Icma.az
close
up
RU
“Zirzəmidə” gərgin mübarizə

“Zirzəmidə” gərgin mübarizə

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının IX turunda autsayderlərin “həyati” dueli baş tutacaq. Oktyabrın 23-də Şamaxı şəhər stadionunda nominal ev sahibi “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək.

Turnir cədvəlinin “zirzəmi”sində yer alan kollektivlər üçün bu matç “qara zolaq”dan çıxış üçün fürsətdir.

Düşmə zonasının sakinləri

Cari mövsümdə hər iki komandanın göstəriciləri acınacaqlı mənzərə yaradır. “Qəbələ” keçirdiyi 8 matçda cəmi 1 qələbə və 1 heç-heçə əldə edərək (6 məğlubiyyət, top fərqi 3:15) 4 xalla 10-cu pillədə qərarlaşıb.

“Araz-Naxçıvan”ın vəziyyəti isə daha ağırdır. Naxçıvan təmsilçisi 8 oyunda qələbə üzünə həsrət qalıb. Aktivində cəmi 2 heç-heçə olan (6 məğlubiyyət, top fərqi 6:17) komanda 2 xalla turnir cədvəlinin sonuncu, 12-ci sırasındadır. Aralarında 3 xalla 11-ci yeri tutan “Şəfa”nın dayandığını nəzərə alsaq, Şamaxıdakı duel birbaşa “ya tamam, ya davam” xarakteri daşıyır.

“Məlhəmsiz sükançılar”

Hər iki klub mövsümün gedişində baş məşqçi “sükanı arxasında” dəyişikliyə əl atsa da, həmin gedişlər xaosu daha da dərinləşdirib.

“Qəbələ”yə yeni gətirilən Yeton Bekirinin rəhbərliyi altında komanda son iki matçda bərbad təsir bağışlayıb. Şimali makedoniyalı mütəxəssisin ilk oyunları ağır fəsadlarla nəticələnib. Doğma meydanda “Sabah”a 0:4, səfərdə isə “Sumqayıt”a 1:4 hesabı ilə darmadağın olan bölgə təmsilçisi ardıcıl 4-cü məğlubiyyətini yaşayıb.

“Araz-Naxçıvan”da da mənzərə fərqli deyil. Yuri Maksimovun gəlişindən sonra komanda “Sumqayıt”a (1:2) və “Kəpəz”ə (0:2) uduzub. Ümumiyyətlə, Naxçıvan klubu rəqiblər üçün “başağrısı” olmağı bacarsa da, matçın sonuna qədər konsentrasiyanı saxlamayıb üstünlüyü əldən verir.

Ev və səfər amili

Matçın keçiriləcəyi meydan amili də maraqlı dinamikaya sahibdir. “Araz-Naxçıvan” cari mövsümdə topladığı bütün xalları (2 heç-heçə) nominal ev sahibi olduğu matçlarda qazanıb, səfərdə isə yalnız məğlub olub.

“Qəbələ” də aktivindəki 4 xalı doğma divarlar arasında toplayıb, səfər matçlarının hamısında meydanı xalsız tərk edib. Şamaxıdakı qarşılaşmada bu uğursuz seriyanın sona çatacağını gözləmək isə çətindir.

Naxçıvan təmsilçisinin hücum xəttində əsas ümid yeri Ağadadaş Salyanskidir. Sabiq “Neftçi”li keçən ay ardıcıl üç oyunda (o cümlədən “Qarabağ”la 2:3 hesablı matçda 1 qol, 1 assistlə) parlaq çıxış etsə də, Maksimovun gəlişindən sonra hələ ki sükutdadır. Salyanskinin “iştahı”nın bərpası komandası üçün böyük əhəmiyyət daşıyır.

İki komandanın son 5 duelində nisbi bərabərlik hökm sürür (hərəyə 2 qələbə, 1 heç-heçə):

25 aprel 2026: “Qəbələ” – “Araz-Naxçıvan” 1:1

30 noyabr 2025: “Qəbələ” – “Araz-Naxçıvan” 2:1

30 avqust 2025: “Araz-Naxçıvan” – “Qəbələ” 2:1

19 may 2024: “Qəbələ” – “Araz-Naxçıvan” 2:0

16 mart 2024: “Araz-Naxçıvan” – “Qəbələ” 1:1

Şamaxı şəhər stadionunda saat 15:00-da başlayacaq qarşılaşma estetik futbol vəd etməsə də, gərginliyə səhnə olacağını gözləmək olar. Məğlub olan tərəf üçün böhran daha da dərinləşəcək.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Oktyabr 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see300

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see285

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see261

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see261

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see250

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see240

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see235

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see232

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see227

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see223

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see215

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see215

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see212

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see208

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see206

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see192

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri