Zuerx platformasına qarşı əməliyyat: saxlanılanlar var Video
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi onlayn dələduzluq piramidası olan "Zuerx" platformasına qarşı əməliyyat keçirib.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən piramidanı idarə edən şəxslər 32 yaşlı Əli Qarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xosiyev müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla məlub olub ki, onlar Vatsap və digər ani mesajlaşma şəbəkələrində yaratdıqları qruplara üzv olan 400 nəfərdən artıq şəxsə "Zuerx" piramidasına kriptovalyuta formasında yatırımlar etməklə böyük məbləğlərdə gəlir qazanacaqlarına dair yalan vədlər veriblər. Saxlanılan şəxslər insanlarda inam yaratmaq və platformaya yeni üzvlər cəlb etmək məqsədilə zərərçəkənlərin hesablarına bir neçə dəfə kriptovalyuta formasında simvolik məbləğlərdə ödənişlər də köçürüblər.
Daha çox gəlir əldə etmək niyyətilə həmin dələduzluq piramidasına böyük məbləğlərdə pul vəsaiti göndəriblər. Sonda isə zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirən dəstə üzvləri "Zuerx" piramidasının fəaliyyətini dayandırıblar .
Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 02 Dekabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















