Icma.az
close
up
RU
Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Heydər Əliyev Mərkəzində professor, “Maya” məktəblər şəbəkəsinin yaradıcısı, “Önce öğretmen” Fondunun sədri Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabının təqdimatı və “Sürətdən dərinliyə: özünə qayıdış” mövzusunda ustad dərsi keçirilib. Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil işçiləri, valideynlər və digər maraqlı tərəflər iştirak ediblər.

525.az-a bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli qeyd edib ki, təhsil yalnız məktəblə məhdudlaşmır, daim maariflənən cəmiyyət, inkişaf edən valideyn və öyrənən ailə də təhsil prosesinin mühüm tərkib hissəsidir. Mətin Kərimli professor Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabının valideyn və uşaq, müəllim və şagird münasibətlərinə fərqli yanaşma təqdim etdiyini, gündəlik ünsiyyətdə istifadə olunan ifadə və davranışların uşağın inkişafına təsirinə diqqət çəkdiyini bildirib. Qeyd edib ki, bu baxımdan kitab və ustad dərsinin mövzusu həm valideynlər, həm də təhsil işçiləri üçün xüsusi əhəmiyyət daşıyır.

“Regional İnkişaf” İctimai Birliyinin Təlim, inkişaf və innovasiya şöbəsinin müdiri Pərvanə Hacıyeva isə bildirib ki, qurumun fəaliyyətində təhsil və maarifləndirmə istiqamətinə xüsusi diqqət yetirilir. Bu çərçivədə müəllim və şagirdlərin yeni bilik və təcrübələrlə tanışlığına, öyrənmə imkanlarının genişləndirilməsinə önəm verilir. “Qırx dəfə demişəm” kitabında əksini tapan əsas məqamlar barədə danışan Pərvanə Hacıyeva qeyd edib ki, kitab valideynlər, müəllimlər və uşaqlarla çalışan hər kəs üçün faydalı mənbə olmaqla yanaşı, gündəlik ünsiyyətə və uşaqlara yanaşmaya fərqli baxış formalaşdırır.

Daha sonra professor Ziya Səlcuq “Sürətdən dərinliyə: özünə qayıdış” mövzusunda ustad dərsi keçib. Ustad dərsi zamanı müasir dövrdə sürətin insan həyatına və münasibətlərinə təsiri, uşağa yanaşma, valideynlik, müəllimlik, ünsiyyət və öyrənmə prosesində diqqət yetirilməli məqamlar barədə fikirlər səsləndirilib.

Ziya Səlcuq sürətli dəyişikliklərin müşahidə olunduğu dövrdə insanın özünə və ətrafındakılara münasibətini yenidən nəzərdən keçirməsinin, xüsusilə uşağın dünyasını anlamağa çalışmasının vacibliyini vurğulayıb.

Tədbir iştirakçıların suallarının cavablandırılması və fikir mübadiləsi ilə davam edib.

Sonda professor Ziya Səlcuqun Azərbaycan dilində çap olunan “Qırx dəfə demişəm” kitabının təqdimatı keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Oktyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri