Icma.az
close
up
RU
“Zırpaket” satışı qadağandır, amma... Bəs pirotexniki vasitələr ölkəyə necə daxil olur?

“Zırpaket” satışı qadağandır, amma... Bəs pirotexniki vasitələr ölkəyə necə daxil olur?

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni ilin gəlişinə az qalır. Artıq bayram əhval-ruhiyyəsi hiss olunur. Bu, özünü təkcə küçə və prospektlərin, meydanların bəzədilməsində yox, həm də pirotexniki vasitələrin partlayış səsində, atılan rəngbərəng fişənglərdə göstərir.

Bakıvaxtı.az-ın məlumatına görə, hər Yeni il bayramı ərəfəsində pirotexniki vasitələrin satışıyla məşğul olanlar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aşkar edilib cəzalandırılır. Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları bu vasitələri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməyə çalışanları ifşa edir. Bununla belə, pirotexniki vasitələr yenə gətirilir, yenə satılır, yenə istifadə olunur.

Azərbaycan Dövlət Gömrük Komitəsindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Pirotexniki vasitələr “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə daxil edilib.

Nəzərə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 9-cu bəndinə əsasən pirotexniki vasitələrin mülki dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilir.

Sözügedən Siyahının 1-ci qeydinə əsasən pirotexniki vasitələrin idxalı Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 1 nömrəli əlavəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilir:

“Beləliklə, pirotexniki vasitələri idxal etmək istəyən şəxs tərəfindən qeyd olunan sənədlərin gömrük bəyannaməsi ilə birgə gömrük orqanlarına təqdim edilməsi tələb edilir”.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, bayram şənliklərində və digər kütləvi tədbirlərdə şamlardan, yanğın təhlükəli effekt verən yanğına səbəb olan amillərdən istifadə halları, eləcə də atəşfəşanlıq kimi fəaliyyətlər məqsədilə pirotexniki vasitələrdən istifadə hallarına tez-tez rast gəlinir.

Xüsusi ilə “Yeni il” şənlikləri dövründə vətəndaşların, həmçinin yeniyetmə və azyaşlıların patlayıcılardan və fişənglərdən istifadə etməyə maraq göstərməsinin cox ciddi yanğın təhlükəsi yaratdığı qeyd olunub.

İzah olunub ki, ətraf mühitin yanğına qarşı vəziyyəti nəzərə alınmadan, vətəndaşlar tərəfindən pirotexniki vasitələrdən istifadə hallarına yol verilir ki, bu da yanğın hadisələrinin baş verməsinə real şərait yaradır:

“Belə ki, çoxmənzilli yaşayış binalarının eyvanlarından partlayıcıların və fişənglərin atılması nəticəsində onun qığılcımlarının və qalıqlarının həyətyanı sahədə yerləşən qurğulara, nəqliyyat vasitələrinə, həmçinin ağaclara, eləcə də digər yanar materialların üzərinə və alt mərtəbələrin eyvanına düşməsi, habelə qarşıda yerləşən digər yaşayış binasının eyvan və pəncərə boşluqlarından içəri daxil olması real yanğın mənbəyinə çevirilir”.

Diqqətə çatdırılıb ki, məhz sadalanan risklərin qarşısının alınması üçün “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları 01-2001-in”, eləcə də, “Fərdi qarajlar, mehmanxana, yataqxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları 02-2002”-nin tələblərinə əsasən yeni il şənlikləri və digər kütləvi tədbirlərdə pirotexniki vasitələrdən istifadə edilməsi qadağan edilib.

Daxili İşlər Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, pirotexniki vasitələrin satışı qanunsuz fəaliyyətdir.

“Pirotexniki məmulatların satışının qarşısını almaq üçün respublikanın şəhər və rayon polis orqanlarının əməkdaşlarına tapşırıq verilib. Vətəndaşları bu kimi əməllərdən çəkinməyə çağırırıq”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Dekabr 2024 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri