Icma.az
close
up
RU
Zorlama səhnəsinə görə aktyoru məhkəməyə veriblər

Zorlama səhnəsinə görə aktyoru məhkəməyə veriblər

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Hollivudun ulduz aktyoru, rejissor və prodüser Kevin Kostner "Horizont 2" filmində zorlama səhnəsinin çəkilişlərinə görə məhkəməyə verilib.
Reyting.az
"The Guardian" nəşrinə istinadla bildirir ki, məşhur aktyordan şikayəti amerikalı kino kaskadyoru Devin La Bella edib.
La Bella filmin çəkilişləri zamanı zərərçəkmiş kimi, ekran əsərinin rejissoru Kostnerdən, həmçinin prodüserlər qrupundan seksual qısnama, düşməncəsinə iş mühiti və müqavilənin pozulmasına görə təzminat istəyir.
Qeyd edək ki, La Bella bu filmdə aktrisa Ella Hantı əvəz edən dublyor kimi yataq səhnəsində rol alıb. Lakin iddiaçının sözlərinə görə, o, əvvəlcədən hazırlıq göstərişi və heç bir xəbərdarlıq olmadan zorlama ilə bağlı bu səhnəni oynamağa məcbur edilib. Məlum olub ki, Hollivud kino sənayesinin qaydalarına görə, simulyasiya olunmuş sekslə əlaqəli bütün səhnələr 48 saat əvvəl xəbərdarlıq və aktyorların açıq razılığını tələb edir.
La Bellanın iddiasına görə, çəkiliş vaxtı həmin zorlama səhnəsi koordinatorun məcburi iştirakı olmadan lentə alınıb. Bu qanunsuzluğun ardınca, filmdə nümayiş olunacaq çılpaqlıq, seks və ya zorlama ilə bağlı həssas xarakterli bu cür səhnələrin lentə alınması üçün çəkiliş zamanı ümumi çəkiliş meydançası bağlanmayıb və məhz buna görə də, kütləvi canlı izləmələr baş verib.
La Bella iddia edir ki, əslində, o, "daima təhlükəsizlik və peşəkarlıq vəd edən sistem tərəfindən çox həssas bir durumda tamamilə müdafiəsiz qalıb, eyni zamanda, dərin xəyanətə uğrayıb".
Qeyd edək ki, Kevin Kostnerin vəkilləri iddiaları rədd edib, əvəzedici şəxsin "daha əvvəllər də, buna bənzəyən bəzi açıqlamalar verdiyini və Hollivudun kino sənayesindəki insanlara qarşı oxşar ittihamlar irəli sürdüyünü" söyləyiblər.
Onu da qeyd edək ki, ikinci hissəsi ekranlara çıxan "Horizont", 2024-cü ilin avqust ayında nümayiş olunan Qərb vesterni janrında dramatik filmdir. Bu, ABŞ-nın şərqindən gəlmiş köçkünlər tərəfindən Vəhşi Qərbin fəthindən bəhs edən dörd filmlik dastanın bir hissəsidir. Filmin rejissoru, prodüseri, həmçinin baş rolun ifaçısı 70 yaşlı Hollivud kino ulduzu Kevin Kostnerdir.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 May 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri