Icma.az
close
up
RU
Murovdağda döyüşdə zirehli gödəkcəsini əsgərinə verən şəhid Sərvan Göyüşovun döyüş yolu VİDEO

Murovdağda döyüşdə zirehli gödəkcəsini əsgərinə verən şəhid Sərvan Göyüşovun döyüş yolu VİDEO

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağdamlı şəhid leytenant Sərvan Göyüşovun taleyi, bir ailənin üç nəsil Vətən uğrunda göstərdiyi fədakarlığın davamıdır. Uşaq yaşlarından müharibənin izlərini ailəsində görən Sərvanın Vətən sevgisi elə o illərin ağrısından yoğrulub.

Nənəsi və əmisi Birinci Qarabağ müharibəsində şəhid olub, atası isə döyüşlərdə yaralanıb. O, nənəsinin və əmisinin xatirəsini yaşadaraq hərb yolunu seçib. Ali təhsilini başa vurandan sonra qoşunların keçmiş təmas xəttində zabit kimi xidmətə başlayıb və 44 günlük Vətən müharibəsində Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

APA-nın Qarabağ bürosu əməkdaşları Ağdam rayonunun Bənövşələr qəsəbəsində şəhidin valideynləri ilə görüşüb, onun həyatı və şərəfli döyüş yolu haqqında söhbət edib.

Atası Mehman Göyüşov deyib ki, Birinci Qarabağ müharibəsində ailəsi çox əziyyət çəkib:

“Qardaşım, dayım oğlu da şəhiddir. Əmim və nənəm mülki şəhiddirlər. Kəndimiz işğal olunanda kənddə qalıblar, ermənilər girov götürüb, öldürüblər. 1992-ci ildə qardaşım müharibədə itkin düşmüşdü. Dözə bilmədim, mən də müharibəyə getdim. 1993-1994-cü illərdə döyüşlərdə olmuşam, yaralanmışam, ikinci qrup Qarabağ əliliyəm. Ordudan tərxis olunandan sonra ailə qurdum, iki övladım oldu. Uşaqlar köçkünlük illərdində doğulmuşdular. Mənim müharibədə aldığım yaraları görürdülər. Əmilərinin itkin düşdüyünü, mənim əmimin, nənəmin şəhid olduğunu bilirdilər. Ona görə də Sərvan elə uşaq vaxtından hərbçi olmaq arzusunda idi. Beləliklə, Ali Hərbi Məktəbə qəbul oldu. 2018-ci ildə Ali Hərbi Məktəbi bitirib, zabit kimi xidmətə başladı. Bir il xidmət edəndən sonra öz ərizəsi ilə xidmətini ön xətdə - Murovdağda davam etdirdi. 2020-ci il sentyabrın 27-də müharibə başlayanda Murovdağ yüksəkliyində döyüşlərdə iştirak edib. Oktyabrın 1-də döyüş gedən zaman öz zirehli gödəkcəsini çıxarıb əsgərinə verib. Düşmən minaatanla posta atəş açanda qəlpə oğlumun ürəyinə dəyib, şəhid olub. Oktyabrın 3-də Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn etdik. Mən oğlumla fəxr edirəm”.

Ailəsi Sərvanın xatirəsini Ağdamın Bənövşələr qəsəbəsindəki evlərində yaradılan guşədə də yaşadır. Orada hər bir əşya, hər bir şəkil bir qəhrəman ömrünün izini daşıyır.

Anası Adilə xanım Sərvan haqqında danışmağın qürurlu olduğunu deyir:

“Sərvan qorxmaz, vətənpərvər idi. Atasından keçmişdi bu hisslər ona. Arzuları çox idi.

Şəhid anası olmaq qürurvericidir. Bu adı gərək elə daşıyasan ki, şəhidin ruhu şad ola. Vətənimizin bütövlüyü uğrunda şəhid olub. Bununla qürur duyuruq”.

Qeyd edək ki, Sərvan Göyüşov 1997-ci ildə məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində anadan olub. Ata-baba yurdu Ağdam rayonunun Qiyaslı kəndini görməsə də, hər zaman doğma torpaqların həsrəti ilə yaşayıb. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Sərvan Göyüşov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlib.

Sərvan Göyüşov Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see282

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see262

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see137

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri