Icma.az
close
up
RU
Bakıda professor Ziya Səlcuqun ustad dərsi keçiriləcək

Bakıda professor Ziya Səlcuqun ustad dərsi keçiriləcək

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində professor, “Maya” məktəblər şəbəkəsinin yaradıcısı, “Öndə müəllim” Fondunun sədri Ziya Səlcuqun ustad dərsi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki,  “Sürətdən dərinliyə: özünə qayıdış” adlı ustad dərsi Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə reallaşacaq. 

Ustad dərsində Ziya Səlcuqun Azərbaycan dilində çap edilən “Qırx dəfə demişəm” kitabı da iştirakçılara təqdim olunacaq.

Uzun illərini uşaq inkişafı və təhsillə bağlı fəaliyyətlərə həsr etmiş professor Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabında gündəlik həyatda tez-tez istifadə etdiyimiz ifadələr, deyimlər və qəlibləşmiş sözlər valideynlik prizmasından yenidən təhlil edilir. Bu təhlil insanların uşağa və uşaqlığa baxışını dəyişdirməyi hədəfləyən səmimi söhbət üslubunda təqdim olunur.

Məlumat üçün bildirək ki, Ziya Səlcuq 2018–2021-ci illərdə Türkiyə Respublikasının milli təhsil naziri vəzifəsində çalışıb. Peşəkar fəaliyyəti boyu diqqətini yalnız uşaqlara və “uşaqlıq” anlayışına yönəldən professor Ziya Səlcuq hazırda “Öndə müəllim” Fondunun sədri olaraq fəaliyyətini davam etdirir, elmi araşdırmalar aparır və sosial məsuliyyət üzrə müxtəlif layihələr həyata keçirir.

Davranışların müşahidə olunması, ünsiyyət, öyrənmə, xarakter mövzularında kitabların və yüzdən artıq elmi məqalənin müəllifidir.

“Ustad dərsi”nda iştirak ödənişsizdir. Yerlər məhduddur.

Müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilsiniz: https://forms.gle/44R5uuftzFfhqibf6

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Sentyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri