Icma.az
close
up
RU
Zərərçəkmişlər təqsirkarları ittiham edirlər

Zərərçəkmişlər təqsirkarları ittiham edirlər

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 22-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında zərərçəkənlərin ifadələri dinlənilib. Məhbubə Bəbirxanova, Elmira Həsənova, Səadət Həşimova, Arzu Bədəlova, Bəsirə Soltanova, Ceyran Muxtarova 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşdüklərini, işğal zamanı qohumlarımdan şəhid və yaralılar olduğunu söyəyiblər.

Muxtar Həşimov 1992-ci il mayın 18-də Laçın rayonundan məcburi köçkün düşdüyünü, özünün və körpə qıznın yaralandığını deyib. Adil Ələskərov Füzuli şəhərindən,  Mehman Məmmədov Qubadlı, Vahid Musayev, Laçın,  Allahverdi Allahverdiyev isə Zəngilanın rayonlarından  məcburi köçkün düşüblər. 

Ağdamın Ətyeməzli kəndindən Sərxan Abbasov deyib ki, o, 1992-ci ilin fevralında Xocalı faciəsi zamanı şəhərdən 28 meyit çıxarıb. Laçın rayonundan Sədrəddin Məmmədov qeyd edib ki, yaralan, şəhid olan doğmaları, yaxınları var. Ramiz Təhməzov və Rəhim Cabbarov Qubadlıdan,  Fizuli Paşayev və Firad Həsənov Zəngilandan məcburi köçkün düşüblər.

Zərərçəkmiş şəxs Eldar Rüstəmov 1992-ci ilin mayında Şuşada o, başından və belindən yaralanıb. Qubadlıdan məcburi köçkün Elçin İsgəndərov qohumları Eldəniz, İlham, Şirin, Vidadi, Savalan və digərlərinin şəhid olduqlarını deyib. Bəxtiyar Məmmədov 1993-cü ildə Füzuli rayonunda amətdə yaralanıb. 1993-cü ilin iyulunda Ağdam rayonunun Yusifcanlı kəndindən məcburi köçkün düşən Fizuli Nəcəfi ailəsinin 4 şəhid verdiyini söyləyib.

Zərərçəkmiş şəxslər Ülfət Rəcəbov, Pərviz Həsənov, Rasim Hüseynov, Mehman Rzayev, Əlixamin Əsədov 1992-ci Laçın rayonunundan məcburi köçkün düşdüklərini vurğulayıblar. Qətibə Həziyeva, Xaliq Məmmədov və Elxan İmanov Füzuli rayonundan, Pərvanə Xəlilova və Nadir Səfərov isə Ağdam rayonundan məcburi köçkün düşdüklərini deyiblər. Xəyal Məmmədhəsənov, Həbibə Abbasova, Surxay Hüseynov, Əli Nəcəfov və Hafiz Ağakişiyev ifadələrində Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkdiklərini bildiriblər.

Zərərçəkmiş Səxavət Namazov qeyd edib ki, 1993-cü ildə Füzulinin Gorazıllı kəndindən məcburi köçkün düşüb. Füzuli rayonundan Əjdər Quliyev oğlu və əmisi oğlu da olmaqla, 12 sakinin həyatını itirdiyini bildirərək deyib. Novruz Novruzov Xocalı hadisələri zamanı Ağdam məscidinin qarşısına çox sayda meyitin gətirildiyini gördüyünü vurğulayıb.

Səkinə Xəlilova Xocalı soyqırımının şahidi olduğu qırğından söz açıb.  O deyib ki, böyük oğlu Cəbrayılda ağır yaralanıb, digər oğlu Xocalı faciəsində 22 yaşında qətlə yetirilib. Anar Səfərov bildirib ki, 1989-cu ildə ermənilər Əsgəranda 2 sinif yoldaşını erməni polislər qətlə yetirib. 

Zərərçəkmişlər məhkəmə iclasında, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi avqustun 25-də davam etdiriləcək.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Avqust 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri