Icma.az
close
up
RU
“Zorakılığı gizlətmək gələcək cinayətlərin əsasını qoyur” Psixoloqdan sərt açıqlama

“Zorakılığı gizlətmək gələcək cinayətlərin əsasını qoyur” Psixoloqdan sərt açıqlama

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Son zamanlar yeniyetmələrə  qarşı zorakılıq halları çoxalıb. Hər gün mediada bu kimi xəbərlərə rast gəlirik. Bəs bu kimi halların artmasına səbəb nədir? Əksəriyyəti yaxın qohum tərəfindən törədilən cinsi zorakılıq hallarının arxasında hansı psixoloji pozuntular və ya davranış modelləri dayanır? Cəzasızlıq hissi və ailə daxilində “ört-basdır” etmək təcavüz edən şəxslərin bu davranışı davam etdirməsində nə dərəcədə rol oynayır?

Moderator.az-a danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov deyib ki, bu məsələ son dərəcə həssas və ağrılıdır və cəmiyyət olaraq bununla üzləşməkdən qaçmaq problemi daha da dərinləşdirir. Onun sözlərinə görə, yeniyetmə qızlara qarşı cinsi zorakılıq hallarının artması təkcə fərdi deyil, sosial, psixoloji və institusional boşluqların üst-üstə düşməsinin nəticəsidir:

“Bu hadisələr təsadüfi şəkildə baş vermir və arxasında illərlə formalaşmış risk faktorları dayanır. Bu cür cinayətlərin artmasının əsas səbəblərindən biri zorakılığın normalizə olunduğu və ya susdurulduğu mühitlərin mövcudluğudur. Heç kimə sirr deyil ki, bir çox hallarda zorakılıq ailə daxilində və ya yaxın qohum çevrəsində baş verir. Bunun da əsas səbəbi uşağın ən çox etibar etdiyi və müdafiəsiz olduğu mühitin məhz ailə olmasıdır. Zorakılığı törədən şəxslər adətən güc münasibətindən istifadə edirlər, yaş fərqi, ailə iyerarxiyası, maddi və ya emosional asılılıq bu şəxslərə nəzarət və təzyiq imkanı yaradır. Belə mühitlərdə uşaq qorxu, utanc və günahkarlıq hissi ilə susmağa məcbur qalır. Psixoloji baxımdan bu cür cinayətləri törədən şəxslərin davranışlarının arxasında empati çatışmazlığı, impulsların zəif idarəsi, güc və nəzarət ehtiyacı, mənəvi sərhədlərin pozulması dayanır. Bu insanlar qarşı tərəfi müstəqil şəxsiyyət kimi deyil, obyekt kimi qavrayırlar. Onlarda tez-tez emosional soyuqluq, məsuliyyətsizlik, öz davranışına bəraət qazandırmaq meyli müşahidə olunur. Bir çox hallarda belə şəxslər etdiklərini zorakılıq kimi deyil, öz “haqları” və ya “nəzarət vasitəsi” kimi təqdim edirlər. Bu isə dərin şəxsiyyət pozuntularının və təhrif olunmuş düşüncə modellərinin göstəricisidir. Uşaqlıq dövründə zorakılığa məruz qalmaq və ya sağlam ailə modelinin olmaması gələcəkdə bu cür cinayət davranışlarının formalaşmasına ciddi təsir göstərir”.

Psixoloq qeyd edib ki, uşaq zorakılıq, laqeydlik, emosional soyuqluq və ya sərhədsiz böyüdükdə normal münasibət modelini öyrənə bilmir. O, gücün sevgi ilə, qorxunun itaətlə, susmağın təhlükəsizliklə eyniləşdirildiyi bir psixoloji sxemlə böyüyür:

“Bu travmatik təcrübələr vaxtında psixoloji müdaxilə olmadıqda gələcəkdə ya qurban davranışının davam etməsinə, ya da zorakılıq edən rolunun təkrarlanmasına səbəb ola bilir. Cəzasızlıq hissi və ailə daxilində baş verən hadisələrin ört-basdır edilməsi bu cinayətlərin davam etməsində həlledici rol oynayır. Zorakılıq edən şəxs əgər cəmiyyət və ailə tərəfindən qorunursa, ona susmaq öyrədilirsə və real hüquqi nəticə ilə qarşılaşmırsa, onda davranışının davam etməsi üçün psixoloji maneə qalmır. Susdurulan qurban, qorunan cinayətkar modeli formalaşır. Bu model isə tək bir ailənin deyil, bütöv cəmiyyətin psixoloji təhlükəsizliyini zədələyir. Bu problemlə mübarizə yalnız hüquqi cəza ilə məhdudlaşmamalıdır. Erkən yaşlardan sağlam ailə münasibətlərinin təbliği, uşaqların psixoloji maarifləndirilməsi, valideynlərin məsuliyyətinin artırılması, məktəblərdə və icmalarda psixoloji monitorinq mexanizmlərinin gücləndirilməsi vacibdir. Ən əsası isə susmaq mədəniyyəti yox, qoruma və müdaxilə mədəniyyəti formalaşdırılmalıdır. Uşaq bilməlidir ki, onu dinləyən, qoruyan və müdafiə edən sistem var. Cəmiyyət də anlamalıdır ki, zorakılığı gizlətmək namus deyil, gələcək cinayətlərin əsasını qoymaqdır. Bu mövzuda açıq danışmaq, problemin psixoloji köklərini dürüst şəkildə analiz etmək və məsuliyyəti paylaşmaq zorakılığın azalmasının yeganə real yoludur. Susqunluq isə həmişə zorakılığın tərəfdaşı olur”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:30
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see285

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see282

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see254

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see204

”, ”, topaz ın sahibi ən varlı adam oldu

01 Yanvar 2026 23:37see197

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see178

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see163

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see155

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see144

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see143

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see143

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see142

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see142

Kolumbiya hərbçiləri 4 ton kokain daşıyan gəmini ələ keçiriblər

02 Yanvar 2026 00:14see138

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see137

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see134

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see134

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

02 Yanvar 2026 06:20see134

Bakının yarısında işıqlar söndü

02 Yanvar 2026 00:26see133

Təhsil işçilərinin rifahı fəaliyyətimizin mərkəzindədir Araz Paşayev

01 Yanvar 2026 23:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri