Icma.az
close
up
RU
Zeyd Nəsirullaya Almaniyadan ciddi maraq Gənc futbolçu seçim ərəfəsində REPORTAJ

Zeyd Nəsirullaya Almaniyadan ciddi maraq Gənc futbolçu seçim ərəfəsində REPORTAJ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan futbolunun ümidverici adlarından biri olan 16 yaşlı Zeyd Nəsirulla Almaniyada göstərdiyi uğurlu çıxışı ilə bir neçə klubun maraq dairəsinə düşüb. Onun performansı skautların diqqətindən yayınmayıb. Hazırda “Herta Zelendorf” klubunun U-17 komandasında çıxış edən gənc futbolçu qarşıdan gələn mövsüm üçün həm Bundesliqa, həm də Regional Liqa səviyyəsində ciddi seçim qarşısındadır. Bu isə o deməkdir ki, Zeyd tezliklə Almaniya futbolunda yeni bir mərhələyə qədəm qoya bilər.

İki Bundesliqa klubundan rəsmi təklif

Zeyd Nəsirullaya Almaniyanın iki U-17 Bundesliqa klubundan rəsmi təklif daxil olub. Bu təkliflər onun cari mövsümdə göstərdiyi istedad və performansın yüksək qiymətləndirildiyini nümayiş etdirir. Bu, gənc oyunçunun karyerasında yeni pilləyə yüksəlməsi üçün əhəmiyyətli fürsət hesab olunur.

Berlin Kubokunun qalibi olan komandadan dəvət

Digər tərəfdən, Zeyd öz hazırkı klubu “Herta Zelendorf”un U-19 komandasından da ciddi təklif alıb. Regional Liqada çıxış edən bu kollektiv 2024/2025-ci illər mövsümündə əlamətdar nəticə göstərərək Berlin Kubokunun qalibi olub. Komanda final mərhələsində “Herta Berlin” və “Union Berlin” kimi tanınmış klubları geridə qoyaraq kuboku qazanıb. Bu uğur fonunda klub Zeydi U-19 heyətində görmək istədiyini açıq şəkildə bildirib. Seçim qarşısında qalan futbolçunun məqsədi yalnız xaricdə qalmaq deyil, həm də mütəmadi oynayaraq təkmilləşməkdir. Futbolçu təklifləri dəyərləndirsə də, artıq seçimini edib. O, inkişaf baxımından Regional Liqada çıxış edən U-19 komandasında qalmağın daha faydalı olduğuna inandığını söyləyib: “Öz yaşıdlarımla Bundesliqada mübarizə aparmaq əlbəttə ki, prestijlidir. Amma düşünürəm ki, məndən 2-3 yaş böyük futbolçularla Regional Liqada oynamaq mənim inkişafıma daha çox töhfə verəcək. Bu səviyyədə oyun məni həm fiziki, həm də psixoloji baxımdan daha tez yetkinləşdirir.”

Transfer pəncərəsi iyunun 30-na kimi davam edəcək və Zeyd həmin tarixədək yekun qərarını verməlidir.

Milli komandada paralel inkişaf

Texniki bacarığı, meydanda intellektual oyunu və soyuqqanlılığı ilə seçilən Zeyd artıq Azərbaycanın U-17 milli komandasında da mühüm rol oynayır. Artıq bir neçə ildir yığmaya dəvət alır. O, həm öz yaş qrupu üzrə komandada, həm də bir yaş böyük futbolçuların heyətində forma geyinir. Beynəlxalq arenada qazandığı təcrübə onun oyun üslubuna və liderlik keyfiyyətlərinə müsbət təsir göstərib. Zeydi kollektivdə əsas fiqurlardan biri kimi dəyərləndirən futbol mütəxəssisləri onun həm klubda, həm də millidə yüksək səviyyədə inkişafını xüsusi qeyd edir, uyğunlaşma qabiliyyətini yüksək qiymətləndirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri