Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Borussiya dan qələbə, Ayntraxt uduzdu

“Zirə”nin legioneri: “Bizdən çox şey gözlənilir” (MÜSAHİBƏ)

“Zirə”nin legioneri: “Bizdən çox şey gözlənilir” (MÜSAHİBƏ)

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Zirə” Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün gümüş medalçısı olub. “Qartallar” tarixində ardıcıl ikinci dəfə mükafatçılar sırasına düşüb.

“Zirə”nin kapitanı Ruan Renato “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Ardıcıl ikinci dəfə gümüş medalları qazandınız. Hansı hissləri keçirirsiniz?
– Mövsüm ərzində yaxşı oyunlar oynadıq və ikinci yeri tutduq. Xoş hisslər keçiririk. Çıxışımızı müsbət qiymətləndirirəm.

– Qış fasiləsindən sonra çempionatda ən çox toplayan və baxımlı futbol oynayan komandalardansınız. Qışda nələri dəyişdiniz?
– Mövsümün əvvəlindən pis oynamırdıq. Sadəcə bəzi anlarda sabitlik çatışmırdı. Buna görə nəticələr gah yaxşı, gah pis olurdu. Lakin qış fasiləsindən sonra sabitlik oldu və son aylarda daha yaxşı nəticələrə imza atdıq. Hər oyun bizim üçün mühüm idi və fiziki, psixoloji maksimum hazırlaşırdıq. Məsuliyyətimizi dərk edirdik və getdikcə keyfiyyətimizi daha artırdıq.

– Qarşıda avrokubok mövsümü gəlir. Nəticələr yaxşılaşdıqca, gözləntilər də artır. “Zirə”nin Avropadakı minimum hədəfi nə olacaq?
– Bilirəm ki, bizdən çox şey gözlənilir. Bu, bizə mənfi mənada təsir etməməlidir. Müsbət qəbul edib, qrup mərhələlərinə vəsiqə qazanmağa çalışacağıq. Buna qadir olduğumuza inanmalıyıq. Düzdür, yol çətin olacaq, amma hər cür hazırlaşacağıq. Komanda inkişaf etməyə, Avropada qruplarda oynamağa layiqdir.

– Yeni mövsümdə Premyer Liqada komanda sayı da artacaq. Uzun müddətdir, Azərbaycanda top qovursunuz. Yeni mövsümdən gözləntiləriniz nələrdir?
– Azərbaycana gələndə 8 komanda var idi və indi bu say 12 olacaq. Ölkə futbolu üçün bu, müsbət haldır. Eyni zamanda futbolun coğrafiyasının genişlənməsi çox vacibdir. Düşünürəm ki, Premyer Liqanın keyfiyyəti artacaq. Bu mövsüm “Araz-Naxçıvan”, “Turan Tovuz” kimi komandalar üst pillələr uğrunda mübarizə apardı. “Araz-Naxçıvan”ın avrokuboklara vəsiqə qazanması inkişafı göstərən amillərdəndir. Ümid edirəm ki, inkişaf davam edəcək və gələn mövsüm Premyer Liqa daha maraqlı olacaq.

– Müdafiəçi olmağınıza baxmayaraq, bu mövsüm bəzi oyunlarda həlledici qollar vurmusunuz. Şəxsi oyununuzu necə qiymətləndirirsiniz?
– Futbol komanda oyunudur və fərdi olaraq nəsə demək istəmirəm. Nəticələrdə tək mənim yox, hamının əməyi var. Öz çıxışımdan məmnunam və komandanın uğurlarında köməyim olub. Daha yaxşı ola bilərəm və üzərimdə işləyəcəyəm. Hədəflərə çatmaq üçün çalışmağa davam etməliyik.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 May 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see263

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see242

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see230

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see204

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see163

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see162

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see155

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see152

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see142

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see140

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri