“Zirə”nin legioneri alman klubunda “Belə futbolçu çox azdır”
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniyanın “SV Waldhof Mannheim” klubu mövsümün ikinci yarısının başlanmasına iki gün qalmış heyətini yeni transferlə gücləndirib. Klub “Paderborn”a transfer olunan Kennedi Okpalanın yerinə Lüksemburq milli komandasının futbolçusu Vinsent Till ilə müqavilə imzalayıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Mannheym təmsilçisində Lüksemburq millisinin sabiq baş məşqçisi Lük Holtz ilə yenidən bir araya gələcək. Holtz 2010–2025-ci illərdə Lüksemburq milli komandasına rəhbərlik edib. Həmin zaman Till 57 oyunda meydana çıxıb.
Vinsent Till son olaraq Azərbaycanda “Sabah” və “Zirə”nın formasını geyinib. O, bu klublarda ümumilikdə 27 oyun keçirib və 5 qol ötürməsi ilə yadda qalıb. Futbolçu oktyabr ayından klubsuz idi.
Till karyerası ərzində erkən yaşda – 16 yaşında “Metz” FK-da debüt edib. O, həmçinin İsveçdə (19 oyun), Portuqaliyada (17 oyun) və Fransada yüksək liqa təcrübəsi qazanıb. Lüksemburqlu futbolçu UEFA Konfrans Liqasının seçmə mərhələsində də 6 oyunda iştirak edib.
Klubun idman direktoru Cerard Zuber Tilli “çox güclü driblinqçi” və “yüksək oyun zəkasına malik futbolçu” kimi xarakterizə edib:
“O, çox yönlüdür və apardığımız danışıqlarda bizi tam inandırdı. Standart vəziyyətlərdəki keyfiyyəti bizim üçün böyük üstünlükdür. Bu gün Vinsenti komandamıza təqdim edə bildiyimiz üçün çox xoşbəxtik”.
Qeyd edək ki, “SV Waldhof Mannheim” Tillin karyerasında 15-ci klub olacaq.
Futbolçunun özü isə transferlə bağlı bildirib ki, alman klubundan gələn təklif onu ilk andan cəlb edib:
“Klub haqqında əvvəldən çox müsbət fikirlər eşitmişdim. İndi əsas məqsədim komandaya tez uyğunlaşmaq və mümkün qədər çox qələbə qazanmağa töhfə verməkdir”.
Klubun idman direktoru Matias Şober də transferi şərh edərək qeyd edib ki, komandanın heyətində bu tip oyunçu çatışmırdı. Onun sözlərinə görə, Till hücum xəttinə yeni variantlar və mövsümün ikinci yarısı üçün taktiki çeviklik qazandıracaq.
Bu mövzuda digər xəbərlər:“Zirə”nin legioneri milliyə çağırıldı
11 Noyabr 2024 16:13
“Zirə”nin legioneri millidə fərqlənib
19 Noyabr 2024 11:21
“Zirə”nin legioneri: “Bizdən çox şey gözlənilir” (MÜSAHİBƏ)
23 May 2025 10:02
Zirə nin legioneri kiprlilərin maraq dairəsində
03 İyun 2025 00:22
“Zirə”nin legioneri millidə qol vurdu
19 Noyabr 2024 00:35
Baxış sayı:51
Bu xəbər 15 Yanvar 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















