Zoğal şirəsinin diş çürüməsi riskini AZALDIR
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şəkər əlavə edilməyən təbii zoğal şirəsi diş ərpinin əmələ gəlməsini ləngidə və diş minasına zərər verən bakteriyaların turşu istehsalını azalda bilər.
Redaktor.az xəbər verir ki, bu nəticəyə ABŞ-nin İllinoys Universitetinin Çikaqo kampusunun tədqiqatçıları gəliblər. Araşdırmanın nəticələri Scientific Reports elmi jurnalında dərc olunub.
Tədqiqatda 14 uşaq və 8 böyük olmaqla, ümumilikdə 22 nəfər iştirak edib. İştirakçılar üç qrupa bölünüblər. Birinci qrup şəkər əlavə edilməyən 100 faizlik zoğal şirəsi, ikinci qrup tərkibində 27 faiz şirə və əlavə şəkər olan içki, üçüncü qrup isə adi su qəbul edib.
Alimlər iştirakçıların gecə ərzində dişlərində toplanan ərp nümunələrini götürüb, içkilər qəbul edildikdən 30 dəqiqə sonra analizi təkrarlayıblar. Nəticələr göstərib ki, təbii zoğal şirəsi qəbul edən həm uşaqlarda, həm də böyüklərdə diş ərpinin əmələ gəlməsi ləngiyib və turşu istehsal edən bakteriyaların aktivliyi azalıb.
Tədqiqatçılar bu təsiri zoğalın tərkibində olan proantosianidinlərlə əlaqələndirirlər. Bu təbii birləşmələr bakteriyaların diş səthinə yapışmasına mane ola və beləliklə, diş ərpinin yaranmasını çətinləşdirə bilər.
Diş ərpindəki bakteriyalar qidalardakı şəkərləri parçalayarkən turşular əmələ gətirir. Həmin turşular zamanla diş minasının mineral tərkibini zəiflədir və kariyesin yaranmasına şərait yaradır.
Bununla belə, alimlər nəticələrin təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər. Tədqiqatda iştirakçıların sayının az olması və müşahidənin cəmi 30 dəqiqə davam etməsi səbəbindən zoğal şirəsinin uzunmüddətli istifadəsinin kariyesin qarşısını aldığını demək hələ mümkün deyil.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 21 Oktyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















