Xorvatiya klubu Zirə yə başsağlığı verib
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq Xorvatiyanın "Hayduk" kollektivi paytaxt təmsilçisinin akademiyasının üzvü Fərid Şahverdiyevin faciəvi şəkildə vəfatı ilə bağlı başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə sabah üz-üzə gələcək komandaların oyunundan öncə baş tutan mətbuat konfransında bildirilib.
Split təmsilçisinin mətbuat xidmətinin rəhbəri klubun bu xəbərdən kədərləndiyini söyləyib.
Qeyd edək ki, "Zirə"nin U-16 komandasının futbolçusu Fərid Şahverdiyev bir neçə gün əvvəl çimərlikdə boğularaq dünyasını dəyişib.

“Zirə” Xorvatiya səfərində YENİLƏNİR
31 İyul 2025 08:47
Xorvatiya Prezidenti Azərbaycan dövlət başçısına başsağlığı verib
28 Dekabr 2024 16:06
Zirə nin Xorvatiya klubu ilə matçlarının başlama saatı müəyyənləşib
28 İyun 2025 19:51
Zirə Xorvatiya səfərindən öncə futbolçusunu satdı RƏSMİ
28 İyul 2025 16:14
“Zirə”nin Xorvatiya klubu ilə cavab oyunu italiyalı hakimə tapşırılıb
09 İyul 2025 14:04

