Zirzəmidə köpəkbalığı saxladığı iddia edildi Video
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sosial şəbəkələrdə Özbəkistanın Fərqanə vilayətində çoxmərtəbəli binanın zirzəmisində sakinlərdən birinin qanunsuz süni hovuzda köpəkbalığı saxladığı barədə məlumat yayılıb.
“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Fərqanə Vilayət Ekologiya və İqlim Dəyişmələri İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər.
Araşdırma zamanı məlum olub ki, həmin şəxs köpəkbalığı yox, görünüşü köpəkbalığına bənzəyən panqasius balığı saxlayır.
Vətəndaş bildirib ki, sosial şəbəkələrdə məlumat yanlış yayılıb və buna görə üzr istəyib.
O, balıqları artıq zirzəmidə deyil, evinin həyətində saxladığını deyib.
Qeyd edək ki, panqasius balığı əslində akvarium balığıdır. Görünüşünə görə köpəkbalığına bənzədildiyi üçün həm də siam köpəkbalığı adlandırılır.
Sözügedən görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 05 Sentyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















