Zirə nin yeni transferi əməliyyat olundu
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Zirə"nin yay fasiləsində heyətinə qatdığı braziliyalı qapıçı Maykon Kleytonla bağlı xəbər var.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı zamanı əlindən ciddi zədə aldığı üçün debütü yubanan qolkiper əməliyyat olunub.
27 yaşlı oyunçu Braziliyada tibbi müdaxiləyə məruz qalıb. Əməliyyatın uğurlu keçdiyi və onun təxminən iki aya sıraya dönəcəyi gözlənilir.
"Zirə" onunla müqaviləyə xitam vermək, yoxsa sağalmasını gözləməklə bağlı tərəddüd keçirir.
Kleyton KL-də "Torpedo Kutaisi" ilə 1-ci mərhələdəki matçlarda və "Payde" ilə 2-ci mərhələnin ilk oyununda iştirak etməyib və baş məşqçi Rəşad Sadıqov "çərçivə"də Aydın Bayramova güvənib.
Xatırladaq ki, "Zirə" braziliyalı qolkiper ilə 2 illik müqavilə imzalayıb. O, karyerası ərzində "Santa Kruz", "Redd Bull Braqantino", "Vitoriya", "Seara" və son olaraq Portuqaliyanın "Portimonense" klublarında çıxış edib.
Mirağa
Baxış sayı:90
Bu xəbər 29 İyul 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















