Icma.az
close
up
RU
Zorlama cinayətinə görə sərt cəza

Zorlama cinayətinə görə sərt cəza

Azpost saytına istinadən Icma.az xəbər verir.

Böyük Britaniyada cinsi cinayət törədən şəxslərin kimyəvi kastrasiya ilə cəzalandırılması planları ölkədə ciddi müzakirələrə səbəb olub. Yeni təklifə əsasən, bəzi məhbuslar həbs cəzalarının üçdə birini çəkdikdən sonra azadlığa buraxıla bilər.

AzPost-un Sky News-a istinadla məlumatına görə, hökumətin planı cinsi istəyin dərman müalicəsi ilə azaldılması və bəzi cəza modellərinin yumşaldılmasını nəzərdə tutur. Hökumət hazırda cənub-qərb bölgəsində sınaqdan keçirilən proqramı bütün ölkə üzrə tətbiq etməyi planlaşdırır. Hazırda könüllü olan kimyəvi kastrasiya üsulunun məcburi tətbiqi də gündəmdədir.

İcmala əsasən, bu tədbir həm həbsxana daxilində, həm də cəmiyyətdə təhlükəli hesab edilən şəxslərin nəzarətdə saxlanmasına yardım edə bilər. Təkliflər paketində həmçinin həbs müddətlərinin azaldılması və sınaq nəzarətinin genişləndirilməsi yer alır.

İngiltərə və Uels üzrə məişət zorakılığı üzrə komissarı Nikol Ceykobs bu yanaşmanı tənqid edərək bildirib ki, bu addım cəzasızlıq mühitini formalaşdıra bilər. O deyib: “Hökumət məişət cinayətlərini törədənlərə aydın mesaj göndərir ki, artıq heç bir nəticə olmadan təhqir edə bilərlər.”

Böyük Britaniya Milli Polis Rəisləri Şurasının Baş Konstebli Sacha Hatchett isə qeyd edib ki, həbsxanadan çıxmaq nəzarətdən çıxmaq anlamına gəlməməlidir. O vurğulayıb ki, cəmiyyətin təhlükəsizliyi üçün müvafiq nəzarət və resurs təmin olunmalıdır.

Təkliflər paketi cəzaların sərtləşdirilməsi və bəzi məhbusların cəza müddətinin bir hissəsini elektron nəzarət altında çöldə çəkməsini də ehtiva edir. Eyni zamanda, sınaq xidmətinin gücləndirilməsi və yeni elektron izləmə texnologiyalarının tətbiqi planlaşdırılır.

Ədliyyə naziri isə qeyd edib ki, bu tədbirlər həm təkrar cinayətlərin qarşısını almağa, həm də həbsxanaların yüklənmə problemini həll etməyə yönəlib.

Britaniya hökuməti bu planlarla bağlı yaxın aylarda ictimai müzakirələr keçirəcək və qərarların tətbiq mexanizmi dəqiqləşdiriləcək.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azpost.info
archiveBu xəbər 22 May 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri