Icma.az
close
up
RU
“Böyük manipulyator”

“Böyük manipulyator”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Mark ENDEVELD

(əvvəli https://xalqqazeti.az/az/siyaset/208198-boyuk-manipulyator)

Fransada gördüyü işlərdə İssad Rebraba 2012-ci ildən başlayaraq o qədər də adlı-sanlı olmayan, ancaq çox bacarıqlı bir iş adamı olan Fərid Belkaçemi kömək etdi. Əvvəllər Parisdə və Londonda bizneslə məşğul olan bu franko-əlcəzairli adamın çox böyük bir çevrəsi – özü kimi peşəkar iş adamlarından ibarət dostluq şəbəkəsi var. Kasıb bir ailədən çıxan Fərid Belkaçemi (atası Montrey şəhərində zibilyığan olub) sərvətini 1980-ci illərin ortalarında baş verən “maliyyə partlayışı” zamanı Parisin birjalarında qazanır. 2008-ci ildə məşhur “La Tribune” qəzeti onun bacarığına və istedadına həsr olunmuş geniş bir məqalə çap edir.

Bir müddət Fransa Kredit Kommersiya (CCF) təşkilatında çalışandan sonra Fərid Belkaçemi əmlak işi ilə məşğul olan “Viel Tradition” şirkətinə qatılır və çox keçmir ki, orada Avropa zonasındakı əmlakçılar qrupunun prezidenti seçilir. Prezident olduğu müddətdə Belkaçemi London, Brüssel, Milan, Münhen, Frankfurt, Lozan və Lüksemburq şəhərləri arasında xeyli işgüzar və məhsuldar səfərlər edir. Sonra karyerasını “Credit Agricole” və “Natixis” banklarının filialı olan CACEIS qrupunda davam etdirir. Daha sonra peşəkar futbolçuların agenti kimi fəaliyyət göstərməyə başlayır. Bu agentliyi Fərid Belkaçemi təkbaşına, heç kimin köməyi olmadan yaradır. Keçmiş əmlakçı həqiqətən də, beynəlxalq biznes planetində bir çox nüfuzlu şəxsiyyətlərlə yaxından tanışdır, xüsusilə Londonda, eyni zamanda, Aralıq dənizinin hər iki tərəfi ndə və Orta Şərqdə fəaliyyət göstərən iqtisadi lider İssad Rebrabla. O, həmçinin franko-əlcəzairli iş adamı Mehdi Dazi ilə də yaxın dostdur. Mehdi Dazi isə “Vivendi” şirkətinin müşahidə şurasının keçmiş üzvü və Abu Dhabi ailəsinə məxsus olan “Emirates International” investisiya şirkətinin keçmiş baş direktoru olub. Hal-hazırda isə bu adam, Kayman adalarında məskunlaşan Dar Benian Real Estate şirkətinin meneceridir.

Belkaçeminin qabiliyyəti tək maliyyə və ya idmanla məhdudlaşmır. O, həm də bir çox siyasi liderləri də yaxından tanıyır. Məsələn, sağçılar partiyasından olan İv Jeqo və Jan-Lui Borlo. Solçular partiyasından isə Jan-Mari Lö Qen, Arno Monteburq, Yamina Benqiqi, eləcə də Flör Pellera.

Təbii ki, o şəxsi telefon kitabçasını, həmyerlisi Issad Rebrabın qarşısında geniş açıb. “Le Point” jurnalında çap olunan bir məqalədən bunu da öyrənirik ki, bu əlcəzairli iş adamı, nəinki Yelisey sarayı ilə yaxın əlaqədədir, həm də Fransanın müxtəlif partiyalarından olan siyasi liderlərin yaxşı tanıdıqları bir sahibkardır. 2016-cı ilin qışında, Fərid Belkaçemi məntiqi olaraq Emmanuel Makrona yaxınlaşır və Fransua Tuazi kimi prezidentliyə namizədin Əlcəzairə səfərinin təşkilində ona yaxından kömək edir.

Futbol dünyasında, xüsusən də Qətər və PSG arasında əlaqələr yaradan Belkaçemi, bir zamanlar franko-əlcəzairli vəkil Kərim Aşui ilə də yaxın olub. Aleksandr Benallanın dostu olan bu vəkil, əvvəllər xeyli peşəkar cinayətkarları və böyük banditizmlə məşğul olan oğruları müdafiə edib. Buna görə də bu adam mətbuatda “oğru-quldurların vəkili” kimi təqdim olunur. Nəticədə bir sıra “etik pozuntulara” yol verdiyi üçün o Paris ədalət orqanlarından xaric edilir. (Hal hazırda bu adam Əlcəzairin ədalət orqanlarının Fransa Respublikasındakı filialı kimi fəaliyyət göstərir) Belkaçemi və Kərim Aşui 2013-cü ildə Müsəlmanların Məhkəmə Müdafiə Liqası qrupu (LDJM) yaradır, ancaq Belkaçemi az sonra bu liqadan könüllü olaraq çıxır. Niyə, nə səbəbə? Onun liqanın açılışına yaxın dostunu – fransalı yəhudi deputat Meyer Habibi dəvət etdiyinə görə. Müsəlmanlar bu açılışa bir yəhudinin dəvət olunmasını ona bağışlamırlar.

Belkaçemi həm də Dransidən olan imam Hassen Şalqumi ilə də dostluq edir. Şalqumi də Meyer Habib kimi Makronun namizədliyini dəstəkləmişdi.

Onu da qeyd edək ki, Fərid Belkaçemi Fransa–Afrika şəbəkələrini də yaxından tanıyır. Jan-Lui Borlo kimi, o da fransalı yəhudi Filip Hababu Solomon ilə çox yaxındır. Qətərin Müdafiə Nazirliyi üçün işləyən bu adam “Le Monde” qəzetində “şəxsi diplomatiya üzrə mütəxəssis” kimi təqdim olunur. Bu kiçik çevrədə Fərid Belkaçemi 2018-ci ilin payızında yəhudi dostu Filip Hababu Solomonu Aleksandr Benalla ilə tanış edir. Belkaçeminin istəyi odur ki, Filip Hababu Solomon Yelisey sarayından kənarlaşdırılan Makronun keçmiş cangüdəni Benallaya dəstək olsun.

Londondan üçüncü adam

Fərid Belkaçemi ilə Aleksandr Benallanın dostluğu çox maraq doğurur. Onlar bir-birlərini çox yaxşı tanıyırlar, özü də çoxdan. Hələ 2012-ci ildə Benalla Arno Monteburqun cangüdəni olanda, bu iki nəfər bir neçə ay ərzində tez-tez görüşmüşdülər. Və onu da unutmaq lazım deyil ki, mətbuatda yazılanlardan fərqli olaraq, Benalla Sosialist Partiyasındakı xidmət şəbəkələri sayəsində nazir Arno Monteburqun cangüdəninə çevrilmir. Onun nazirlik kabinetində tez bir zamanda belə bir “pilləyə qalxmağı” Benalla ilə onun keçmiş rəhbəri Fransua Hollandın yaxın dostu Erik Plümer arasında ciddi mübahisə yaradır. Məsələ burasındadır ki, bir neçə nazirliyin yerləşdiyi Solferino küçəsində hamının yaxşı tanıdığı Plümer heç cürə qəbul edə bilmir ki, niyə mühafi zə xidmətinin başqa təcrübəli üzvləri dura-dura məhz onun keçmişdə qanadının altına aldığı gənc və təcrübəsiz Aleksandr Benalla nazirin cangüdəni olur? “Mən bu xəbəri sonradan bildim, o, artıq rəsmi olaraq Arno Monteburqun cangüdəni təyin olunandan sonra. Mən çox narazı qaldım. Aleksandrla görüşüb ondan tələb elədim ki, mənə bu məsələni izah etsin. Mən Aleksandrı çoxdan tanıyırdım və onunla yaxın idim. Sonra aramız kəsildi, neçə illər ondan xəbərim olmadı”. Erik Plümer onu da xatırlayır ki, “2017-ci ilin payızında Aleksandr artıq Yelisey sarayında olanda, özü mənimlə yenidən əlaqəyə girdi. O vaxt mənim vəziyyətim yaxşı deyildi, məni nazirlər kabinetindəki işimdən qovmaq istəyirdilər...”. Bundan başqa, Arno Monteburqun özünün ilk dəfə dediklərindən fərqli olaraq, Aleksandr Benalla onun nazirlikdəki kabinetində bircə həftə yox, üç ay qaldı və keçmiş nazirin sözlərinə əsasən, yol hərəkəti qaydalarını kobud şəkildə pozub hadisə yerindən qaçdığına görə nazirlikdən uzaqlaşdırıldı…

Məhz o zaman – 2014–2015-ci illərdə – Aleksandr Benalla Velours International şirkətinin filialı olan Velours özəl kəşfiyyat qrupunun əməkdaşına çevrilir. Bu şirkət banal bir cangüdənlər şirkəti deyil, onun missiyaları daha genişdir. 2018-ci ilin oktyabrında Benalla yarızarafat yarıciddi, demişdi ki, “o vaxt media məni iri əzələləri olan, ancaq başında heç nə olmayan axmaq bir ərəb gədəsi kimi təqdim edirdi”. Onu da qeyd edək ki, hər şeydən əvvəl bu şirkətin Əlcəzairlə yaxın əlaqəsi var. Əvvəllər dediyimiz kimi onun rəhbərlərindən birinin – keçmiş fransız polis məmuru Uali Aberkanın əsli Əlcəzairdəndir. Bundan başqa, Velours şirkətinin müştərilərindən biri Issad Rebrabın Cevital qrupu idi.

Məhz elə bu səbəbdən, Aleksandr Benalla franko-mərakeşli olmasına baxmayaraq, Əlcəzairi çox yaxşı tanıyır. “O çox asanlıqla istənilən adamı inandıra bilirdi ki, onun əsli Əlcəzairdəndir. Təbii ki, bu yalan idi. O mənimlə Əlcəzair haqqında daha çox danışırdı, nəinki Mərakeş haqqında. “Le Monde” qəzetində onun çıxardığı hoqqalar haqqında məqaləni oxuyandan sonra mən başa düşdüm ki, onun əsli Mərakeşdən imiş”, – deyə onu tanıyanlardan biri bizə etiraf etdi. Digər dumanlı bir element də var: 2015-ci ilin sonunda, Velours Mərakeşdə filial müəssisə açır. Velours MENA adlanan bu şirkətə Aleksandr Benalla ilə Joze Buyye rəhbərlik edirlər. Joze Buyye kim olsa yaxşıdır? Vaxtilə Arno Monteburqun cangüdənlərindən biri, özü də keçmiş jandarm! Bu məsələdən sonra, medianın bütün diqqəti Mərakeşə tərəf döndü. Lakin Əlcəzairdə Emmanuel Makron keçmiş sosialist nazirinin, xüsusilə İssad Rebrab və onun ətrafındakıların şəbəkələrindən istifadə etdi. Aleksandr Benalla da təbii ki, onlara yaxın idi...

Bu əlaqə lətifə kimi görünsə də, Emmanuel Makronun bir-birindən fərqli personajlarla, eləcə də onun Əlcəzair şəbəkələri ilə əlaqələrini şübhə altına alır. 2018-ci ilin oktyabr ayında gündəlik qəzet Libération yazır ki, Aleksandr Benalla və franko-əlcəzairli Aleksandr Djuri Londonda görüşüblər. Əvvəlcə, Benalla bunu inkar edir, ancaq bir müddət sonra, “Mediapart” saytına müsahibəsində etiraf edir ki, həqiqətən də, payızda, bir neçə dəfə onunla Londonda görüşüb.

(ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Dekabr 2024 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri