Icma.az
close
up
RU
Zirə nin FP si: Əjdahalar a əlcək atan adam

Zirə nin FP si: Əjdahalar a əlcək atan adam

Icma.az bildirir, sport24.az portalına istinadən.

“Zirə”nin ötəngünkü təyinatları gözlənilən idi. Sadəcə, klub rəhbərliyi “kölgə”dən çıxmağı qərara alıb. Axşam saatlarında “qartallar”ın “facebook” səhifisəndə klubun fəxri prezidenti Orxan Məmmədovun şəklinin görünməsi də təsadüfi deyil.

Qısa araşdırmalarımız Məmmədovun “Zirə” üçün hansı həcmli fiqur olduğunu ortaya qoydu. 

Klubun yaradıcısı olan O.Məmmədov üzdə olmağı istəməyib və “Zirə”ni sanki “başsız atlı” kimi görünməsinin tərəfdarı olub. 3 il ərzində I Diviziondan elitaya, daha sonra isə gümüş medallaradək irəliləyən komandanın cari mövsüm Avropa Liqasında debüt etməsində “gizli qəhrəman” obrazını formalaşdıran Məmmədov yalnız indi üzə çıxdı. Özü də yenə də arxa planda, fəxri prezident (FP) adı altında.

Mətbuatla ünsiyyət qurmaqda maraqlı olmayan FP-nin niyə məhz indi üzə çıxmasını sübutla deyə bilmərik. Ancaq fakt faktlığında qalır ki, “Zirə”nin yaradıcısı olan bu gəncin futbol səhnəsindəki ilk addımlarına bir çox klub rəhbərləri həsəd apara bilər. İstər “Xəzər Lənkəran”ın FP-si Mübariz Mənsimov olsun, istərsə də “Böyük Bakı” layihəsinin ideya müəllifi Hafiz Məmmədov. Lənkəran təmsilçisinin avrokuboklarda ilk qələbəsini görənədək Mənsimov qocaldı. Məmmədova gəlincə, bu iş adamının niyyəti dürüst olsa da, komandasında daim nadürüstlər peyda oldu. 

Orxan Məmmədova gəlincə “Zirə”nin əksər oyunlarını tribunadan izləyən FP hələ ki, kadr seçimində yanlışlığa yol verməyib. Aydın məsələdir ki, Azərbaycanda məhz bu amil futbol klubunun formalaşmasında həlledici rol oynayır. Çünki klub rəhbərləri nadir hallarda daxili “mətbəx”ə baş vururlar. Məhz kadr seçimi yekun nəticənin formalaşmasını şərtləndirir. “Zirə”nin isə tək daxili arenada deyil, elə avrokuboklardakı debüt mövsümündə də ölkənin klub reytinqini zənginləşdirməsi Məmmədovun daha böyük sərmayələrlə ölkə futboluna töhfə verəcəyinə ümidi artırır. Bəlkə də elə bu səbəbdən Orxan bəy futbol səhnəsindəki mövqeyini rəsmiləşdirdi.

Bunun üçün zəmin də əladı. Topaz Premyer Liqasında arxada qalan 4 turdan sonra “Zirə” liderlik kürsüsündə əyləşib. Komanda “Qəbələ” kimi rəqiblə səfərdən bərabərliklə dönməklə yanaşı, inamlı futbolu ilə də adından söz etdirib.  Yatırımın məhz uğurlu dönəmdə artması da başadüşülən və təbiidir. Belə olacağı təqdirdə “qartallar”ın fəxri prezidentinin qış fasiləsində daha elitar klub yaratmaq həvəsinə düşəcəyini proqnozlaşdırmaq çətin deyil. Belədə isə “Qarabağ”la “Qəbələ”yə “əlcək atan” daha bir klub peyda olacaq ki, rəqabət sarıdan korluq çəkən Topaz Premyer Liqasında məclis əməlli başlı qızışacaq.

CEYHUN ƏLİYEV  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sport24.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri