Zidan Mbappenin zədəsi haqqında danışdı: “Çox pisdir”
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Millətlər Liqasının birinci turunda Türkiyə ilə oyunda (1:0) zədələnən Kilian Mbappenin vəziyyətini şərh edib.
İdman.Biz xəbər verir ki, Zidan futbolçunun vəziyyətinin pis olduğunu deyib.
"Hər şey pisdir. Kilian Madridə qayıtmalı olacaq. Biz risk etmək niyyətində deyilik", - Zidan bildirib.
İlkin məlumata görə, Fransa millisinin kapitanında diz bağlarının dartılması baş verib. Zədənin dəqiq xarakteri və bərpa müddəti əlavə müayinədən sonra bəlli olacaq.
Qeyd edək ki, Mbappe qarşılaşmanın 54-cü dəqiqədə görüşün yeganə qolunu vurub. Lakin cəmi beş dəqiqə sonra dizindən zədə aldığı üçün meydanı tərk etmək məcburiyyətində qalıb.
Fransa millisi Millətlər Liqasında növbəti oyununu sentyabrın 28-də Belçikaya qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 26 Sentyabr 2026 03:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















