Zülfüqarov: Ermənistanla bağlı bəzi stereotiplərimiz dəyişməlidir
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Bizdə belə bir təəssürat var ki, Ermənistanın Azərbaycanla sülhə gəlməsi üçün yeganə insan Nikol Paşinyandır, digər erməni siyasətçilər bunu etməyəcək və s. Mən hesab edirəm ki, bu, tamamilə yanlış təəssüratdır. Necə ki Azərbaycana sülh lazımdır, eləcə də Ermənistana sülh və əmin-amanlıq lazım və vacibdir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, Azərbaycanın öz təhlükəsizliyini təmin etməsi, sərhədlərini qorumsı üçün kifayət qədər potensialı və resursu var. Ermənistan üçün də sülh vacibdir ki, inkişaf edə bilsin.
T. Zülfüqarov qeyd edib ki, Ermənistan sülhə gəlməlidir: “Bunu indiki baş nazir Nikol Paşinyan həyata keçirəcək və ya ayrı bir erməni siyasətçi... Bizim üçün bunun fərqi yoxdur. Bu məsələ ermənilərin öz işidir”.
Müsahibimizin fikrincə, Azərbaycanla sülh sazişinin əldə edilməsi məsələsində Ermənistanda kimin hakimiyyətdə olmasının prinsipial fərqi yoxdur: “Nəzərə almaq lazımdır ki, istər Paşinyan, istərsə də başqası olsun, onlar Ermənistanın maraqları çərçivəsində addım atırlar. Əgər Ermənistana sülh lazım olsa, onlar buna gedəcəklər. Yox, əgər düşünsələr və qərar qəbul etsələr ki, sülh lazım deyil, başqa addım atacaqlar. Bu baxımdan mən hesab edirəm ki, bizdə Ermənistanla bağlı mövcud olan bəzi stereotiplər dəyişməlidir”.
Y. QACAR
Reyting.az
Bu mövzuda digər xəbərlər:Tofiq Zülfüqarov: Ermənistanla diplomatik münasibətlərin bərpası 1 ildən çox çəkə bilər
12 Avqust 2025 11:06
Ermənistanla bağlı İSTEHZALAR
03 Dekabr 2024 17:06
Rusiyadan Ermənistanla bağlı QADAĞA
15 İyul 2025 22:42
Pakistandan Ermənistanla bağlı YENİLİK
29 Avqust 2025 16:06
Azərbaycan bu ölkəni tanıyacaqmı? Zülfüqarov
08 Aprel 2025 14:46
Baxış sayı:122
Bu xəbər 02 Aprel 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















