“Zirə”nin Xorvatiya klubu ilə cavab oyunu italiyalı hakimə tapşırılıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 9 iyul, AZƏRTAC
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyada "Hayduk” və "Zirə" komandaları arasında təşkil olunacaq cavab görüşünün hakimləri müəyyənləşib.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Luka Pairetto olacaq. Ona Cüzeppe Perrotti və Xaled Bahri kömək edəcəklər.
Dördüncü hakim isə Paride Tremoladadır.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 31-də Spilit şəhərində keçiriləcək. İlk oyun isə iyulun 23-də Bakıda baş tutacaq.
Bu mövzuda digər xəbərlər:Zirə nin Xorvatiya klubu ilə matçlarının başlama saatı müəyyənləşib
28 İyun 2025 19:51
Zirə nin rəqibi Xorvatiya millisinin qolkiperini heyətinə qatıb
15 İyul 2025 12:52
Xorvatiya klubu Zirə yə başsağlığı verib
22 İyul 2025 19:34
“Zirə” Xorvatiya səfərində YENİLƏNİR
31 İyul 2025 08:47
Zirə nin səfər oyunu italiyalı referiyə tapşırıldı
09 İyul 2025 16:10
Baxış sayı:58
Bu xəbər 09 İyul 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















