyəsə ancaq məni itiham edirlər. Mən yalnız vasitəçi olmuşam. Əhlimanla yaxın münasibətlərimiz vardı, zəng eləyib dedi ki, Lökbatanda bir tanışı var, həyətyanı torpaq sahəsinin təyinatını dəyişib, qeyri-yaşayış eləmək istəyir, ona kömək eləyə bilərsən? Ona dedim ki, Milli Məclisdən Fəzail Ağamalı ilə tanışlığımız var, onunla məsləhətləşim, razlııq versə, həll eləyərəm. Bir neçə gündən sonra Fəzail müəllimlə görüşdüm, məsələ barədə məlumat verdim, dedi ki, həll eləyə bilərəm”.
Məhkəmənin hökmü ilə Məhərrəm İsmayılov 3 il 6 ay azadlıqdan məhrum edilib. Əvvəl zərərçəkənlərin hər ikisi ondan şikayətçi olub, sonradan biri şikayəti geri götürüb.

Məsələ ilə bağlı əməkdaşımız sabiq deputat Fəzail Ağamalı ilə əlaqə saxlayıb.

O, ona qarşı irli sürülən bu ittihamın əsassız və şər olduğunu bildirir:

“Məhərrəm İsmayılov dələduzluqda ittiham olunur. Siz onun sözünə niyə inanırsınız? O adam mənə şər atır, dediklərinin heç birinin əsası yoxdur. Yalan danışır. Əhəmiyyət verməyin”.

Qeyd edək ki, 2024-cü ildə keçirilən son parlament seçkilərində Milli Məclisdə Fəzail Ağamalı yox, onun qızı Günay Ağamalı təmsil olunur. O da atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasının Qadınlar Şurasının sədridir.

Afət

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 İyul 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri