Icma.az
close
up
RU
Menu

Gözəllik: Keçmişdən bu günə, əbədi axtarış Məryəm Bağırova yazır

“İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021 ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin Fərmanı

Bu şəhərdə heyvanlar insanlardan yaxşı yaşayır...

Azərbaycan Prezidenti Moskvanı faktlar qarşısında qoydu

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

Xəstəlikdən əziyyət çəkən məşhur aktyor Bryus Uillis ailəsindən ayrıca evə yerləşdirildi

Şəhid media nümayəndələrinin medalları ailələrinə təqdim edildi

Komitə sədrindən Zatulinə SƏRT CAVAB

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

MY nin ulduzu “Çelsi”yə keçir

Leyla və Arzu Əliyevalar Şamaxıda olublar

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

Bu il Azərbaycanda sahələr üzrə verilmiş lisenziyaların sayı açıqlanıb

Çempionlar Liqasının 3 debütantı: onlar kimlərdir və Avropada necə sensasiya yaratdılar?

Hacıqabulda sakinlər qurdlu su içirlər? ŞİKAYƏT

45 dəqiqə dərs, 30 şagird Sıxlığa çözüm nədir?

Enrikenin dördüncü övladı olacaq

Zirvələrə ucalan Azərbaycanın siyasi və iqtisadi gücü TƏHLİL

Zirvələrə ucalan Azərbaycanın siyasi və iqtisadi gücü TƏHLİL

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev: "Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır"

2020-ci ilin sentyabrın 27-də işğalçı ölkənin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və Azərbaycanın düşmən üzərində həlledici qələbəsi - Zəfəri ilə başa çatdı. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanması Azərbaycanı dünyada qalib, Ermənistanı isə məğlub dövlət kimi tanıtdı. 44 günlük Vətən müharibəsində dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti, xalq-Prezident-ordu vəhdəti, birliyi Qələbəmizin əldə olunmasında xüsusi rola malikdir. Azərbaycan öz haqlı mübarizəsini və azadlıq savaşını beynəlxalq hüququn normaları çərçivəsində və dünya hərb sənətinin ən müasir üsullarını tətbiq etməklə apardı. Üçtərəfli birgə bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edərək "Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır", - deyə bildirmişdir. Bəyanata əsasən, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunun, 1 dekabr 2020-ci il tarixinədək Laçın rayonunun, 20 noyabr 2020-ci il tarixinədək isə Ağdam rayonunun qaytarılması nəzəzrdə tutulmuşdu. Üçtərəfli Bəyanata əsasən, 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı və Kəlbəcər də işğaldan azad olundu. Mahiyyət etibarilə Ermənistanın kapitulyasiyası olan Bəyanata əsasən, döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistanın Prezidenti İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul edərək kapitulyasiya şərtlərinə razılıq verdi. "Üçtərəfli bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır", - deyə dövlət başçımız bildirmişdir.

Bütöv və suveren Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra indi də həmin ərazilərdə bərpa və yenidənqurma işlərini həyata keçirir. Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa edir, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdırır. Regionda yeni reallıqlar yaradan Azərbaycanda tarixi ədalət bərpa olunub və bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur. Bu, Azərbaycanın gücünün göstəricisidir.

XIDIRLI KƏNDİNƏ 104 AİLƏ - 370 NƏFƏR KÖÇÜRÜLDÜ

İşğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri davam etdirilir. Azərbaycanın azad edilmiş ərazilərinin bərpası əsas məsələlərdəndir və bu istiqamətdə tarixi qələbəmizdən sonra azad edilən ərazilərdə sürətli şəkildə bərpa və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Ağdam rayonunun Xıdırlı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 104 ailə - 370 nəfər köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

27 il sonra Ağdam işğaldan azad olundu və Azərbaycan öz haqqına qovuşdu. Bu gün Ağdam yeni günün yaşayır və işğaldan azad olunan Ağdamımızda abadlıq-quruculuq işləri həyata keçirilir. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. 27 ildən sonra günəş şüaları ilə nurlanmış ağ ev Ağdam Azərbaycana qaytarıldı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. 27 il Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan ərazimiz, əzəli torpaqlarımız sahiblərinə qaytarıldı. "Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər"- deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir.

"BİZ GÜCLÜ DÖVLƏT YARATMIŞIQ"

Bu gün nəinki, Ağdamda eləcə də işğaldan azad olunan digər ərazilərdə böyük abadlıq-quruculuq işləri aparılır. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Bu gün misli görünməmiş bərpa işləri aparılır. Nəyin hesabına? Məhz hazırlıq hesabına. Ona görə biz güclü dövlət yaratmışıq, Mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır". Görülən işlər hazırlanmış layihələr, şəhərlərin baş planı əasında sistemli olaraq reallaşır. Hər qarışında tariximizin izi olan bu ərazilərdə böyük bir xalqın izi, imzası vardır. 30 ilə yaxın işğal altında olan ərazilərimizdə sürətlə aparılan abadlıq və quruculuq işləri burada yeni müasir məkanlarımız olacağından xəbər verir. Əlbəttə ki, bu ərazilərdən erməni vandallarının izlərini silib atsaq da tariximizdə, yaddaşımızda onların törətdikləri çirkin əməlləri silinməyəcək. Bu gün ermənilərin viran qoyduqları ərazidə irimiqyaslı layihələr icra olunur. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələri salınır. Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Bu gün Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur. Yeni reallıqlar yaradan Azərbaycan dinamik inkişaf dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan gələcək inkişaf strategiyasını dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirib. Uzaqgörən qərarları ilə Azərbaycan Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir irimiqyaslı layihələri ilə müasir dünyamızda etibarlı tərəfdaşlarından birinə çevrilib.

AĞDAMIN MÜASİR HƏYATINA YENİ SƏHİFƏLƏR

İşğal altından azad olunan ərazilərimizdə abadlıq-quruculuq işələri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir.

Artıq görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış ardıcıl olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfərləri və burada yeni müəssisələrin təməllərinin qoyulması Ağdamın müasir həyatına yeni səhifələr açır. Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Əlbəttə ki, dövlət başçısının Ağdam rayonuna səfərləri bu ərazidə görülən işlərin daha sürətli reallaşmasının təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun, Ağdam Sənaye Parkında Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun, Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışlarını edib.

Artıq Ağdamda İmarət Kompleksinin də bərpadan sonra açılışı olub. Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub.

Ağdamda reallaşan layihələr baş planına uyğun olaraq həyata keçirilir. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir.

Əlbəttə ki, Ağdamda aparılan abadlıq-quruculuq işləri çərçivəsində şəhərin daxili yollarında aparılan işləri də qeyd etməliyik. Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yol 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Avqust 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gözəllik: Keçmişdən bu günə, əbədi axtarış Məryəm Bağırova yazır

28 Avqust 2025 09:03see1110

“İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021 ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin Fərmanı

28 Avqust 2025 13:12see225

Bu şəhərdə heyvanlar insanlardan yaxşı yaşayır...

28 Avqust 2025 07:31see197

Azərbaycan Prezidenti Moskvanı faktlar qarşısında qoydu

28 Avqust 2025 20:28see191

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

27 Avqust 2025 09:01see170

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see147

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see142

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see136

Xəstəlikdən əziyyət çəkən məşhur aktyor Bryus Uillis ailəsindən ayrıca evə yerləşdirildi

28 Avqust 2025 05:47see136

Şəhid media nümayəndələrinin medalları ailələrinə təqdim edildi

27 Avqust 2025 13:55see132

Komitə sədrindən Zatulinə SƏRT CAVAB

27 Avqust 2025 19:29see129

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

27 Avqust 2025 03:04see129

MY nin ulduzu “Çelsi”yə keçir

28 Avqust 2025 06:02see125

Leyla və Arzu Əliyevalar Şamaxıda olublar

28 Avqust 2025 08:52see123

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

27 Avqust 2025 19:24see123

Bu il Azərbaycanda sahələr üzrə verilmiş lisenziyaların sayı açıqlanıb

27 Avqust 2025 15:44see120

Çempionlar Liqasının 3 debütantı: onlar kimlərdir və Avropada necə sensasiya yaratdılar?

27 Avqust 2025 19:22see120

Hacıqabulda sakinlər qurdlu su içirlər? ŞİKAYƏT

28 Avqust 2025 02:16see119

45 dəqiqə dərs, 30 şagird Sıxlığa çözüm nədir?

27 Avqust 2025 16:42see118

Enrikenin dördüncü övladı olacaq

27 Avqust 2025 20:02see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri