Icma.az
close
up
RU
Qadağan olunan pirotexniki vasitələr ölkəyə necə keçirilir?

Qadağan olunan pirotexniki vasitələr ölkəyə necə keçirilir?

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.

Pirotexniki vasitələrin idxalı, satışı və istifadəsi təhlükəsizlik baxımından ciddi tənzimləmələr tələb edir. Bu məhsulların qeyri-qanuni dövriyyəsi həm insan sağlamlığına, həm də ictimai təhlükəsizliyə birbaşa təhdid yaradır. Bəs, pirotexniki vasitələr ölkəyə necə keçirilir? Onlardan istifadə hüquqi baxımdan tənzimlənirmi?

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, patlayıcı məmulatlar və pirotexniki vasitələrin mülki dövriyyədə istifadəsi qanunla qadağandır:

“Nəzərə almaq lazımdır ki, bu cür vasitələr həm insanların həyat və sağlamlığı üçün təhlükə riski daşıyır, həm də ətraf-mühitə, ekologiyaya zərərlidir. Bundan əlavə, ictimai asayişin pozulmasına, yanğın təhlükəsinə gətirib çıxara bilir. Əfsuslar olsun ki, pirotexniki vasitələrə daha çox uşaqlar maraq göstərir və valideynlər də bunu özləri alıb uşaqlara verirlər. Bu, olduqca təhlükəlidir. Bu cür vasitələrin təhlükəsizlik sertifikatları və təlimatları olmadığı üçün bunu insanların kütləvi toplaşdığı və qapalı məkanlarda istifadə etmək ikiqat təhlükəlidir”.

Ekspert bildirib ki, pirotexniki vasitələr yanğın təhlükəsinə səbəb ola bilər:

“Bu həm də insanın özünə zərər yetirə bilər. Ondan ayrılan tüstü toksik olur və zəhərlənməyə gətirib çıxara bilər. Bunlar özündə kifayət qədər təhlükə ehtiva edir. Pirotexniki vasaitələr kənar təsirlərdən, məsələn, günəş şüasından, evdəki qızdırıcıdan və ya işıq lampasından da alışa bilər. Yaxud da qapalı məkanda istifadə olunduqda yanğına səbəb ola bilər. İnsan öz əl-qoluna və ya digər şəxlərə də zərər yetirə bilər. Yaxşı olar ki, valideynlər uşaqlarını bu car vasitələrdən nuzaq tutsunlar, bu mövzuda təbliğatlar aparsınlar”.

Mövzuyla bağlı Dövlət Gömrük Komitəsindən Bakupost.az-a bildirilib ki, pirotexniki vasitələr “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə daxil edilib:

“Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 9-cu bəndinə əsasən, pirotexniki vasitələrin mülki dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilir. Eyni zamanda, sözügedən Siyahının 1-ci qeydinə əsasən, pirotexniki vasitələrin idxalı Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 1 nömrəli əlavəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilir”.

Komitədən bildirilib ki, pirotexniki vasitələri idxal etmək istəyən şəxs tərəfindən qeyd olunan sənədlərin gömrük bəyannaməsi ilə birgə gömrük orqanlarına təqdim edilməsi tələb edilir:

“Gömrük orqanları pirotexniki vasitələrin qeyri-qanuni yollarla ölkəyə gətirilməsinin qarşısını almaq üçün ardıcıl və təsirli tədbirlər həyata keçirir. Bu məqsədlə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük idarələrinin hər biri yeni, müasir texniki nəzarət vasitələri ilə, habelə iri qabaritli yüklərin yoxlanılması üçün ən qabaqcıl yoxlama-baxış sistemləri və digər avadanlıqlarla təchiz olunub. Gömrük buraxılış məntəqələrində nəqliyyat vasitələri və yüklər texniki nəzarət vasitələri və kinoloji itlər vasitəsilə yoxlanılır, risklərin analizi və qabaqcıl texnologiyaların tətbiqi, həmçinin əməliyyat-axtarış tədbirləri nəticəsində pirotexniki vasitələrin gömrük sərhədindən qanunsuz yollarla keçirilməsi cəhdləri vaxtında aşkarlanır. Belə ki, son 3 il ərzində gömrük orqanları tərəfindən 1 165 846 ədəd pirotexniki vasitənin qanunsuz yollarla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb, bu əməlləri törədən şəxslər barəsində cinayət və inzibati məsuliyyət tədbirləri həyata keçirilib”.

Məsələylə bağlı DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov bildirib ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil etmək qadağandır:

“Pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə müvafiq dövlət qurumu tərəfindən verilən “xüsusi icazə” əsasında yol verilir”.

Onun sözlərinə görə, pirotexniki məmulatların satışı aşkar olunarkən, həmin vasitələr satışdan çıxarılır:

“Satışı ilə məşğul olan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana - məhkəmələrə göndərilir.

Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilərlər. Ona görə də vətəndaşları bu kimi əməllərə yol verməməyə çağırırıq”.

Rəhman Mirzəlizadə, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Dekabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri