Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Zərərçəkmiş: Ermənistan ordusu insanları qətlə yetirir, işgəncə ilə girov götürürdü

Zərərçəkmiş: Ermənistan ordusu insanları qətlə yetirir, işgəncə ilə girov götürürdü

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 25-də davam etdirilib.

Oxu.Az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib. Zərərçəkmiş şəxslər ifadə verdikdən sonra dövlət ittihamçılarının, zərərçəkmiş şəxslərin nümayəndələrinin, müdafiəçilərin və təqsirləndirilən şəxslərin suallarını cavablandırıblar.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin ifadə vermələri və sualları cavablandırmaları ilə davam etdirilib.

Zərərçəkmiş şəxs Ağalar Əliyev Şuşa şəhərində doğulduğunu, orta məktəbdə ermənilərlə bir yerdə oxuduğunu bildirib. O, Ermənistanın Azərbaycana ərazi iddiaları olan vaxt hüquq-mühafizə orqanlarında çalışdığını deyib.

A.Əliyev "Miatsum hərəkatı" proseslərinin 1988-ci ilin fevralında açıq şəkildə başladığını xatırladaq qeyd edib: "Dedilər ermənilər tələb edirlər ki, Qarabağ Ermənistana verilməlidir.

Əvvəlcə daş terroruna başladılar. Daş terroru ondan ibarət idi ki, Şuşadan kənara gedən bütün maşınları, o cümlədən avtobusları Əsgəranda, Xankəndinin girəcəyində, Xanabadda yığışan erməni kütləsi daşa basırdı. Bu zaman kimsə yaralanırdı, kiminsə maşınının şüşəsi qırılırdı. Sonralar ağır silahlarla yaşayış məntəqələrini atəşə tutmağa başladılar. 1991-ci il noyabrın 20-də bizim vertolyotu vurdular. Vertolyot vurulan günün səhəri Şuşada mənim toyum idi. Bu, Şuşada axırıncı toy oldu. Həmin günü birinci dəfə idi ki, ermənilər Şuşanı ağır silahlarla yaylım atəşinə tutdular. Demək olar ki, şəhəri lərzəyə saldılar".

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında zərərçəkmiş şəxs qeyd etdi ki, əfsuslar olsun, bizim onlara cavab vermək üçün heç nəyimiz yox idi. Onların isə əksinə, hər şeyləri var idi - 366-cı motatıcı alay Xankəndidə yerləşirdi, orada xidmət edən zabitlərin, hərbi qulluqçuların çoxu erməni idi. Biz öz tabel silahımıza bir dənə güllə tapmayanda, onlarda dolu silahlar var idi.

O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında vertolyotların Azərbaycanın vaxtilə işğal altında olan ərazilərindən Ermənistana və geriyə hərəkət etməsindən danışıb: "Vertolyotları özüm görmüşəm. Ermənistandan adam da daşınırdı, silah da".

A.Əliyev erməni tərəfi ilə danışıqlarda iştirak etdiyini deyib. Qeyd edib ki, bir dəfə əsir və girovları dəyişdirəndən dərhal sonra erməni tərəfi onların avtobusunu atəşə tutub. Nəticədə girovluqdan xilas edilən yaralı azərbaycanlı yenidən xəsarət alıb.

O, təqsirləndirilən şəxslərdən Arkadi Qukasyanı tanıdığını, onun "Sovetskiy Karabax" qəzetinin redaktoru olduğunu bildirib. A.Əliyev qəzetdə azərbaycanlıların öz torpaqlarından didərgin salınmalarına çağırış edildiyini söyləyib. Buna nümunə kimi isə sonralar Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın həmin qəzetə verdiyi müsahibəsini göstərib.

Ardınca zərərçəkmiş şəxslərin nümayəndələri, müdafiəçilər və təqsirləndirilən şəxslər zərərçəkmişə suallar veriblər.

Təqsirləndirilən şəxs Arkadi Qukasyan zərərçəkmiş şəxsin dediklərinə münasibət bildirərək, 1992-ci ildə "Sovetskiy Karabax" qəzetinin artıq çap edilmədiyini, həmin nəşrdə redaktor müavini işlədiyini, zərərçəkmiş şəxsi tanımadığını iddia edib.

Zərərçəkmiş şəxs Orduxan Kərimov da ifadəsində təqsirləndirilən şəxslərdən Arkadi Qukasyanı tanıdığını deyib. O, Ermənistan silahlı qüvvələrinin hadisə törətdiyi yerlərə istintaq qrupunun tərkibində getdiyini deyib.

O.Kərimov 1991-ci ilin yayında Sırxavənd kəndində dörd azərbaycanlının erməni silahlıları tərəfindən yandırıldığını vurğulayaraq qeyd edib: "Yandırılaraq qətlə yetirilənlər iki ata və iki oğul idi. Qaradağlıda 7 nəfər yandırılmışdı. Meşəli qətliamında isə həmin gün çatdıra bilmədik, yalnız bir gün sonra gedib çıxa bildik. Biz kəndə girəndə oradan insan ətinin iyi gəlirdi, sakinləri yandırmışdılar".

O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavab verən zaman Şuşanın mütəmadi olaraq raket atəşinə tutulmasından da bəhs edib: "Atışma olanda əhali evlərin zirzəmilərində gizlənirdi. Mənim üç uşağım var idi, balaca idilər. Zirzəmidə o qədər qalmışdılar ki, bədənləri yara olmuşdu".

Zərərçəkmiş şəxs Məhərrəm Hüseynov 1990-cı illərdə Şuşa Polis Şöbəsində çalışdığını, həmin vaxt Xankəndidə keçirilən mitinqlərə Şuşa ermənilərinin də cəlb edildiklərini söyləyib.

Zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarına cavab verərkən Məhərrəm Hüseynov 1992-ci il fevralın 10-dan 11-dən keçən gecə Malıbəyli və Quşçular kəndlərinə erməni silahlı birləşmələri tərəfindən hücum edildiyini, həmin kəndlərin işğal olunduğunu deyib. "Onlarla soydaşlarımızı qətlə yetirdilər. Yaralılar oldu, insanların bir hissəsini girov götürdülər. Azğınlaşmış terrorçular qısa müddət sonra - fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımını törətdilər. Xocalı soyqırımı həqiqətən də, sözün əsl mənasında, bəşər tarixində misli görünməyən bir terror idi", - deyə o əlavə edib.

M.Hüseynov zərərçəkmişlərin nümayəndəsinin həmin vaxt Şuşada ağır silahlar, o cümlədən raketlərin olub-olmaması barədə sualına isə belə cavab verib: "Əgər bizim ağır texnikamız olsaydı, Xocalı soyqırımı vəhşicəsinə törədilən zaman onlara tərəf mərmi atardıq ki, qorxsunlar, çəkinsinlər".

Zərərçəkmiş şəxs Arif İbrahimov Şuşa şəhərində qohumlarına məxsus evlərin dağıdıldığını bildirərək deyib: "Evimiz Şuşada olub. Xankəndiyə də gəlib-gedirdim. Şuşada bizim qohumlara aid 32 ev var idi. Şuşa azad olunandan sonra oraya getdim, həmin evlərin heç biri yox idi".

Zərərçəkmiş Əvəz Məmmədov Şuşada anadan olduğunu, orada yaşadığını və müəllim işlədiyini deyib. O əlavə edib: "1988-ci ilin fevralında ermənilər mitinq keçirən gündən Şuşanın işğalını da planlaşdırırdılar".

Ə.Məmmədov ilk vaxtlarda Şuşadan çıxan maşınların daşqalaq edildiyini, insanlara xəsarət yetirildiyini, nəqliyyat vasitələrinin şüşələrinin qırıldığını diqqətə çatdırıb.

Zərərçəkmiş şəxs dövlət ittihamçıları Vüsal Abdullayevin və Təranə Məmmədovanın suallarına cavab olaraq bildirib ki, Ermənistan ordusu növbəti mərhələdə sakinləri azərbaycanlılar olan yaşayış məntəqələrini, o cümlədən Şuşanı atəşə tutub, kəndlərə hücum edib, insanları öldürüb, girov götürüb, onlara işgəncə veriblər.

"Növbəti mərhələdə isə Şuşa T55 tankları, ağır artilleriya, raketlərlə atəşə tutulurdu. Dinc əhali, Şuşa qadınları gecələri körpələrlə zirzəmidə keçirirdilər", - deyə o sözlərinə davam edib.

Zərərçəkmiş şəxs Niyazi Həsənov Malıbəyli və Quşçular kəndlərinin 1991-ci il dekabrın sonlarından başlayaraq hücuma məruz qaldığını deyib. Onun sözlərinə görə, fevralın 7-dən hücumlar intensivləşib. Zərərçəkmiş şəxs fevralın 9-da özünün və anasının PDM-dən açılan atəş nəticəsində yaralandığını, bədənində indiyədək qəlpələrin qaldığını bildirib. O, baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən kəndlərə hücum edilən zaman dinc əhalinin çıxması üçün heç bir yol, dəhliz verilmədiyini vurğulayaraq qeyd edib: "Biz məcbur olub meşə ilə çıxdıq, özümüzü Ağdamın Abdal-Gülablı kəndinə çatdırdıq. Abdal-Gülablıdan bizi Ağdam xəstəxanasına apardılar. Xocalı soyqırımından sonra o xəstəxanaya xeyli yaralı gətirdilər. Bizim çarpayıları xəstəxananın həyətində şam ağaclarının altına düzdülər. Həkimlər bizə orada yardım göstərirdilər ki, ölməyək".

Zərərçəkmiş şəxs Sədirxan Əhmədov da Ermənistan ordusu tərəfindən Malıbəyli və Quşçular kəndlərinə edilən hücumdan danışaraq həmin hadisələr zamanı yaralandığını, torpaqlarının işğal edildiyini, qohumlarının öldürüldüyünü bildirib.

Məhkəmədə Niyazi Həsənov və Sədirxan Əhmədovla bağlı məhkəmə tibbi-ekspertizasının rəyləri də açıqlanıb.

Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Aprel 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri