Icma.az
close
up
RU
Zülfiyyə Qurbanova sürücünü ifşa etdi “Maşın mənimdir, nə istəyirəm edirəm”

Zülfiyyə Qurbanova sürücünü ifşa etdi “Maşın mənimdir, nə istəyirəm edirəm”

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Sumqayıt-Bakı istiqamətində hərəkət edən mikroavtobusda baş verən insident sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Milli.Az xəbər verir ki, aktrisa Zülfiyyə Qurbanova sözügedən avtobusda sürücünün davranışından narazılığını bildirərək məsələnin ictimailəşməsinə səbəb olub.

Aktrisanın sözlərinə görə, "20 Yanvar" istiqamətində hərəkət edən mikroavtobusun sürücüsü səs-küylü mühit yaradaraq yüksək səslə musiqi açıb və sərnişinlərlə birlikdə mahnı oxuyub. Qurbanova səs-küyə etiraz edəndə isə sürücüdən kobud cavab aldığını deyib:

"Maşın mənimdir, nə istəyirəm edirəm".

O həmçinin sürücünün avtomobili təhlükəli idarə etdiyini, sərnişinlərin narahatlığını nəzərə almadığını bildirib. Aktrisa məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə və "102" xidmətinə şikayət edəcəyini, sürücünün görüntüləri və əlaqə nömrəsinin də əlində olduğunu vurğulayıb.

Hadisənin sosial şəbəkədə yayılmasının ardından aktrisa ilə istifadəçilər arasında da mübahisə yaranıb. Bir izləyici onun avtobusdan düşərkən təhqiramiz ifadələr işlətməsinə şahid olduğunu qeyd edərək aktrisanın davranışını tənqid edib. O, aktrisanın mədəniyyətdən danışmasını ironik şəkildə lağa qoyub.

Qurbanova isə paylaşım altındakı bəzi sərt və təhqiramiz rəylərə qarşı kəskin reaksiya göstərib. O, özünü təhqir etdiyini iddia etdiyi şəxslərə hüquqi tədbir görüləcəyini bildirib və məsələnin polisə daşınacağını açıqlayıb.

Qarşı tərəf isə əksinə, aktrisadan şikayətçi olduğunu, onun da özlərini təhqir etdiyini iddia edib. Həmin şəxs 20-yə yaxın şahidinin olduğunu, həmçinin videolarının icazəsiz çəkilməsinin qanunsuz olduğunu qeyd edib.

Z.Qurbanova isə videoda heç kimin üzünün görünmədiyini, buna görə də qanun pozuntusunun olmadığını bildirib:

"Mənə qanun öyrətməyin. Ölkə qanun və qaydasını sizdən yaxşı bilirəm. Əvvəlcə özünüz qanuna riayət edin. Videonu mühafizə orqanlarına təhvil verəcəm. Şəxiyyətimə və ləyaqətimə təhqiredici sözlər yazdığınız üçün cavab verəcəksiz. Bütün rəyləriniz məndədir".

Qarşı tərəf isə aktrisaya belə cavab verib:

"O zaman hələlik sağollaşmayaq, görüşənədək".

Aktrisa mövqeyini daha da sərtləşdirib:

"Mütləq görüşəcəyik, gizli profillərinizlə bir yerdə. Həm statusuma, həm insanlığıma görə, sizlərə baş qoşmayacaqdım. Amma görürəm ki, siz utanmaq əvəzinə üstə çıxmağa çalışırsız. Sürücünüz və siz 20 nəfəri polisdə gözləyəcəm".

Mina Mikayılova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Noyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri