Icma.az
close
up
RU
Zirə gümüş medalları rəsmiləşdirə biləcəkmi?

Zirə gümüş medalları rəsmiləşdirə biləcəkmi?

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Bu gün Misli premyer-liqasında 33-cü tur başlayacaq.

"Football-plus.az" xəbər verir ki, açılış oyununa Zirədə şahidlik edəcəyik. Burda qəsəbənin eyniadlı təmsilçisi "Turan Tovuz"u sınağa çəkəcək.
Oyun "CBC Sport"da canlı yayınlanacaq.
Turun qalan görüşlərinin şənbə və bazar günlərində keçirilməsi nəzərdə tutulub.
Misli premyer-liqası
4-cü dövrə, 33-cü tur
2 may
Zirə - Turan Tovuz

"Zirə"nin bu rəqiblə ev oyunlarının balansı: 5:+2=2-1, 6:6.
2022/23 – 2:1, 1:3; 2023/24 – 2:1, 1:1; 2024/25 - 0:0.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 40-30-30.
Zirə, İdman Kompleksinin stadionu. Saat 20.00.
Onsuz da çempionatdakı hadisələrin axarı bir çox məsələyə hələ azı bir neçə tur əvvəldən aydınlıq gəlməsiylə nəticələnib. Bu üzdən, "Qarabağ"ın Masazırda "Sabah"la heç-heçə edərək 4 tur əvvəldən çempionluğunu rəsmiləşdirməsi sürpriz olmadı. Əlbəttə, bu, daha tez baş verə bilərdi. Məlumdu ki, "Zirə"nin xüsusilə qış fasiləsindən sonra çox uğurlu qrafik cızması "köhlən atlar"ın 12-ci dəfə çempionluq sevinci yaşamasını xeyli yubatdı.
Hər halda, "qartallar"ın aqibəti də bəllidi. Rəşad Sadıqovun komandasının mövsümü ilk "üçlük"də bitirəcəyi artıq ehtimal deyil, rəsmi xəbərdi. Ancaq qəsəbə təmsilçisinin hədəfi məhz "Qarabağ"dan sonrakı pilləni əldən verməməkdi ki, buna da məhz "Turan Tovuz"u məğlub etməklə nail olmaq mümkündü. Bəli-bəli, "Zirə" xal ehtiyatını 67-ə çatdırsa, 3-cü sıradakı "Araz-Naxçıvan"dan 13 xal öndə olacaq. Deməli, "qırmızı-ağlar" mövsümün sonuna qədər 4 qələbə qazansa da, "qartallar"a çata bilməyəcək. Əlbəttə, bunu "sülh"lə də bacarmaq mümkündü. İş ondadı ki, belədə gərək naxçıvanlılar da xal itirsin.
İstənilən halda, meydan sahiblərinin məqsədi yalnız qələbə olacaq. Sirr deyil ki, kollektiv istəyinə çatmaq üçün çox çalışmalıdı. Axı "Turan Tovuz" da qələbəyə acdı. Son 8 matçda cəmi bir dəfə üç xala yiyələnən "bozqurd" ilk dövrələrdəki uğurları hesabına 4-cü pillədəki yerini qoruyub. Lakin indi 3-cü sıraya yüksəlmək daha vacibdi. Çünki "Sabah" ölkə kubokunun finalında "Qarabağ"ı yensə, Kurban Berdıyevin komandası avrokuboklara yollana bilməyəcək. Odu ki, Zirədə təcrübəli məşqçilərin, iddialı və istəkli komandaların duelinə şahidlik edəcəyik. Söhbət mövsümü major notda bitirməkdən gedirsə, başqa cür ola bilməz.
Bu komandalar indiyə qədər 11 dəfə qarşılaşıb. Bunların 6-da qəsəbə, 3-də bölgə təmsilçisi 3 xala yiyələnib, 2-də isə qalib müəyyənləşməyib. Topların nisbətində “Zirə” öndədi – 15:10.
KƏNAN BAHADIR 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 May 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri