Icma.az
close
up
RU
Azərbaycanın qaz strategiyası: iqtisadi maraqlar və enerji təhlükəsizliyi TƏHLİL

Azərbaycanın qaz strategiyası: iqtisadi maraqlar və enerji təhlükəsizliyi TƏHLİL

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu həftə Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində ölkədə qaz hasilatının artırılması məsələsinə diqqət çəkərək, ixrac potensialının genişləndirilməsi, qaz ixrac istiqamətlərinin şaxələndirilməsi və bu istiqamətlərdə aparılan işlərdən də danışdı.

Prezident bildirdi ki, həcm və coğrafiya baxımından qaz ixracımız artır:

"Biz indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz etmişik. Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qaz əldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu, bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata başlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdə Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir. Ötən il bizim ixracımız artım potensialına malik olmaqla, 25 milyard kubmetrdən çox olub. Bu artımın iki mənbəyi var. Birincisi, mən söylədiyim kimi, bərpaolunan enerji. Bərpaolunan enerjimiz nə qədər çox olsa, biz ixrac üçün o qədər çox qaza qənaət edə bilərik. İkincisi, mövcud və yeni yataqlardan yeni hasilat”, - Prezident İlham Əliyev qeyd edib.

Müsahibə zamanı ölkə başçısı hazırda işlənməkdə olan layihələr arasında “Azəri-Çıraq-Günəşli” yatağında dərin qaz hasilatı layihəsi, aşağı təzyiqli qazın çıxarılmasına yönəlmiş “Şahdəniz Kompressiya” layihəsi və “Abşeron” yatağının növbəti inkişaf mərhələsi məsələsinə də toxunub. Bundan əlavə, “Babək” strukturu ilə bağlı investorların göstərdiyi maraq da vurğulanıb.

“Suriya ötən il bizim yeni tərəfdaşımız oldu. Biz şadıq ki, Suriya hökumətinə elektrik enerjisi çatışmazlığını azaltmağa kömək edirik. Çünki müxtəlif hesablamalara görə, bizim qazımız onlara elektrik enerjisi çatışmazlığını gündə təxminən 4 saatadək azaltmaq imkanı verir. Biz təchizatı artırmaq variantını nəzərdən keçiririk. Şaxələndirilmiş boru kəməri sistemi və etibarlı təchizatçı kimi yaxşı nüfuza, yaxşı siyasi əlaqələrə malik olan Azərbaycanın qazı bir çox ölkələr üçün enerji təhlükəsizliyində mühüm rol oynayır. Çünki müştərilərimizin əksəriyyəti Avropa İttifaqının üzvləridir. Bütün bunlar çox müsbət amillərdir", - Prezident İlham Əliyev əlavə edib.

Müsahibədə ölkə başçısının fikirlərindən belə qənaətə gəlmək olur ki, qlobal enerji arxitekturasının sürətlə dəyişdiyi, enerji təhlükəsizliyinin milli təhlükəsizlik anlayışı ilə faktiki olaraq eyniləşdiyi bir mərhələdə Azərbaycan öz qaz strategiyasını çevik, çoxşaxəli və uzaqgörən yanaşma əsasında formalaşdırır. Enerji bazarlarında qeyri-müəyyənliyin artdığı, təchizat zəncirlərinin siyasi risklərə daha həssas olduğu indiki şəraitdə Azərbaycan qazı təkcə kommersiya məhsulu deyil, etibarlılıq, davamlılıq və sabitlik simvolu kimi qəbul olunur. Ölkənin enerji siyasəti qaz hasilatının mərhələli şəkildə artırılmasını, ixrac coğrafiyasının genişləndirilməsini və bu proseslərin bərpaolunan enerji ilə uzlaşdırılmasını vahid strateji çərçivədə birləşdirir.

Hasilat və ixrac potensialı

2025-ci ildə 50,8 milyard kubmetr qaz hasilatı və 25,2 milyard kubmetr ixrac həcmi Azərbaycanın artıq yetkin qaz ixracatçısı statusunu möhkəmləndirdiyini göstərir. Bu göstəricilər sadəcə statistik rəqəmlər deyil, uzun illər ərzində formalaşdırılmış institusional idarəetmənin, iri kapital tutumlu layihələrin və beynəlxalq tərəfdaşlıqların məntiqi nəticəsidir. Qaz hasilatının artması fonunda daxili istehlakın nisbətən sabit qalması isə strateji yanaşmanın digər mühüm cəhətini – bərpaolunan enerji sektorunun sürətli inkişafını ön plana çıxarır. Günəş və külək elektrik stansiyalarının istismara verilməsi daxili enerji balansını dəyişir, qazdan asılılığı azaldır və ixrac üçün əlavə həcmlər yaradır. Bu, Azərbaycanın enerji keçidinə pragmatik yanaşmasının bariz nümunəsidir.

Azərbaycan qazının beynəlxalq arenadakı mövqeyinin əsas dayaqlarından biri geniş və şaxələndirilmiş boru kəməri infrastrukturudur. Cənub Qaz Dəhlizi artıq sadəcə regional layihə deyil, Avropa enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Bu dəhliz vasitəsilə Azərbaycan qazı Xəzər hövzəsindən Aralıq dənizinə qədər uzanan minlərlə kilometrlik marşrutla müxtəlif siyasi və iqtisadi sistemlərə malik ölkələri bir enerji zəncirində birləşdirir. Hazırda Azərbaycan qazı 11 ölkəyə müntəzəm şəkildə çatdırılır, lakin boru kəməri şəbəkəsinin əhatə dairəsi daha genişdir və ümumilikdə 14 ölkəni əhatə edir. Bazar konyunkturasından asılı olaraq ayrı-ayrı ölkələrdə tələbat dəyişsə də, Azərbaycan qazı bu bazarlarda hər zaman etibarlı alternativ kimi qalır.

Beynəlxalq bazarlarda əhatə dairəsinin genişləndirilməsi

2026-cı ildən Almaniya və Avstriyanın bu siyahıya qoşulması Azərbaycanın Avropanın enerji xəritəsində çəkisini daha da artıracaq. Qaz alan ölkələrin sayının 16-ya çatması təkcə coğrafi genişlənmə deyil, həm də siyasi etimadın göstəricisidir. Xüsusilə Avropa İttifaqının üzvü olan ölkələrin əksəriyyətinin Azərbaycan qazını seçməsi, bu resursun uzunmüddətli müqavilələr üçün uyğun və risk baxımından qəbulolunan olduğunu təsdiqləyir. Bu kontekstdə Azərbaycan Avropanın enerji şaxələndirmə strategiyasının əsas sütunlarından biri kimi çıxış edir.

Onu da qeyd etmək lazımdır ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. Beş il ərzində TAP-la Avropaya 54 milyard kubmetrdən çox qaz tədarük olunub. Operativ məlumatlara əsasən, bu il Avropaya qısa və uzunmüddətli müqavilələrlə 12,8 milyard kubmetr qaz ixrac edilib.

Resurs bazasının genişləndirilməsi

Gələcək artım perspektivlərinin əsas dayağı Azərbaycanın son dərəcə geniş və çoxqatlı resurs bazasıdır. Məhz bu resurs potensialı ölkənin qaz strategiyasını qısamüddətli bazar konyunkturasından asılı olmayan, uzunmüddətli və dayanıqlı modelə çevirir. Belə ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından bu il yeni qaz hasilatına başlanması gözlənilir. Uzun illər əsasən neftlə assosiasiya olunan bu yataq, əslində, böyük qaz imkanlarına malikdir və dərin qaz layihəsi onun strateji əhəmiyyətini daha da artırır. Bu, yalnız əlavə həcmlərin əldə edilməsi deyil, həm də neftlə yanaşı qaz hasilatının uzun illər üçün sabit və proqnozlaşdırılan əsaslar üzərində qurulması deməkdir.

“Şahdəniz” yatağında planlaşdırılan “Şahdəniz Kompressiya” mərhələsi isə mövcud infrastrukturun potensialını maksimum səviyyədə reallaşdırmaq baxımından xüsusi önəm daşıyır. Yeni mərhələ əlavə nəhəng sərmayələrə ehtiyac duymadan, artıq formalaşmış istehsal və nəql sistemindən istifadə etməklə daha çox qaz hasil etməyə imkan verəcək. Bu yanaşma həm iqtisadi səmərəliliyi artırır, həm də Azərbaycanın qaz təchizatında etibarlılığı və fasiləsizliyi gücləndirir.

Sözsüz ki, ölçüsünə görə “Şahdəniz”lə müqayisə oluna biləcək “Abşeron” yatağı ölkənin qaz strategiyasında xüsusi rol oynayır. Hazırda birinci mərhələdə hasil olunan qaz əsasən daxili istehlakı təmin edir və ölkənin enerji təhlükəsizliyinə xidmət edir. Lakin ikinci mərhələ həm həcm, həm də strateji əhəmiyyət baxımından daha böyükdür: gözlənilir ki, bu mərhələ bugünkü hasilatın təxminən üç dəfə artıq qazını təmin edərək xarici bazarlara yönələcək. Beləliklə, “Abşeron” yalnız daxili tələbatı ödəmək üçün deyil, eyni zamanda Azərbaycanın ixrac imkanlarını genişləndirmək və beynəlxalq tərəfdaşları üçün etibarlı enerji mənbəyi yaratmaq baxımından da strateji əhəmiyyət daşıyır.

Öz növbəsində, “Babək” yatağına beynəlxalq enerji şirkətlərinin artan marağı isə Azərbaycanın qaz sektoruna olan etimadın təsadüfi olmadığını sübut edir. Böyük həcm, əlverişli geoloji quruluş və stabil investisiya mühiti bu yatağı qlobal enerji bazarının diqqət mərkəzinə gətirir. Bu maraq eyni zamanda onu göstərir ki, Azərbaycan təkcə mövcud layihələr hesabına deyil, həm də gələcək kəşflər və yeni hasilat mərhələləri ilə uzun illər ərzində etibarlı qaz təchizatçısı statusunu qoruyub saxlamaq potensialına malikdir.

Azəbaycandan Suriyaya qaz ixracı

Bu geniş Avropa kontekstinin fonunda Suriyaya qaz ixracı Azərbaycanın enerji siyasətində yeni və diqqətçəkən istiqamət kimi çıxış edir. Suriya ilə əməkdaşlıq sırf iqtisadi maraqlarla məhdudlaşmır və humanitar ölçüyə də malikdir. Azərbaycan qazının bu ölkəyə tədarükü elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaltmaqla gündəlik həyatın bərpasına töhfə verir. Müharibədən sonrakı mərhələdə enerji təminatı iqtisadi dirçəlişin əsas şərtlərindən biridir və bu prosesdə Azərbaycanın rolu onun regional təsir imkanlarını genişləndirir. Təchizatın artırılması perspektivi isə bu əməkdaşlığın uzunmüddətli xarakter daşıya biləcəyini göstərir.

Nəticə olaraq demək olar ki, Azərbaycanın qaz strategiyası artıq klassik ixrac modelindən kənara çıxaraq enerji diplomatiyasının, geosiyasi balansın və iqtisadi dayanıqlığın mühüm alətinə çevrilib. Ölkə eyni anda Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Yaxın Şərqdə bərpa proseslərinə dəstək göstərir və daxildə enerji keçidini həyata keçirir. Bu çoxsəviyyəli yanaşma Azərbaycanı regional enerji təchizatçısından daha geniş miqyasda strateji enerji aktoruna çevirir. Mövcud tendensiyalar göstərir ki, qarşıdakı illərdə Azərbaycan qazı təkcə boru kəmərləri ilə deyil, həm də siyasi etimad və strateji tərəfdaşlıq kanalları vasitəsilə öz təsir dairəsini daha da genişləndirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Yanvar 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri