Icma.az
close
up
RU
Ermənistan ordusu beş nəfərdən ibarət ailəni vəhşicəsinə qətlə yetirdi Zərərçəkmiş

Ermənistan ordusu beş nəfərdən ibarət ailəni vəhşicəsinə qətlə yetirdi Zərərçəkmiş

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Kərim Novruzov Ermənistan ordusunun 1991-ci ilin sentyabr-oktyabr aylarında Ağdərə rayonunun Baş Güneypəyə kəndinə dörd dəfə hücum etdiyini, nəticədə İkinci Dünya müharibəsi iştirakçısı 1910-cu il təvəllüdlü Qoşun Abdullayevi, Həmzə Ələkbərovu və kəndin digər sakinlərini qətlə yetirdiyini deyib.

"Unikal"ın xəbərinə görə, o bildirib ki, Ermənistan ordusunun sonuncu irimiqyaslı hücumları 1992-ci il martın 12-də baş verib. “Ağdərə rayonunun beş kəndinə, o cümlədən bizim Baş Güneypəyə kəndinə hücum etdilər. Onlar bütün kəndi mühasirəyə alıb, tanklardan və ağır artilleriyadan atəş açırdılar. Kifayət qədər hərbi qüvvələri var idi. Onlar avtomatlar, pulemyotlar, snayper tüfəngləri ilə silahlanmışdı. Atam 1992-ci ilin martın 12-də dinc sakinləri qətliamından xilas edərkən döyüş yoldaşları ilə birlikdə qəhrəmancasına şəhid oldu. Atamdan əlavə, qardaşım, iki əmim və digər qohumlarım və uşaqlıq dostum həmin döyüşdə şəhid oldular. Vitali Balasanyanın vasitəçiliyi ilə danışıqlar aparılsa da, lakin onlar atamın və onunla birlikdə həlak olanların nəşinin verilməsindən imtina etdilər. Hazırda da onların nəşlərinin harada olduğu məlum deyil”, - deyə K.Novruzov bildirib.

O əlavə edib ki, hadisə nəticəsində Ermənistan ordusu tərəfindən beş nəfərdən ibarət ailə vəhşicəsinə qətlə yetirilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see237

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see236

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see151

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see147

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see146

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see135

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri