Zubir Səudiyyə Ərəbistanı klubunda çıxış edə bilməyəcək
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
"Qarabağ"la yollarını ayıran fransalı futbolçu Abdullah Zubir Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubunda çıxış edə bilməyəcək.
Bakıvaxtı.az "L"Équipe" nəşrinə istinadla xəbər verir ki, "Əl-Uruba" 34 yaşlı futbolçunun müqaviləsini Səudiyyə Ərəbistanı Liqası üçün qeydiyyatdan keçirə bilməyib.
Buna klubun maliyyə təminatının Liqanın tələblərinə cavab verməməsi səbəb olub.
Qeyd edək ki, Zubir "Qarabağ"ın heyətində 8 il çıxış edib. O, Ağdam klubunun heyətində 379 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi ötən mövsüm "Qarabağ"ın heyətində Çempionlar Liqasında da iştirak edib.
Beləliklə, Zubir hazırda azad agent statusundadır və karyerasını başqa klubda davam etdirə bilər.
Bu mövzuda digər xəbərlər:Nedved Səudiyyə Ərəbistanı klubunda işləyəcək
09 Yanvar 2025 13:49
Tanınmış futbolçu Səudiyyə Ərəbistanı klubunda
23 Avqust 2025 21:06
İnzaqi Səudiyyə Ərəbistanı klubunda RƏSMİ
07 İyun 2025 08:00
Medina rəsmən Səudiyyə Ərəbistanı klubunda
07 Sentyabr 2025 00:00
Fransalı Messi Səudiyyə Ərəbistanı klubunda
07 Fevral 2026 22:06
Baxış sayı:160
Bu xəbər 09 Sentyabr 2026 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















