Icma.az
close
up
RU
Zirehli gödəkçəsini əsgərinə verib özü şəhid olan leytenant Sərvan Göyüşov REPORTAJ

Zirehli gödəkçəsini əsgərinə verib özü şəhid olan leytenant Sərvan Göyüşov REPORTAJ

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağdam, 19 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər Ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. Bu müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Ağdam rayon sakini Göyüşov Sərvan Mehman oğludur.

Sərvan Göyüşov 1997-ci ildə məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində anadan olub. Ata-baba yurdu Ağdam rayonunun Qiyaslı kəndini görməsə də, hər zaman doğma torpaqların həsrəti ilə yaşayıb. Hələ uşaqlıqdan hərbiçi olmaq, torpaqlarımızı işğaldan azad etmək arzusunda olub. Bu amalla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Sərvan Göyüşov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlib.

AZƏRTAC-ın bölgə müxbiri Ağdam rayonunun Bənövşələr qəsəbəsində şəhidin valideynləri ilə görüşüb, onlarla qəhrəman Vətən oğlunun həyatı və şərəfli döyüş yolu haqqında söhbət edib.

Atası Mehman Göyüşov deyir ki, Birinci Qarabağ müharibəsində ailəsi çox acı çəkib – şəhidlər verib, torpaqları işğal olunub. “Qardaşım şəhiddir. Əmim və nənəm də mülki şəhidlərdir. Kəndimiz işğal olunanda nənəm kənddə qalıb, ermənilər girov götürərək onu öldürüblər. Dayım oğlu da şəhiddir. 1992-ci ildə qardaşım müharibədə itkin düşmüşdü. Dözə bilmədim, mən də müharibəyə getdim. 1993-1994-cü illərdə döyüşlərdə olmuşam, yaralanmışam, ikinci qrup Qarabağ müharibəsi əliliyəm. Ordudan tərxis olunandan sonra ailə qurdum, iki övladım oldu. Uşaqlar köçkünlük illərində doğulublar. Mənim müharibədə aldığım yaraları görürdülər. Əmilərinin itkin düşdüyünü, mənim əmimin, nənəmin şəhid olduğunu bilirdilər. Ona görə də Sərvan elə uşaq vaxtından hərbiçi olmaq arzusunda idi. Beləliklə, Ali Hərbi Məktəbə qəbul oldu. 2018-ci ildə Ali Hərbi Məktəbi bitirib N saylı hərbi hissədə zabit kimi xidmətə başladı. Bir il xidmət edəndən sonra öz ərizəsi ilə xidmətini ön xətdə - Murovdağda davam etdirdi. 2020-ci il sentyabrın 27-də müharibə başlayanda Murovdağ yüksəkliyində döyüşlərdə iştirak edib. Oktyabrın 1-də döyüş gedən zaman öz zirehli gödəkçəsini çıxarıb əsgərinə verib. Düşmən minaatanla posta atəş açanda qəlpə oğlumun ürəyinə dəyib və o, şəhid olub. Oktyabrın 3-də Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn etdik. Mən oğlumla fəxr edirəm...”, - deyə o bildirib.

Anası Adilə xanım Sərvan haqqında danışmağın nə qədər çətin, amma qürurlu olduğunu qeyd edərək deyib: “Sərvan qorxmaz, vətənpərvər idi. Bu hisslər ona atasından keçmişdi. Arzuları çox idi... Şəhid anası olmaq qürurvericidir. Bu adı gərək elə daşıyasan ki, şəhidin ruhu şad olsun. Oğlum Vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhid olub. Bununla qürur duyuruq”.

Xatırladaq ki, Sərvan Göyüşov Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Oktyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri