Icma.az
close
up
RU
Zibilyığanın milyonçu oğlu ilə prezidenti nə bağlayır? Böyük Manipulyator

Zibilyığanın milyonçu oğlu ilə prezidenti nə bağlayır? Böyük Manipulyator

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əvvəlki yazı

Böyük Manipulyator

14-cü hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

Fransada gördüyü işlərdə İssad Rebraba 2012-ci ildən başlayaraq o qədər də adlı-sanlı olmayan, ancaq çox bacarıqlı bir iş adamı olan Fərid Belkaçemi kömək etdi. Əvvəllər Parisdə və Londonda bizneslə məşğul olan bu franko-əlcəzairli adamın çox böyük bir çevrəsi – özü kimi peşəkar iş adamlarından ibarət dostluq şəbəkəsi var. Kasıb bir ailədən çıxan Fərid Belkaçemi (atası Montrey şəhərində zibilyığan olub) sərvətini 1980-ci illərin ortalarında baş verən “maliyyə partlayışı” zamanı Parisin birjalarında qazanır. 2008-ci ildə məşhur La Tribune qəzeti onun bacarığına və istedadına həsr olunmuş geniş bir məqalə çap edir. Bir müddət Fransa Kredit Kommersiya (CCF) təşkilatında çalışandan sonra Fərid Belkaçemi əmlak işi ilə məşğul olan Viel Tradition şirkətinə qatılır və çox keçmir ki, orada Avropa zonasındakı əmlakçılar qrupunun prezidenti seçilir. Prezident olduğu müddətdə Belkaçemi London, Brüssel, Milan, Münhen, Frankfurt, Lozan və Lüksemburq şəhərləri arasında xeyli işgüzar və məhsuldar səfərlər edir.

Sonra karyerasını Credit Agricole və Natixis banklarının filialı olan CACEIS qrupunda davam etdirir. Daha sonra peşəkar futbolçuların agenti kimi fəaliyyət göstərməyə başlayır. Bu agentliyi Fərid Belkaçemi təkbaşına, heç kimin köməyi olmadan yaradır. Keçmiş əmlakçı həqiqətən də, beynəlxalq biznes planetində bir çox nüfuzlu şəxsiyyətlərlə yaxından tanışdır, xüsusilə Londonda, eyni zamanda, Aralıq dənizinin hər iki tərəfində və Orta Şərqdə fəaliyyət göstərən iqtisadi lider İssad Rebrabla. O, həmçinin franko-əlcəzairli iş adamı Mehdi Dazi ilə də yaxın dostdur. Mehdi Dazi isə Vivendi şirkətinin müşahidə şurasının keçmiş üzvü və Abu Dhabi ailəsinə məxsus olan Emirates International investisiya şirkətinin keçmiş baş direktoru olub. Hal-hazırda isə bu adam, Kayman adalarında məskunlaşan Dar Benian Real Estate şirkətinin meneceridir. Belkaçeminin qabiliyyəti tək maliyyə və ya idmanla məhdudlaşmır. O, həm də bir çox siyasi liderləri də yaxından tanıyır. Məsələn, sağçılar partiyasından olan İv Jeqo və Jan-Lui Borlo. Solçular partiyasından isə Jan-Mari Lö Qen, Arno Monteburq, Yamina Benqiqi, eləcə də Flör Pellera. Təbii ki, o şəxsi telefon kitabçasını, həmyerlisi Issad Rebrabın qarşısında geniş açıb.

Le Point jurnalında çap olunan bir məqalədən bunu da öyrənirik ki, bu əlcəzairli iş adamı, nəinki Yelisey sarayı ilə yaxın əlaqədədir, həm də Fransanın müxtəlif partiyalarından olan siyasi liderlərin yaxşı tanıdıqları bir sahibkardır. 2016-cı ilin qışında, Fərid Belkaçemi məntiqi olaraq Emmanuel Makrona yaxınlaşır və Fransua Tuazi kimi prezidentliyə namizədin Əlcəzairə səfərinin təşkilində ona yaxından kömək edir. Futbol dünyasında, xüsusən də Qətər və PSG arasında əlaqələr yaradan Belkaçemi, bir zamanlar franko-əlcəzairli vəkil Kərim Aşui ilə də yaxın olub. Aleksandr Benallanın dostu olan bu vəkil, əvvəllər xeyli peşəkar cinayətkarları və böyük banditizmlə məşğul olan oğruları müdafiə edib. Buna görə də bu adam mətbuatda “oğru-quldurların vəkili” kimi təqdim olunur. Nəticədə bir sıra “etik pozuntulara” yol verdiyi üçün o Paris ədalət orqanlarından xaric edilir. (Hal hazırda bu adam Əlcəzairin ədalət orqanlarının Fransa respublikasındakı filialı kimi fəaliyyət göstərir) Belkaçemi və Kərim Aşui 2013-cü ildə Müsəlmanların Məhkəmə Müdafiə Liqası qrupu (LDJM) yaradır, ancaq Belkaçemi az sonra bu liqadan könüllü olaraq çıxır. Niyə, nə səbəbə? Onun liqanın açılışına yaxın dostunu – fransalı yəhudi deputat Meyer Habibi dəvət etdiyinə görə.

Müsəlmanlar, bu açılışa bir yəhudinin dəvət olunmasını ona bağışlamırlar. Belkaçemi həm də Dransidən olan imam Hassen Şalqumi ilə də dostluq edir. Şalqumi də Meyer Habib kimi Makronun namizədliyini dəstəkləmişdi. Onu da qeyd edək ki, Fərid Belkaçemi Fransa-Afrika şəbəkələrini də yaxından tanıyır. Jan-Lui Borlo kimi, o da fransalı yəhudi Filip Hababu Solomon ilə çox yaxındır. Qətərin Müdafiə Nazirliyi üçün işləyən bu adam Le Monde qəzetində “şəxsi diplomatiya üzrə mütəxəssis” kimi təqdim olunur. Bu kiçik çevrədə Fərid Belkaçemi 2018-ci ilin payızında yəhudi dostu Filip Hababu Solomonu Aleksandr Benalla ilə tanış edir. Belkaçeminin istəyi odur ki, Filip Hababu Solomon Yelisey sarayından kənarlaşdırılan Makronun keçmiş cangüdəni Benallaya dəstək olsun.

Ardı var...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Fevral 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri