Icma.az
close
up
RU
Zərərli tikinti materialları sağlamlıq üçün təhlükə yaradır

Zərərli tikinti materialları sağlamlıq üçün təhlükə yaradır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Bir sıra hallarda məişətdə və tikinti sahəsində zərərli tikinti məhsullarından istifadə edilir ki, bu da insan sağlamlığına ciddi ziyan vurur.

AZƏRTAC xəbər verir ki, standartlara cavab verməyən bəzi tikinti materialları binaların seysmik aktivliyinə də mənfi təsir göstərərək qəza riskini artırır. Ekspertlərin fikrincə, zərərli inşaat materiallarından ən təhlükəlisi istifadəsi dayandırılan asbestdir. Ondan şiferlər istehsal olunurdu. Son illər isə asbesti dəmir texnologiyalar əvəz edir. Bu baxımdan asbestdən hazırlanan şiferlərin istifadəsi femək olar ki, dayandırılıb. Bilavasitə insan orqanizmi ilə təmasda olan plastik və laminat materiallar da təhlükəli hesab edilir. Ucuz laminatın istehsalında bəzi komponentlər olur ki, onlar qapalı, havalanmayan məkanlarda zərərli maddələr buraxır. Odur ki, tikinti materialları ilə işləyən və təmasda olan insanlar xəstəlikdən qorunmaq üçün maskalardan və yaxud tənəffüs sistemini qoruyan xüsusi cihazlardan istifadə etməli, müəyyən qoruyucu paltarlar geyinməlidirlər. Eləcə də tikinti materialları alanda lisenziyası olub-olmadığını soruşmaq gərəkdir. Materiallar orqanizmə mənfi təsir etməyən ekoloji təmiz materiallardan hazırlanmalıdır ki, gələcəkdə həm orada işləyən, həm də yaşayacaq insanlar üçün heç bir sağlamlıq problemi yaranmasın.

Dünya təcrübəsi də bəzi materialların insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğunu göstərir.

Bütün bu amillər tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapıb.

Bu texniki reqlamentlə, həmçinin insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıları çaşdıran hərəkətlərin qarşısının alınması məqsədilə tikinti materiallarının uyğunluğunun qiymətləndirilməsinə dair tələblər, nişanlanma üsulları, forması və bununla bağlı öhdəliklər, eləcə də tikinti materialları ilə əlaqəli istehsal, saxlanma, daşınma və qablaşdırma proses və prosedurları da müəyyən edilir.

Qeyd edək ki, tikinti materialları istehsalı prosesində və təyinatı üzrə istifadə edilən zamanı onların əsas xüsusiyyətlərinin bu Texniki reqlamentin 4-cü bölməsində qeyd edilən təhlükəsizliyə dair məcburi tələblərə uyğunluğu təmin edilməli və hər hansı riskin yaranma ehtimalı istisna edilməlidir.

Qanunvericiliyə uyğun olaraq, tikinti materiallarının əsas xüsusiyyətləri barədə məlumat onların adları, növü və işarəsi, təsərrüfat subyektinin adı, ünvanı və əmtəə nişanı bilavasitə tikinti materialının üzərində və ya onun qablaşdırmasında əks etdirilməli və ya istismar sənədlərində göstərilməlidir. İstismar sənədlərində, həmçinin tikinti materiallarının təyinatı və tətbiq sahəsi, istehsal edildiyi tarix, təhlükəsiz istifadə və istismar, daşınma, saxlanma, realizə edilmə, məhvetmə və utilizasiya qaydaları, zədələnmə və nasazlıq hallarında həyata keçirilməli olan tədbirlər, eləcə də uyğunluğun qiymətləndirilməsi nəticələri barədə məlumat verilməlidir.

Bundan başqa, tikinti materialları istifadə üçün yararlı olmalı, tikintinin texniki-iqtisadi əsaslandırılmasına və tikinti layihəsinə, tikinti işlərinin təyinatına və xüsusiyyətlərinə uyğun seçilməli və tikinti obyektlərinin təhlükəsizliyi ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulan əsas tələblərə (yanğın təhlükəsizliyi, konstruktiv möhkəmlik və davamlılıq, seysmik dayanıqlıq və s.) cavab verməlidir.

Azərbaycan hökumətinin tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər paketində yeni mexanizmlər tikintiyə nəzarət və təhlükəsizlik standartlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Tikinti ərazilərində ekoloji və radioloji risklərin qiymətləndirilməsi və idarə olunması üçün hüquqi baza yaradılacaq. Sağlamlığa zərərli tikinti materiallarının istifadəsinə məhdudiyyət qoyulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri