Icma.az
close
up
RU
Zərifə xanım Əliyevanın elmi irsi ümumdünya tibb sahəsində mühüm önəm kəsb edir

Zərifə xanım Əliyevanın elmi irsi ümumdünya tibb sahəsində mühüm önəm kəsb edir

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Tarix yalnız baş verən hadisələrin deyil, o hadisələrə məna verən böyük şəxsiyyətlərin yaddaşıdır. Bu yaddaşda elə adlar var ki, zaman keçdikcə daha da ucalır, nəsillər dəyişsə də onların mənəvi irsi sönmür, əksinə daha parlaq şəkildə yol göstərir. Akademik Zərifə Əliyeva məhz belə şəxsiyyətlərdəndir – elmi ilə insanlara işıq bəxş edən, mənəviyyatı ilə cəmiyyətə örnək olan, həyatın bütün çətinliklərinə baxmayaraq ucalığını qoruyan nadir Azərbaycan qadını.
1923-cü ilin aprelində Naxçıvanın Şahtaxtı kəndində dünyaya gələn Zərifə xanımın ömür yolu ilk gündən zəhmət, məsuliyyət və yüksək məqsədlərlə yoğrulmuşdu. O, Azərbaycan Dövlət Tibb İnstitutunda aldığı təhsil ilə gələcəyin böyük alim və həkimi kimi formalaşmağa başladı. Lakin onun seçdiyi yol sadəcə bir peşə yolu deyildi – bu, insanlara xidmət missiyası idi. Oftalmologiya sahəsini seçərək o dövrdə geniş yayılmış, minlərlə insanı korluğa sürükləyən traxoma xəstəliyinə qarşı mübarizəyə qalxdı. Bu mübarizə yalnız laboratoriyalarda deyil, kəndlərdə, rayonlarda, insanların arasında aparılırdı. Zərifə xanım xəstəliyin yayıldığı bölgələrə gedir, həkimlərə yol göstərir, xəstələrə ümid verirdi. Onun tətbiq etdiyi müalicə üsulları nəticəsində traxoma Azərbaycanda sosial bəla olmaqdan çıxarıldı və bu, alim ömrünün xalqa bəxş etdiyi ən böyük işıqlardan biri oldu.
Onun elmi fəaliyyəti bununla məhdudlaşmadı. Qlaukoma, virus mənşəli göz xəstəlikləri, görmə orqanının peşə patologiyası kimi mürəkkəb sahələrdə apardığı tədqiqatlar tibb elminə yeni istiqamətlər gətirdi. Xüsusilə sənaye sahəsində çalışan insanların sağlamlığına yönəlmiş araşdırmaları onun alim kimi nə qədər uzaqgörən və məsuliyyətli olduğunu bir daha sübut etdi. 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini alması, daha sonra professor və akademik kimi yüksəlməsi onun zəhmətinin və istedadının məntiqi nəticəsi idi.
Zərifə Əliyeva yalnız böyük alim deyildi, o, həm də əsl ziyalı idi. Onun həyat fəlsəfəsində insan amili hər şeydən üstün tutulurdu. “Həkim insanın ən doğma adamıdır” deyən Zərifə xanım bu fikri bütün fəaliyyəti ilə təsdiqləyirdi. O, xəstələrinə sadəcə tibbi yardım göstərmir, onlara mənəvi dayaq olurdu. Onun səmimiyyəti, qayğıkeşliyi və insana olan dərin sevgisi həmkarlarının, tələbələrinin və minlərlə xəstəsinin yaddaşında silinməz iz qoymuşdur.
Bu böyük qadının həyatı yalnız elm və səhiyyə ilə məhdudlaşmırdı. O, həm də görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yoldaşı idi. Bu ailə yalnız şəxsi münasibətlərin deyil, yüksək mənəvi dəyərlərin, qarşılıqlı hörmətin və dəstəyin nümunəsi kimi tarixə düşdü. Ulu Öndərin də vurğuladığı kimi, onun dövlət fəaliyyətində qazandığı uğurların arxasında məhz Zərifə xanımın yaratdığı ailə mühiti, mənəvi dayaq dayanırdı. Bu, onun həyat yoldaşı kimi nə qədər müdrik, sədaqətli və güclü bir qadın olduğunu göstərir.
Eyni zamanda o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anası kimi də yüksək mənəvi dəyərlərin daşıyıcısı olmuşdur. Cənab İlham Əliyevin xatirələrində anasının şəxsiyyəti sadəcə bir valideyn kimi deyil, həm də həyat dərsi verən bir müəllim kimi canlanır. Onun ailəsində yaratdığı tərbiyə mühiti, övladlarına aşıladığı humanizm, məsuliyyət və Vətənə bağlılıq bu gün də öz bəhrəsini verməkdədir.
Zərifə Əliyeva ictimai fəaliyyəti ilə də seçilirdi. O, müxtəlif elmi və ictimai qurumlarda fəal iştirak edir, səhiyyənin inkişafı, həkim kadrlarının hazırlanması üçün böyük zəhmət sərf edirdi. Onun rəhbərliyi altında yetişən gənc həkimlər bu gün də onun yolunu davam etdirir, onun məktəbini yaşadırlar. Yazdığı monoqrafiyalar, dərs vəsaitləri və elmi əsərlər isə tibb elminin qızıl fonduna daxil olmuşdur.
Bu zəngin və mənalı ömür 1985-ci ilin 15 aprelində başa çatdı. Lakin onun adı, gördüyü işlər və insanlara bəxş etdiyi nur bu gün də yaşayır. 1994-cü ildə nəşinin Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunması xalqın ona olan sonsuz ehtiramının təcəssümü idi.
Bu gün Zərifə Əliyeva adı yalnız tarix kitablarında deyil, həm də müasir Azərbaycanın səhiyyə sistemində yaşayır. Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi bu irsin davamçısı kimi fəaliyyət göstərir, minlərlə insana işıq bəxş edir. Onun həyatı bir daha sübut edir ki, əsl böyüklük yalnız elmi nailiyyətlərlə ölçülmür. Əsl böyüklük insanlara verdiyin işıqda, toxunduğun talelərdə, qoyduğun mənəvi izdədir. Zərifə Əliyeva məhz belə bir ömür yaşadı – insanlara nur bəxş edən, qaranlıqları işığa çevirən, adı hörmət və ehtiramla anılan əbədi bir ömür.

Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Aprel 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see322

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see313

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see285

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see282

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see280

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see266

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see256

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see248

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see237

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see236

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see235

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see232

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see232

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see230

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see214

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see213

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see211

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see205

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri