Icma.az
close
up
RU
“Zirvəyə doğru qaçış yarışında mindən çox idmansevər mübarizə aparıb

“Zirvəyə doğru qaçış yarışında mindən çox idmansevər mübarizə aparıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Qusar, 28 may, AZƏRTAC

Qusarda min nəfərdən çox idmansevər “Zirvəyə doğru qaçış" yarışında gücünü sınayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 28 May – Müstəqillik Gününə həsr olunan kütləvi qaçış yarışında idmansevərlər 11 və 22 kilometr məsafədə yarışıb.

Gənclər və İdman Nazirliyi, Qusar Rayon İcra Hakimiyyəti, Azərbaycan Atletika Federasiyası və “METAK” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarış sağlam həyat tərzinin təbliği, həm də milli birlik və xeyriyyəçilik ideyalarının təşviqinə xidmət edib.

Yarışdan əvvəl Ulu Öndər Heydər Əliyevin Qusar şəhərindəki abidəsi ziyarət olunub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov belə genişmiqyaslı tədbirin Qusar rayonunda keçirilməsindən məmnunluğunu ifadə edib, Müstəqillik Gününün tarixi əhəmiyyəti, ölkəmizdə aparılan uğurlu gənclər və idman siyasətindən danışıb.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov ölkəmizdə idmanın inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi rolunu qeyd edib, uğurlu idman siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini bildirib. Belə kütləvi tədbirlərin bölgələrdə keçirilməsini vacibliyini qeyd edən A.Məmədov Gənclər və İdman Nazirliyi tərəfindən belə təşəbbüslərin daim dəstəklənəcəyini söyləyib.

“METAK” şirkətinin təsisçisi Alik Kərimov yarışın təşkilinə dəstək göstərməkdən məmnunluq duyduqlarını bildirib və bu cür layihələrin davamlı olmasının önəmini vurğulayıb, gənclərə müraciətində onları zərərli vərdişlərdən uzaq durmağa, idmanla məşğul olmağa və ən əsası Vətənə layiqli övlad olmağa çağırıb.

İki məsafə üzrə təşkil olunan yarışda təkcə Qusar rayonundan və ətraf bölgələrdən deyil, Bakı şəhərindən və xarici ölkələrdən gələn idmançılar iştirak ediblər.

Gərgin mübarizədən sonra müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib.

Sonda qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olunub.

Müxbir – Elxan Yusifli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri