Icma.az
close
up
RU
Zülfqarov Dərbənd məsələsinə aydınlıq gətirdi

Zülfqarov Dərbənd məsələsinə aydınlıq gətirdi

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Dərbəndlə bağlı paylaşımı ölkə ictimaiyyətində, o cümlədən Rusiyada müzakirələrə səbəb olub. Keçmiş nazir Dərbəndin Rusiyanın ən qədim şəhəri olduğunu bildirib və vurğulayıb ki, əhalisinin təxminən 40 faizi azərbaycanlılardan ibarətdir.

Zülfüqarov həmçinin şəhərdə yaşayan azərbaycanlılara Dərbəndi tərk etmələri üçün çağırış edildiyini söyləyib. “Bizə “Azərbaycanımıza get” deyənlər nə demək istəyir? Yerli xalq öz torpağını tərk etməlidir”, – deyə qeyd edən sabiq nazir, azərbaycanlıların orada avtoxton xalq olduğunu xatırladıb.

Axar.az Tofiq Zülfüqarovun Globalinfo.az-a müsahibəsini təqdim edir:

- Tofiq bəy, son Dərbənd yazınız Kremlə yaxın bəzi təbliğatçı dairələrdə narahatlıq doğurub. Radikal mövqeyi ilə seçilən “Çarqrad” və digər media platformaları dərhal “Azərbaycanlılar Rusiyanın yerliləridirmi?” sualını gündəmə gətirərək mövzunu şişirdiblər. Belə reaksiya ilə qarşılaşmağınızın səbəbi nədir?

- Rus millətçilərinin belə reaksiya verməsi gözlənilən idi. Onların təhsil və bilik səviyyəsi adətən çox aşağıdır. Onlara danılmaz faktlar təqdim ediləndə panikaya düşürlər. Mən yeni bir şey deməmişəm, bütün məlumatlar vikipediyada da mövcuddur, istənilən şəxs oradan oxuya bilər. Millətçilərin təşvişə düşməsi normaldır və hətta bununla razıyam. Bəziləri öz siyasi baxışlarını yenidən nəzərdən keçirməlidirlər. Çünki onların “millətçiliyi” və “vətənpərvərliyi” əslində dövlətin əsaslarını sarsıdan siyasətdir.

- Dərbənd məsələsinin hazırkı mərhələdə gündəmə gətirilməsinin səbəbi nədir?

- Rusiya çoxmillətli dövlətdir. Dərbənddə yaşayan azərbaycanlılar bu dövlətin avtoxton xalqıdır. Mənim dediklərim Dağıstan rəhbərinin fikirləri ilə üst-üstə düşür (gülür). Bu baxımdan məni nədəsə ittiham etmək onlar üçün demək olar ki, mümkün deyil. Sadəcə olaraq, özlərinə sərf etməyən məlumatları təhrif olunmuş şəkildə təqdim edirlər. Bu onların işidir. Rusiya siyasi elitasında yetərincə insan var ki, bu cür “millətçilərin” siyasətinin təkcə Bakı-Moskva münasibətlərinə deyil, həm də Rusiyanın özünə zərər verdiyini anlayır. Mən bu məsələyə ona görə diqqət yetirirəm ki, azərbaycanlılara qarşı təzyiqlər güclənir və bunun qarşısını almaq üçün belə işləri davam etdirməliyik.

- Dərbənddə yaşayan həmin 40 faiz etnik azərbaycanlının taleyi necə olacaq?

- Digər azərbaycanlılardan fərqli baxmaq istəməzdim. Onlar da Rusiya dövlətinin vətəndaşlarıdır. Rusiyada yaşayan digərləri də eyni qaydada. Coğrafi baxımdan hansı vətəndaş hansı hüquqlara malikdirsə, onların da hüquqları eyni olmalıdır. Bu baxımdan, milli mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların hüquqları bərabərdir.

- Rusiyada yaşayan azərbaycanlıların müxtəlif təzyiqlərlə üzləşdikləri məlumdur. Dərbənddə yaşayanlar da eyni taleyi yaşayacaqlarmı?

- Bu kimi halların yaşanmaması üçün çalışmalıyıq. Azərbaycan vətəndaşı kimi buna qarşı imkanlarım daxilində mübarizə aparacağam. Əminəm ki, mənimlə eyni mövqedə olan yüzlərlə, minlərlə azərbaycanlı var. Mən Rusiya Federasiyasında anadan olmuşam, atam müharibədən sonra Rostovda həkim işləyirdi. O vaxt həkim çatışmazlığı vardı və atam orada çalışmaq üçün göndərilmişdi. Bunu deməyimin səbəbi var. İndiki mərhələdə bu cür siyasət Rusiya və Azərbaycan qanunlarına, dünya ölkələrinin beynəlxalq norma və standartlarına ziddir. Biz buna qarşı öz sözümüzü deməliyik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 İyul 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri