“Zirə” Türkiyədə daha bir yoxlama görüşünə çıxacaq
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 15 iyul, AZƏRTAC
Türkiyədə yeni mövsümə hazırlıqlarını davam etdirən “Zirə” bu gün növbəti yoxlama oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, ötən mövsümün gümüş mükafatçısı yerli "Çorum" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv daha əvvəl keçirdiyi sınaq görüşlərində Bakıda “Qarabağ”a 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”nə 2:1, İordaniyanın “Əl-Hüseyn” komandasına 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə ilk oyununu iyulun 23-də evdə, cavab matçını isə iyulun 31-də səfərdə keçirəcək.


