Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Bakıda 28 istiqamətdə sıxlıq var

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

57 yaşlı Cennifer Lopez belə formada qalır

Zirə premyer liqadakı 300 cü matçında gümüş medalları qazandı

Zirə premyer liqadakı 300 cü matçında gümüş medalları qazandı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zirə - Turan Tovuz 1:0 (0:0)
13. Aydın Bayramov - 6,0
32. Qismət Alıyev (k) - 4,5
14. Elçin Əlicanov - 5,5
29. Ceyhun Nuriyev - 6,0
(7. Məqsəd İsayev, 72) - 5,0
4. Ruan Renato - 6,5
70. İssa Cibrila - 6,0
23. Rafael Utziq - 6,0
(3. Ange Mutsinzi, 61) - 5,5
18. Junior Martins - 5,5
(11. Rüstəm Əhmədzadə, 86) - qiymətsiz
17. Ayron Qomis - 5,5
6. Eldar Quliyev - 5,5
(15. Pyer Zebli, 72) - 5,0
19. Salifu Suma - 7,0
(5. Stefan Aka, 86) - qiymətsiz
Ehtiyat oyunçular
97. Tyaqo Silva
41. Anar Nəzirov
53 Şahmar Aşurov
48. Ramiz Muradov
90. Davit Volkov
10. Georgi Papunaşvili
30. Rikardo Martins
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Salifu Suma
41. Sergey Samok - 5,5
19. Orxan Əliyev - 5,0
(21. Aleks Souza, 61) - 5,0
17. Rəhim Sadıxov - 5,0
88. Faiq Hacıyev - 5,0
11. Ayxan Hüseynov - 5,0
7. İsmayıl Zülfüqarlı - 5,5
(77. Veysəl Rzayev, 69) - 5,0
9. Kristian da Silva - 5,5
15. Emmanuel Hakman (k) - 5,5
32. Hayderson Urtado - 5,0
40. Kauan Martins - 6,0
(13. Fərid Yusifli, 74) - 5,0
29. Anton Kraçkovski - 5,5
(6. Araş Qaderi, 74) - 5,0
Ehtiyat oyunçular
1. İvan Konovalov
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
33. Eltun Turabov
10. Xəyal Nəcəfov
8. Tural Bayramlı
30. Mircamal Əlizadə
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Kauan Martins
Qol: S.Suma, 48 (İ.Cibrila).
Vərəqələr: O.Əliyev, 29 (qeyri-idman hərəkəti). C.Nuriyev, 50 (qeyri-idman hərəkəti). R.Utziq, 52 (qeyri-idman hərəkəti). A.Hüseynov, 56 (qeyri-idman hərəkəti). F.Yusifli, 78 (qeyri-idman hərəkəti). P.Zebli, 84 (hakimin qərarına etiraz). H.Urtado, 90+3 (hakimin qərarına etiraz) - sarı. Q.Alıyev, 59 (ciddi qayda pozuntusu) - qırmızı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Akif Əmirəli, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
2 may. Zirə. İdman Kompleksinin stadionu. 1200 tamaşaçı (1256 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Həm premyer-liqa çərçivəsində keçirilən 300-cü matçda əlamətdar qələbə qazanmaq, həm də ikinci pillədəki yerini bir qədər də möhkəmlətmək...

Meydan sahiblərinin məhz bu məqsədə çatması üçün "Turan Tovuz"u yenməkdən başqa çarəsi yox idi. Ancaq qonaqlar da meydana hədəfsiz çıxmamışdı. Avrokuboklara yollanmaq şansını artırmaq istəyən "bozqurd" rəqibini məğlub etməli, gözünü "Araz-Naxçıvan" - "Sabah" matçına dikib Muxtar Respublika təmsilçisinin uduzmasını arzulamalıydı. Kimin istəyinə çatacağına Rəvan Həmzəzadənin final fitindən sonra aydınlıq gələcəkdi. Hakimin start fitindən əvvəl bəlli olan yeganə məqam yetərincə gərgin matça şahidlik edəcəyimiz idi.
Düzdü, ilk yarı bu yöndə gözləntiləri böyük ölçüdə qarşılaşamadı. Lakin buna görə meydan sahiblərini yox, tovuzluları qınamalıyıq. Çünki bölgə təmsilçisi "qartallar"ın ilk 45 dəqiqə ərzində qurduğu ardıcıl və tutarlı hücumların əksəriyyətini kobud müdaxiləylə dayandırmağa üstünlük verdi. Odu ki, "Zirə"nin qapıya zərbə ilə tamamlanan ilk cəhdi 27-ci dəqiqədə qeydə alındı. Rəhimin topu itirməsindən faydalanan Martins dərhal irəli atıldı və ön xətdə fürsət axtaran Sumanı gördü. İndi topu tora qovuşdurmaq qalırdı ki, sonuncu qeyri-dəqiqlik üzündən şansı boşa verdi. Meydan sahibləri növbəti belə imkanı 38-ci dəqiqədə qazandı. Bu dəfə Utziq fərqlənə bilərdi. Lakin Kauan cərimə meydançasındakı rəqibi qaydalar çərçivəsində olan müdaxiləylə dayandırdığından braziliyalı zərbə mövqeyinə yetişməyə belə macal tapmadı.
Birinci hissədə sonuncu təhlükəli vəziyyəti də "Zirə" yaratdı. Belə ki, 45+1-ci dəqiqədə Kauan Qismətin yerinə yetirdiyi künc zərbəsi zamanı çarəni topu başla təhlükəli zonadan uzaqlaşdırmaqda gördü. Belədə "kürə" Ceyhunun önünə düşdü. O, gəlişinə endirdiyi zərbəylə fərqlənmək istəsə də, qeyri-dəqiq oldu.
...İkinci hissə üçün start fitini yenicə duymuşduq ki, "Zirə" azarkeşlərinin "qo-o-ol", - deyə qışqırmasına şahidlik etdik. Bəli, Suma bu dəfə də komandasını və tərəfdarlarını sevindirməyə nail oldu. Qvineyalı vinger bunu 48-ci dəqiqənin ilk saniyələrində Cibrilanın əks-cinahdan göndərdiyi topu "çərçivə"nin uzaq küncünə sancmaqla bacardı. İndi "Turan Tovuz"dan daha baxımlı, ən azı sərfəli nəticəyə hesablanan oyun gözləmək sadəlövhlük olmazdı. Hər halda, ölkəmizi avrokuboklarda təmsil etmək istəyən komanda bunu təkcə dildə yox, el dilində desək, əməldə də ortaya qoymalıdı. Lakin Kurban Berdıyevin komandasında həmin istəkdən əsər-əlamət görünmədi. Möhkəm dayanın: tovuzlular "Zirə"nin 59-cu dəqiqədə azlıqda qalmasından belə faydala bilmədi! Halbuki topa müdaxilə etmək niyyətində olan Qismət ayağını İsmayılın başına qədər qaldırandan sonra meydandan qovulmaqla qonaqların işini asanlaşdırmışdı.
Həmin ana qədər xüsusilə hücumda çox vaxt keçirməyə çalışan "qartallar" indi müdafiə olunmağa üstünlük verdisə, "bozqurd" azlıqda qalan rəqibinin üzərinə "şığımağa" cəsarət etmədi. Odu ki, ikinci hissədə də "dişə çəkiləsi" epizodların şahidi olmadıq. Əsasən meydanın mərkəzində gedən oyun sonda "Zirə"ni sevindirdi. Daha doğrusu, meydandan qələbə ilə ayrılan "qartallar" gümüş medalları rəsmiləşdirdi! "Turan Tovuz"un taleyi isə çoxdan özündən asılı deyil. Komandanın avrokuboklara yollanıb-yollanmayacağına "Qarabağ" "qərar verəcək". Təbii ki, son turlarda hansısa möcüzə "bozqurd"u üçüncü pilləyə daşımasa... Ümumiyyətlə, son 10 oyunda yalnız iki qələbəsi olan “Turan Tovuz” aşkar böhran yaşayır.
Gözdən qaçmadı
* "Qartallar", "Ultras Turan", "The Hunans" fanklubları tribunada idi.
* Rəhim 1-ci dəqiqədə elə mübarizə zamanı Sumayla əl görüşdü.
* Gümüş medalları qazanan "Zirə" qələbəni azarkeşləriylə birgə qeyd etdi. Tərəfdarlar baş məşqçinin və futbolçuların şəninə şüarlar səsləndirdi.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 May 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see313

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see310

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see305

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see302

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see280

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see266

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see264

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see260

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see254

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see254

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see252

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see250

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see237

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see231

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see225

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see224

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see213

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see212

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see195

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri